Nəsimi rayon İcra Hakimiyyəti Ahıllar günü münasibətilə rayonun bir qrup ahıl və qocaman sakinlərinin Novxanı qəsəbəsində yerləşən Flora Klubda bir günlük istirahəti təşkil olunub.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə. rayonun ahıl sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsində yerləşən Flora Klubda olub, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olublar. Tədbirdə iştirak edən 100 nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar edərək dincəlmişlər. Nahar süfrəsi arxasında davam edən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, qocaman əmək və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıb.
Baki-xeber.com