Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda məktəb müəllimlərinin vahid geyim formasına keçdikləri ilk təcrübə…

Image


Uzun illərdən bəri ölkə ictimaiyyətini, valideynləri, ziyalıları narahat edən məsələlərdən biri təhsilin əsas siması olan müəllimlərin geyimidir.

Mütəxəssislərin fikrincə, müəllimlərin qeyri-düzgün geyim forması müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Övladlarının təhsilini, tərbiyəsini etibar etdikləri şəxslərin açıq-saçıq geyimləri, həddən-ziyadə taxdıqları zinət əşyaları, istifadə etdikləri parlaq və şit boyalı bəzəklər, kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan inamın azalmasına gətirib çıxarır. Bu kimi hallardan narahatlıq hissi keçirən valideynlər də düşünürlər ki, belə vəziyyət övladlarına mənfi təsir edir, təhsil prosesi zamanı onların fikrini yayındırır. Bundan başqa, şagirdlər arasında həmin müəllimlər müzakirə obyektinə çevrilir, bəziləri həmin müəllimləri hətta özlərinə örnək götürürlər.

Bu səbəbdən müəllimlərin vahid geyim formasına keçməsi dəfələrlə müzakirə olunub. Bəzi tədris ocaqları müvəqqəti olaraq müəllimlər üçün vahid geyim forması tətbiq etsə də, müəyyən müddət keçəndən sonra pedaqoqlar yenidən sərbəst geyimə qayıdıblar.

Bu günlərdə Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimləri vahid geyim formasına keçiblər. Yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar. Qeyd edək ki, vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb. Şəkinin Oxud tam orta məktəbinin müəllimlərinin vahid geyim formasına keçməsi ictimai xadimlər tərəfindən müsbət dəyərləndirilir. Ekspertlər təklif edirlər ki, şagirdlərlə yanaşı, pedaqoqların da vahid geyim formasına keçməsi yaxşı olar.

Məlumat üçün bildirək ki,  bir sıra xarici ölkələrdə müəllimlər vahid geyim formasında təhsil ocağına gələ bilərlər. Məsələn, Pakistanda müəllimlərin “dress kod”a (müəyyən peşə qrupuna aid geyim forması) riayət etməməsini təsəvvür etmək çətindir. Burada uzun illərdir müəllimlər milli geyimdə olurlar və cəmiyyətin qınaq obyekti olmaqdan ehtiyat edirlər. Pakistanda qaydalar çox sərtdir. Geyimin əsas atributu hicab sayılır, bədənlərinin hər hansı hissəsi görünə bilməz.

Türkiyədə isə müəllimlərin geyimi ədəb normaları və zövq nəzərə alınmaqla tətbiq edilir. Burada da baş örtüyü ilə məktəbdə dərs deyən müəllimlərin sayı artmaqdadır. İstanbul universitetlərindən birində bildiriblər ki, müəllimlər çox ciddi geyinir, amma bununla bağlı rəhbərliyin hər hansı əmri yoxdur. Bir qayda olaraq, ya dəst, ya da köynək geyinilir. Ən əsası odur ki, müəllim səliqəli geyinsin.

Nyu-York ştatında bir məktəbdə isə cins geyinmək qəti qadağan olunub. Bəzi məktəblərdə kişi müəllimlərinə bığ, saqqal saxlamaq, qadınlara isə bəzək-düzək, kəskin makiyaj yasaq edilib. Lakin “dress kod”un pozulmasına qarşı ciddi cəzalar yoxdur. Amma, bununla belə, müəllimlər uyğun olmayan geyimdə gələrsə, ya paltarını dəyişməsi üçün evə göndərilir, ya da nizam-intizam məsuliyyətinə cəlb edilir.

Müəllimlər üçün vahid geyim formasının ölkəmizdə də tətbiq olunması təklif olunur.

“Məktəbdə imkan daxilində ciddi geyinməlidirlər”

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Azərbaycanda müəllim geyimi ilə bağlı məsələ bir neçə dəfə gündəmə gətirilsə də, bununla bağlı hər hansı tədbir görülməyib: “Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif peşə sahiblərinin xüsusi geyimləri var. Nəyə görə müəllim üçün xüsusi geyim olmasın?! Azərbaycanda məktəbli geyimi haqqında əmr var. Amma müəllimlərin geyimi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Şübhəsiz ki, müəllimin geyimi ciddi, rəsmi olmalıdır, fərqlənməlidir. Digər tərəfdən, bizim mentalitet var. Vahid müəllim forması olmadığına, qanunvericilikdə bu nəzərdə tutulmadığına görə hansısa müəllimi geyiminə görə ittiham etmək, yaxud ona qarşı hər hansı bir cəza tətbiq etmək və ya tənbeh etmək olmur. Amma şübhəsiz ki, müəllimin geyimi intizamdır, mədəniyyətdir. Ona görə də, hesab edirəm ki, müəllim klassik formaya üstünlük verməlidir. Müəllim şou əhli deyil axı. O, açıq-saçıq geyinərsə, əlbəttə ki, qınağa səbəb olacaq. Çünki müəllim ən şərəfli peşədir və biz ona etalon kimi baxırıq. Müəllimin geyimində hər hansı bər-bəzək yolverilməzdir.

Xüsusən qadınlar şəhər məktəblərində öz geyimlərini nümayiş etdirmək üçün gəlirlər, bunun üçün toy var, digər yerlər var. Məktəbdə imkan daxilində ciddi geyinməlidirlər”.

N.İsrafilov onu da qeyd etdi ki, bir müddət əvvəl Sumqayıt məktəblərində qadınlar üçün ayrıca, kişilər üçün ayrıca müəllim forması tətbiq olundu: “Amma sonra davam etdirilmədi. Bunu hansısa kollektivlər könüllü şəkildə etsələr, sözsüz ki o biri məktəblər də baxıb edəcəklər. Beləlilklə də məsələ ictimailəşər, gündəmə gələr. Bizdə bütün peşə sahiblərinin, demək olar ki, geyim forması var. Biz axı “müəllim nümunədir” deyirik. Nəyə görə müəllim geyiminə görə də nümunə olmasın? Dünya ölkələrində ayrı-ayrı universitetlərdə tələbələr formalar geyinirlər. Bu məsələ gündəmə gətirilsə, ictimailəşsə, rayon, şəhər üzrə müsbət nəticə əldə edilə bilər, təlim-tərbiyə prosesinə də böyük təsiri olar. Şəkinin Oxud kənd tam orta məktəbində çalışan müəllim heyətinin vahid geyim formasına keçməsi müsbət haldır. Bu ənənə bir neçə məktəbdə deyil, bütün tədris müəssisələrində tətbiq olunmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ