Cümə günü, 13 noyabr 2026
     

Bəzi şou müğənnilərin yol polisinə qarşı yolverilməz davranışları yenə başlayır…

Image


Şou-biznesdə təmsil olunan bəzi müğənnilərin Azərbaycan dövlətinin qanunlarına əməl etməməsi tendensiyası yayılıb. Xüsusən də yol polisləri ilə bağlı məsələlərdə şou-biznesçilər bir sıra qanunsuzluqlara yol verirlər. Onlar bir çox hallarda yol hərəkəti qaydalarını ciddi şəkildə pozur, qadağa nişanlarına, polisin çağırışlarına əhəmiyyət vermək istəmirlər.

Bəzi şou-biznesçilərdə belə fikir formalaşıb ki, onlar populyar olduqları üçün bütün qayda-qanunları poza bilərlər, yol hərəkəti qaydalarını pozanda belə, polisin onları saxlamaq ixtiyarı yoxdur (?). Belə iddiada olan kifayət qədər müğənni var. Onlar öz populyarlıqlarından sui-istifadə edərək yol polisinə qarşı müxtəlif qaralama kampaniyaları həyata keçirirlər. Halbuki, onlar da Azərbaycan vətəndaşları olaraq bütün qanunlara riayət etməli və yol hərəkəti qaydalarını pozmamalı, pozduqları halda isə cərimələrini ödəməlidirlər. Bütün vətəndaşlar qanun qarşısında cavabdehdirlər. Amma təəssüf ki, bəzi şou-biznesçilər bunu unudurlar. Amma onların bu qeyri-etik davranışları sonradan özlərinə baha başa gəlir.  

Bəzi şou müğənniləri sərxoş vəziyyətdə avtomobil də idarə edir və bu halda yol hərəkəti qaydalarını dəfələrlə pozurlar. Yol polisi onlara irad bildirdikdə, hərəkətləri ilə bağlı cərimə tətbiq etdikdə isə onların böyük əksəriyyəti yol polislərini söyür, təhqir edir və onları hədələyirlər.

Bu günlərdə Xəyal Qasımzadə adlı müğənni polisləri təhqir edib. Yayılan məlumatlara görə, Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan X.Qasımzadə yol polisləri tərəfindən saxlanıb. Avtosfer.az xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar - Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb ediblər.

Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən X.Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə ona heç nə edə bilməyəcəklərini deyib. Ardınca YPX əməkdaşlarını təhqir edən X.Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib.

Lakin YPX əməkdaşları əraziyə post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək, sürücünü 25-ci Polis Bölməsinə təhvil veriblər.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

Ümumiyyətlə, şou-biznes nümayəndələrinin yol polisini təhqir etməsi, onun xəbərdarlıqlarına əhəmiyyət verməməsi nədən qaynaqlanır? Şou-biznesçilər bu addımı atmaqla nəyə arxayındılar?

  • “Ancaq çox təəssüflər olsun ki, müəyyən məhkəmə orqanlarının şou-biznesçilərlə bağlı məsələlərə birmənalı yanaşmaması onların bu cür qanunsuzluqlara yol verməsinə səbəb olur”

Tanınmış hüquqşünas, vəkil Əziz Qəmbərov “Bakı-Xəbər”ə bildirdi ki, bəzi şou-biznesçilərin öz populyarlıqlarından sui-istifadə etməsi halları geniş yayılıb və qanunazidd əməldir. “Şou-biznesçilərin yol polisinə qarşı qanunazidd əməlləri səbəbsiz deyil, bu onların indiyə qədər özlərini cəmiyyətdə “toxunulmaz şəxs” saymaqlarının göstəricisidir. Guya onlar toxunulmazdır və nə istəsələr onu edə bilərlər. Bu xalqın pulu ilə pullanıblar və pullandıqları üçün də qanunları saymaq istəmirlər. Əslində, bu, kökündən yanlış düşüncədir. Dövlət məmurlarından tutmuş, sadə vətəndaşlara qədər, hər kəs qanun qarşısında bərabər hüquqa, məsuliyyətə malikdir. Qanunlar heç kəsi bir-birindən fərqləndirmir. İstər yol hərəkəti haqqında, istərsə də digər qanunlar olsun, heç bir fərq qoyulmadan bütün vətəndaşlar o qanunların tələblərinə əməl etməlidirlər. Azərbaycan Konstitusiyası var və bütün qanunlar da ondan qaynaqlanır. Dövlətin qanununu pozmuş hər bir vətəndaş qanun çərçivəsində sərt şəkildə cəzalandırılmalıdır. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda müəyyən məhkəmə orqanlarının şou-biznesçilərlə bağlı məsələlərə birmənalı yanaşmaması onların bu cür qanunsuzluqlara yol verməsinə səbəb olur. Bir də görürsən ki, şou-biznesçi, hansısa bir populyar müğənni bu kimi qanunazidd əməllərə yol verir, ancaq bəzi məhkəmələrdə onların bu əməllərinə haqq qazandırılır. Bilirsiniz ki, məhkəmə orqanlarında şəffaflığın təmin olunması, məhkəmə sistemində islahatların daha da dərinləşməsi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamın böyük əhəmiyyəti var. Cənab Prezidentin belə bir sərəncam imzalaması bu sahədə baş verən problemlərin aradan qaldırılması ilə bağlıdır. Bəzi məhkəmələr şou-biznesçilərlə, müğənnilərlə müxtəlif əlaqələrə girərək onlar üçün cəzasızlıq yaradır və şou-biznesçilər də bundan istifadə edərək qanunların tələbini pozmaqda davam edirlər. Onlar deyirlər ki, mən populyaram, pulum var və yol hərəkəti qaydalarını poza, polisi təhqir edə bilərəm. Onların yol verdikləri bu hərəkətlər böyük hüquq pozuntusudur. Mən həm bir vətəndaş, həm də bir vəkil kimi şou-biznesçilərin yol polisinə qarşı neqativ hərəkətlərini qınayıram. Bütün vətəndaşlar, kimliyindən asılı olmayaraq, polisin xəbərdarlığına əhəmiyyət verməli, saxlanarkən sənədlərini təqdim etməlidirlər” -deyən Ə.Qəmbərov hesab edir ki, şou-biznesçilər qayda-qanunları pozmamalı və qanunu pozanlar cinayət məsuliyyətindən kənarda qalmamalıdırlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ