Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir. “Trend”in məlumatına görə, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Azər Badamov çıxış edib.
O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur.
A.Badamov təklif edib ki, “Təhsil haqqında qanuna” telefonların sinif otağına girişini qadağan edən maddə əlavə edilsin.