Cümə günü, 13 noyabr 2026
     

Biabırçı tarix dərslikləri, iddialı müəllif və ya bir daha “Qarabağ tarixi” kitabı barədə...

Image


Bilirəm, bu yazıdan sonra sosial şəbəkələrdə üzərimə yeni-yeni hücumlar, basqılar olacaq. Kimi öz əxlaqına uyğun söyəcək, təhqir edəcək, aşağılamağa çalışacaq, kimi kənardan müşahidəçi qismində sadəcə seyr edəcək, kimi də müsbət rəy bildirməyə çalışacaq. Burada söhbət gənc nəslin tərbiyəsindən və onların dünyagörüşlərinin formalaşdırılmasından gedirsə, mən tarix dərsliklərində yol verilən qüsurlara göz yuma bilməzdim.  

Azərbaycan Respublikasının “Təhsil Haqqında” Qanununun 4.0.1. maddəsində deyilir: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Gənclərimizin şəxsiyyət kimi yetişdirilməsi həm də bizim vətəndaşlıq borcumuzdur. Mənə elə gəlir ki, ilk növbədə övladlarımıza dilini və tarixini mükəmməl öyrətmək vacibdir. Mükəmməl deyəndə əsasən təhsilin keyfiyyəti nəzərdə tutulur.

“Təhsil Haqqında” Qanun eyni zamanda təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsini tələb edir (Maddə 9). Burada əsasən təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s. nəzərdə tutulur. Belə ki, dərsliklərin çapında da müəllifdən xüsusi peşəkarlıq və yüksək elmi-pedaqoji səviyyə tələb olunur.

Mən təhsil işçisi deyiləm, lakin bir vətəndaş kimi həyatımızda bütün baş verənlərə, eləcə də təhsillə bağlı münasibət bildirmək hüququm var. Biz hansısa bir sahəni nə qədər çox müzakirəyə çıxarsaq, o sahədə o qədər də çox şəffaflığa nail ola bilərik. Mədəni irsin qorunması və tədqiqi ilə məşğul olan bir adam kimi tarix kitabları diqqətimi daha çox çəkir. Mənim düşüncəmə görə, tarix fənni övladlarımıza ibtidai siniflərdən öyrədilməlidir. Tarixi ixtisasından asılı olmayaraq hər kəs mükəmməl bilməlidir. Mükəmməl və keyfiyyətli dərs öyrənmək üçün də keyfiyyətli dərsliklər yazılmalıdır. Təəssüf ki, tarix dərsliklərinin hazırlanmasında kifayət qədər nöqsanlarımız var.

Bu yaxınlarda ilk tanış olduğum 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi oldu.  Burada mən poliolit dövründən ta XXİ yüzilliyədək öz varlığını yaşadan Qarabağın necə təsvir olduğuna baxmaq istədim, amma çox təəssüf ki, Qarabağ haqqında məlumata rast gəlmədim. Kitabın müəllifləri  Mahmudlu Y., Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhrəmova S.

Yalnız kitabın 82-ci səhifəsinin sonuncu bəndində cəmi bir dəfə Qarabağın adı çəkilir: “...Özünü Qarabağda padşah elan edən Qazan xan dərhal tədbirlər görməyə başladı...”.   

Mən bir vətəndaş olaraq Ölkəmiz, Dövlətimiz, Xalqımız üçün çox həssas olan və istər tarixi, istər mədəni, istərsə də ticari  baxımdan zənginliyi ilə fərqlənən Qarabağın 7-ci sinif Azərbaycan tarixi  dərsliyində yer almamasına heç cür bəraət qazandıra bilmirəm. Güman edirəm ki, bundan Yaqub müəllimin də xəbəri olmayıb. Yoxsa o buna yol verməzdi.

Qarabağ haqqında məlumatların dərsliklərdə necə yerləşdirilməsi marağı məni 8-ci sinif tarix kitablarını vərəqləməyə vadar etdi. Mən “Qarabağ tarixi” kitabına rast gəldim. Belə bir adda kitabın mövcudluğu məndə təəccüb doğurdu. Çünki Qarabağ Azərbaycandan kənarda başqa bir ölkə deyil, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi, onun mövcud regionlarından biridir. Qarabağ tarixi Azərbaycan tarixindən kənarda mövcud ola bilməz. Qarabağın tarixi Azərbaycan tarixinin tərkibində özünə yer almalıdır. Əgər biz doğrudan da Azərbaycanın bölgələrinin tarixlərini ayrı-ayrı dərsliklərdə təsvir ediriksə, o zaman orta məktəblər üçün Bakı, Gəncə, Şirvan, Naxçıvan tarixləri niyə yoxdur?

Burada düşmən barmağı hiss olunmur ki? Biz özümüz öz əlimizlə Qarabağ tarixini Azərbaycan tarixindən ayırıb ayrı bir fənn kimi tədris edirik. Biz  bu fəaliyyətimizlə ermənilərə dəstək olmuruq ki? Biz öz əlimizlə Azərbaycanı bölmürük ki? Bu dərsliklər hazırlanarkən, dərsliyin uşaqların səviyyəsinə (yaşına) uyğun olub-olmaması barədə elmi araşdırmalar aparılıbmı? - Deyərdim ki, aparılmayıb. Əgər aparılsaydı, dərsliklərdə bu cür biabırçılıqlara yol verilməzdi.

2014-cü ildə çap olunan “Qarabağ tarixi” adlı bu dərslikdə ciddi qüsurlara yol verilib. Kitabın müəllifləri  Qasım Əhəd oğlu Hacıyev, Əyyub Şəfahət oğlu Əbdüləzimov hər ikisi professordur.  

Kitabın 9 cümlədən ibarət olan giriş hissəsində 5 cümlə “Qarabağ” sözünün mənşəyinə həsr edilib. (?) “Giriş”in nə məqsədlə yazıldığını bəlkə heç müəlliflərin özləri də izah edə bilməzlər. Amma orada önəmli iki cümlə var: “Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Qarabağ tarixinin tədqiqinə xüsusi diqqət yetirilir. Vaxtilə nəinki Qarabağ regionunun, hətta bütövlükdə Azərbaycanın tarixi səthi öyrədilirdi. Həmin dövrdən çox-çox fərqli olaraq, bu gün müstəqil dövlətimizin təhsil siyasətində Qarabağ tarixinin gənc nəslə öyrədilməsi prioritet təşkil edir”.

Bir zamanlar “Qarabağ regionunun, hətta bütövlükdə Azərbaycanın tarixinin səthi” öyrədilməsini dilə gətirən müəlliflər məqalələri bu həcmdə yerləşdiriblər:

1. Səhifə-18.  Qarabağ regionu türk etnoslarının qədim yaşayış məskənidir (1,5 vərəq)

2. Səhifə-20   Qarabağ regionu yazılı mənbələrdə (1 vərəq)

3. Səhifə-21   Qarabağ regionu erkən orta əsrlərdə (1 vərəq)

4. Səhifə-23   Azərbaycanın Qarabağ regionu 9-14 - cü yüzilliklərdə (2,5 vərəq)

5. Səhifə-27  Qarabağ Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində (0,5 vərəq)

6. Səhifə-30  Səfəvilər dövründə Qarabağda siyasi və sosial-iqtisadi vəziyyət (1 vərəq)

7. Səhifə-33  Qarabağ regionu XVIII əsrin I yarısında (1 vərəq) və s.

Mövzuların həcmindən göründüyü kimi, burada dərsliyin keyfiyyəti barədə danışmağa dəyməz. AR “Təhsil Haqqında” Qanununun 9.1. maddəsində deyilir: - “Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir”.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, 8-ci sinif “Qarabag tarixi” dərsliyi çap edilərkən Təhsil Haqqında Qanunun 9.1. maddəsi pozulub.

Hörmətli professorlarımız “yeniləşdirdikləri” dərsliyin 20-ci səhifəsində yol verdikləri bu xətanı “görməyiblər”.

Qarabağ regionu yazılı mənbələrdə

Kitabın 17-ci səhifəsində yerləşdirilən bu şəkillərin ümumiyyətlə bu dərsliyə aidiyyəti yoxdur. Belə ki, bu abidələr haqqında dərslikdə heç bir məlumat verilmir. Birinci şəkil elmi ədəbiyyatda “Xotavəng”. “Xudavəng”,”Dədəvəng” kimi qeyd olunur. İnşa tarixi VI-VII əsrlərə aid edilir. Abidə Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban  məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

İkinci abidə - Ağoğlan məbədi Laçın rayonu ərazisində, Həkəri çayının Minkənd qolu sahilində  Kosalar kəndinin yaxınlığında yerləşir. Ağoğlan məbədi IV - IX əsrlərə aid alban dövrü abidəsidir.

Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından, IX əsrdə yenidən inşa edilərək forma etibarı ilə monastır memarlığı tipinə uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən ilk bünövrələri olduğu kimi saxlanıb, köhnə divarlar üzərində yeni divarlar tikilib. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilib. Bu cür möhtəşəm abidələr barədə dərslikdə məlumat verilməməsi məyusluq doğurur.

Kitabın 12-ci səhifəsində “Azərbaycan Respublikasının Qarabağ regionunun maddi-mədəniyyət abidələri” adlı başlıq altında gedən yazılar oxucuda anlaşılmazlıq yaradır, tədris üçün yararsızdır. Belə ki, abidələrin kateqoriyaları, növləri, sayı haqqında məlumat verilmir.

İşğal altındakı 13 dünya əhəmiyyətli abidənin adları sadalanmır, onların Azərbaycanın tarixi və mədəniyyətində rolu izah edilmir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin məruz qaldığı itki və tələfatların sırasında sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, qoruqlar barədə heç nə danışılmır. Bunun əvəzində kitabda şagirdlər üçün mücərrəd mövzular, izahsız şəkillər verilir.

“Bu tarixi abidələr Qarabağ regionunun möhtəşəmlik simvoludur”

Bu, dərsliyin 42-ci səhifəsidir. Şəklin altındakı yazını oxuyan şagird üçün maraqlıdır bilsin, bu abidələr haradadır, nə vaxt inşa edilib, Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Bu tapmacanın cavabını şagird necə tapsın? Uşaq haradan bilsin ki, bu abidələr Ağdam cümə məscidi, Ağdamın Qarağacı qəbiristanlığı, Əsgəran qalası, Şuşanın Cıdır meydanından Qarqarçayın görüntüsüdür. Amma bilsələr maraqlı olar, elə deyilmi?

 Mən bu qüsurları kitab müəllifinin diqqətinə çatdıranda o qədər kəskin reaksiya verdi ki, sanki bomba partlamışdı. İndi mən deyirəm, hörmətli Qasım müəllim, bu saydıqlarım sizin hazırladığınız dərslikdəki nöqsanların hamısı deyil. Əziz dostum, tək bir şeyi anlamanı istərəm - nöqsanları üzə demək düşmənçilik deyil. Düşmənçilik, nöqsanları görüb gözünün içinə baxa-baxa susmaqdır.

 “Bakı xəbər” qəzetinə müsahibənizdə deyirsiniz  “...ortaya çox yüksək səviyyəli “Qarabağ tarixi” dərsliyi çıxarmışıq.” Mən də Sizə deyirəm ki, bu dərslik qüsurludur, şikəst doğulub. Buraxın dərslik məsələlərini pedoqoqların öhdəsinə.

Siz məni çox yaxşı tanıyırsınız, savadıma da bələdsiniz, biz bir çox tədbirlərdə, beynəlxalq konfraslarda birlikdə iştirak etmişik. Doğrudanmı bu sözləri deyəndə xəcalət çəkmədiniz? “O, “Qarabağ tarixi” dərsliyini özbaşına tənqid etmir, onu kimsə öyrədib, özü də bilirəm kim öyrədib”...  Məsləhət görərdim ki, cəsarət nümayiş etdirib o “kimsə”nin adını deyəsiniz.

Tənqidə bu qədər dözümsüzlük bu yaşda Sizə yaraşmaz. Xahiş edirəm, bacarmadığınız yolun yolçusu olmayın. Qasım müəllim, yalan danışmaq səhvləri ört-basdır etmir. Siz deyirsiniz ki, “Bəzi qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də radikal müxalifət istəmir Qarabağ tarixi öyrənilsin. Çünki bu adamlar erməni dəyirmanına su tökənlərdir”. Yazdığınız dərslik kimi danışığınız da mücərrəddir. Həm də qorxaqsınız, ad çəkə bilmirsiniz.

Siz Akademiyaya məndən çox öncə gəlmisiniz. Mən ora 2016-cı ildə gəldim. Təşəkkür edirəm AMEA rəhbərliyinə ki, bu müddət ərzində mənim Ermənistan əleyhinə iki kitabımı 4 xarici dildə çap edib yayıb. Bundan başqa, mən Ermənistan əleyhinə 10 kitab, 200-dən çox məqalə müəllifiyəm. 2011-ci ildə Strasburqda Ermənistana qarşı məhkəmə iddiası qaldırmışam. Maraqlansanız, bunları online, yəni internetdən əldə edə bilərsiniz.

Verdiyiniz müsahibədə daha sonra deyirsiniz: - “Faiq müəllim deyir ki, guya dərsliyin 20-ci səhifəsində “Qarabağ regionu yazıb mənbələrdə” yazılıb. O, kitabın elektron variantını götürüb və orada da hərf səhvi olub. Kitabdan isə xəbəri yoxdur. Həm də onun qeyd etdiyi məsələ 20-ci səhifədə deyil, 14-cü səhifədədir. Mən bu kimi fikirlərə əhəmiyyət vermirəm.

Qasım müəllim, yalan danışırsınız. Kitab elektron variant üzərindən çapa gedir. Elektron varianta da oxucunun düzəliş etməsi mümkünsüzdür. Yəni elektron variantda necə gedibsə, çapda da o cür düşür. Xətrinizə dəyməsin, boynunuza alın ki, Sizin o kitabdan xəbəriniz yoxdur. Siz necə müəllifsiniz ki, 14-cü səhifə ilə 20-ci səhifənin yerini səhv salırsınız? Siz 14-cü səhifədə bu abidələr haqqında məlumat verirsiniz:

Şortəpə - Azərbaycan Respublikasının Bərdə şəhərinin 5-6 km-də Şatırlı kəndi yaxınlığında qədim şəhər yeridir.

Kültəpə - Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında çoxtəbəqəli qədim yaşayış yeridir.

Uzuntəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin 8- 10 km şimal-şərqində Köndələnçayın sağ sahilində ilk tunc dövrünə (e.ə. 3-cü minillik) aid abidədir.

Xantəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin cənub-şərqində e.ə. 5-ci-2-ci minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir.

Mənim münasibət bildirdilyim dərslik Sizin bu kitabdır -

Qasım Hacıyev
Əyyub Əbdüləzimov
QARABAĞ TARİXİ

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakültativ kursun tədris vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuşdur.

Faiq İSMAYILOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ