Cümə günü, 13 noyabr 2026
     

Əqli Mülkiyyət Agentliyi şəxsi ad-soyadları da brend statusu ilə qeydə alır, məsələnin hüquqi mübahisəli tərəfləri...

Image


Adlar və soyadlar öz-özünə yaranmır, uzun tarixi proseslər keçərək öz mövcudluğunu qoruyur. Bu gün Azərbaycanda yaşı minillərlə ölçülən ad və soyadlar var ki, onlar bu gün də öz yaşamlarını davam etdirirlər.

Son zamanlar ölkəmizdə bəzi ad və soyadlarla bağlı qəribə iddialar meydana çıxmağa başlayıb. Bəziləri “bu adın ilk daşıyıcısı mənəm” deyib adlarını müvafiq qurumlarda qeydiyyata aldırmağa çalışırlar. Onlar Əqli Mülkiyyət Agentliyinə müraciət edərək ad və soyadlarını əmtəə nişanı kimi qeydiyyata aldırırlar. Agentlikdən verilən məlumata görə, ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi olaraq quruma müraciətlər daxil olur. 

Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, cari il ərzində əmtəə nişanlarının qeydiyyata alınması üçün 1626 müraciət (iddia sənədləri) edilib. Həmin müraciətlərə agentliyin müvafiq şöbələri tərəfindən baxıldıqdan sonra 207 əmtəə nişanı qeydiyyata alınıb, 9-dan isə imtina edilib.

Agentlikdən bildirilib ki, vətəndaşlar da ad və soyadlarının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edirlər: "Vətəndaşlar tərəfindən ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınmasına dair müraciətlər mütəmadi daxil olur".

Onu da vurğulayaq ki, Əməkdar artist Şəbnəm Tapdığın adı "İlk Şəbnəm" əmtəə nişanı kimi qeydiyyata alınıb. Belə ki, Əqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciəti ilə bağlı qərar qəbul edib. Agentlikdən bildirilənə görə, Əməkdar artist "İlk Şəbnəm" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib: "Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə “İlk Şəbnəm” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli qərar qəbul edilib".

Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: "O, Təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir".

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu il iyunun 11-də “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması məsələsi cəmiyyətdə ciddi ajiotaj və geniş müşakirə yaradıb. Ümumiyyətlə, ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınmasının özünün doğru olmadığı ilə bağlı fikirlər bildirilir. Ekspertlər qeyd edirlər ki, hər hansı bir adamın “bu adın ilk daşıyıcısı mənəm” deyib adını müvafiq qurumda əmtəə nişanı kimi qeydə aldırması cəmiyyətdə hərcmərclik yaratmaqla yanaşı, həm də bu iddiada olanların sayının artmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, ümumiyyətlə, adlar və soyadlar bu gün yaranmadığı üçün, onu patentləşdirmək, əmtəə nişanı kimi qeydiyyata aldırmaq düzgün deyil. Hüquqşünaslar hesab edirlər ki, bu, hüquqi baxımdan da qanunvericiliyə ziddir. Onların bildirdiyinə görə, bu gün kimlərinsə ad və soyadı Əqli Mülkiyyət Agentliyinin müvafiq şöbələri tərəfindən əmtəə nişanı kimi qeydiyyata alınırsa, sabah yüzlərlə insan ad və soyadlarını əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün quruma üz tutacaqlar, adlarını qeydiyyata aldırdıqdan sonra isə başqalarına bu adların verilməsinə qadağa qoyulmasını tələb edəcəklər. O adda hər hansı bir müəssisənin də fəaliyyət göstərməsinin qarşısının alınması üçün o adamlar məhkəmələrə üz tutacaq, bu da nəticədə ciddi problemlər yaradacaq. Hüquqşünaslar bildirirlər ki, ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması hüquqi baxımdan düzgün deyil.

  • Adəm Məmmədov: “Adların, soyadların əmtəə nişanı kimi qeydə alınması, yaxud patentləşdirilməsi qanunazidd bir haldır”

Tanınmış hüquqşünas Adəm Məmmədov hesab edir ki, ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması qanunvericiliyə ziddir və bu, çox absurd bir addımdır. “Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması o deməkdir ki, guya bu ad ilk dəfə ona məxsus olub. Dünya dəyişir və nə qədər ad, soyad var, böyük əksəriyyəti də qədimdən gəlir, hər birinin tarixi var. Heç kəs belə iddia edə bilməz ki, bu ad və soyad əmtəə nişanı kimi qeydiyyata alınsın. Belə məsələlər qanunvericiliklə deyil, təlimatla tənzimlənir. Adların, soyadların əmtəə nişanı kimi qeydə alınması, yaxud patentləşdirilməsi qanunazidd bir haldır. İstehsalatla, ixtiralarla, kəşflərlə bağlı məsələlər əmtəə nişanı kimi qeydiyyata alına bilər, amma ad və soyadla bağlı belə hal doğru deyil. Kiminsə öz ad və soyadını əmtəə nişanı kimi qeydiyyata aldırması ona heç bir hüquq vermir. Belə çıxır ki, onlardan başqa bu adı heç kəs daşıya bilməz. Bu absurddur. Həmin adda ölkəmizdə yüzlərlə adam ola bilər, sorğu versək görərik ki, bu iddiada olan adamlardan əvvəl də bu adları daşıyanlar olub. İnsan o halda adını, soyadını əmtəə nişanı kimi qeydiyyata aldıra bilər ki, həmin adı o yaradıb, o icad edib. Ümumiyyətlə, adlarını və soyadlarını əmtəə nişanı kimi qeydiyyata aldıranlar sabah o adın başqasına qoyulmasını qadağan edə bilməz, ümumiyyətlə, bu iddianı məhkəmə təmin etməz. Bu gün agentlik o ad və soyadları qeydiyyata ala bilər, amma sabah məhkəmə bu əmtəə nişanını rədd edəcək. Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması bu addımı atan insanlara gələcəkdə heç bir üstünlük qazandırmayacaq” - deyə A.Məmmədov qeyd etdi.

  • Elnur Məmmədli: “Bu əmtəə nişanı şəxsi adların qorunması anlamına gəlmir, onu ehtiva etmir”

Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli da bizimlə söhbətində məsələyə ətraflı aydınlıq gətirdi. O qeyd etdi ki, ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması heç də həmin adamların adının, soyadının qorunması anlamına gəlmir: “İstənilən vətəndaş, hüquqi şəxs gəlib öz adına əmtəə nişanları təsnifatlarında müxtəlif siniflər üzrə göstərdikləri xidmətlər üzrə əmtəə nişanı ala bilər. Bu əmtəə nişanı şəxsi adların qorunması anlamına gəlmir, onu ehtiva etmir. Bu yalnız siz hansı sinif üzrə əmtəə nişanını qeydiyyatdan keçirsəniz, o sahə üzrə əmtəə nişanı hüquqlarınız qorunacaq. Yəni buna nümunələr də var. Şirkətlər, yaxud fiziki şəxslər gəlib öz adları ilə əmtəə nişanı ala bilərlər. Məsələn, “Azad” şirniyyat evi var, bu bir əmtəə nişanıdır. Onun sahibi də bu şirniyyat evini öz adı ilə adlandırıb”.

Müğənni Şəbnəb Tapdığın adının əmtə nişanı kimi qeydiyyata alınması məsələsinə də aydınlıq gətirən E.Məmmədovun sözlərinə görə, bu o demək deyil ki, bu adı başqa adam qoya bilməz. “Onun adı təsnifatın 41-ci sinfinə görə, yəni musiqi xidmətləri üzrə əmtəə nişanı kimi qeydiyyata alınıb. O bu sahə üzrədir. Bu əmtəə nişanları insan adlarının qorunması anlamına gəlmir. Bu yalnız həmin sinif, sahə üzrə əmtəə nişanları hüquqlarını bildirir. Məsələn, Hüseynova Mərziyyə adlı vətəndaş gəlib Mərziyyə adını əmtəə nişanı kimi qeydiyyata aldırıb. Yaşar Bağırov adlı əmtəə nişanı var. Yəni belə adlarla çox müraciət edilib. Ancaq, dediyim kimi, konkret olaraq hərəsi bir sahə üzrədir. Götürək “Jalə” sularını, şirələrini. Jalə qadın adıdır. Bu o demək deyil ki, heç kəs bundan sonra Jalə adından istifadə etməsin. Mineral suların istehsalı sahəsində “Jalə” adını yalnız o şirkətin istehsal etdiyi məhsul daşıya bilər. Eləcə də “Sabina” parfüm şirkətinin adı. Bu şirkət qadın ətirləri və parfümeriya məhsulları sahəsində fəaliyyət göstərir, bu adda ikinci bir əmtəə nişanı ola bilməz. Hansı sinif üzrə qeydiyyata alınırlarsa, həmin əmtə nişanından başqa bir şirkətin istifadə etməsi olmaz. Bunun şəxsi adlara heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, şəxs adları müəllif hüququ ilə qorunmur” - deyə E.Məmmədli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ