Cümə günü, 13 noyabr 2026
     

Tanınmış şəxslərin ölüm və xəstəlik xəbərlərinə media orqanlarının bəzi yolverilməz yanaşmaları...

Image


Son zamanlar bəzi media orqanlarında yaşayan adamların “ölüm” xəbərlərinin yayılmasına tez-tez təsadüf edirik. İndiyə qədər saysız məşhur insanın “ölüm” xəbəri medianın gündəmində yer alıb. İctimaiyyətin diqqət mərkəzində olan insanların “xəstəlik”lərə tutulması, eləcə də “vəfat” etməsilə bağlı məlumatların yayılması həm onların ailə üzvlərini, həm də cəmiyyəti ciddi narahat edir. Həqiqətə uyğun olmayan xəbərlərlə gündəmi dəyişmək istəyənlərin yol verdikləri bu xata “ölüm” xəbərini çıxardıqları insanların özlərinə də psixoloji təsir göstərir.

Sosial şəbəkələrdə, saytlarda sağ ikən "basdırılan" məşhurları hər kəs tanıyır. Xalq artisti Aygün Kazımovanın, Hacı Nuran Hüseynovun, aparıcı Afət Rahilqızının, Xalq artisti Naibə Allahverdiyevanın, müğənni Rahidə Baxışovanın, müğənni Sevda Sanaliyevanın, Xalq artisti Könül Xasıyevanın, Xalq artisti Arif Quliyevin, Əməkdar artist Coşqun Rəhimovun, Əməkdar artist Kübra Əliyevanın, müğənni Samir Bağırovun, müğənni Nazim Pişyarinin, Xalq artisti, cazmen Cavan Zeynallının, eləcə də Xalq şairi Musa Yaqubun, Xalq artisti Yalçın Rzazadənin sosial şəbəkələrdə və bəzi media orqanlarında “ölüm” xəbərləri yayılıb.

Onu da vurğulayaq ki, sağlığında bir neçə dəfə Xalq artisti Habil Əliyevin ölüm xəbəri mediada yer alıb. Sentyabrın 24-də dünyasını dəyişən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk rəhbəri, tanınmış ictimai-siyasi xadim Vurğun Əyyubun da həyatda olduğu zaman “ölüm” xəbəri bütün ictimaiyyətin narahatlığına səbəb olub.

“Ölüm” xəbəri yayılan məşhurların bir çoxu bunu gülüşlə, yumorla qarşılasa da, yalan məlumata sərt yanaşanlar da az olmayıb. Məsələn, Xalq artisti C. Zeynallı “Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardır. Bundan sensasiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?” - deyə bildirib.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub isə “ölüm” xəbərinə belə reaksiya verib: “Hər şey yaxşıdır. İsmayıllıda Buynuz kəndindəyəm. Sizi də dəvət edirəm”.

Bəzi media orqanlarının gündəm xatirinə yaratdıqları bu ajiotaj, əslində, onların özlərinə zərbə vurur. Çoxları “bu xəbəri ilk olaraq biz yaydıq, bizə istinad edin” iddiasını da ortaya qoyur. Sonda isə məlumatlarının yalan olduğu üzə çıxır...

  • “Həmin media qurumları isə vicdansızcasına bu adamların “ölüm” xəbərini çıxarmaqla onların adlarından sui-istifadə edirlər”

Tanınmış media eksperti, Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, məşhurların “ölüm” xəbərini yaradanlar süni gündəm yaratmaq istəyənlərdir. Bunun jurnalistlərin peşə etikasına zidd olduğunu qeyd edən A.Həsrət hesab edir ki, dəqiqləşdirilməmiş məlumatların bəzi media orqanlarında yer alması həmin qurumları gözdən salır. “Burada, ilk növbədə, bir vicdan məsələsi var. Çünki bəzi kütləvi informasiya vasitələri cəmiyyətin ən çox həssas olduğu məsələlərə yer verməklə, bir növ, öndə olmaq istəyirlər. Bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb etmək niyyəti güdürlər. Bəzi həmkarlarımız, yaxud da media sahəsinə gələn təsadüfi adamlar sui-istifadə edirlər. Yəni onlar görürlər ki, diqqət məşhur adamlara yönəlib, bu cür yanlış məlumatlar yayırlar, bununla da ajiotaj yaratmağa çalışırlar. Cəmiyyətdə hansı insana diqqət varsa və həssaslıq göstərilirsə, dərhal bu cür media orqanları onunla bağlı qondarma bir məlumat yayırlar. Bir müddət əvvəl Xalq şairi Musa Yaqubun, Xalq artisti Yalçın Rzazadənin, Xalq artisti Cavan Zeynallının “ölüm” xəbərini yayan media orqanları bununla elə hesab etdilər ki, guya “bu xəbər”lə qabağa düşdülər. Onlar tanınan və ictimaiyyət tərəfindən sevilən adamlardır. Həmin media qurumları isə vicdansızcasına həmin adamların “ölüm” xəbərini çıxarmaqla onların adlarından sui-istifadə edirlər. Belə kütləvi informasiya vasitələri məşhur adamların adları ətrafında manipulyasiya etməyə cəhd göstərirlər. Həyatda olan bir insanın “ölüm” xəbərini yayanların bu hərəkətləri ədəb, əxlaq sınırlarını aşan bir məsələdir”.

A.Həsrət hesab edir ki, bu cür yalan xəbər yayan media qurumları “ölüm” xəbərlərini yaydıqları şəxsiyyətlər tərəfindən məhkəməyə verilə və onlara cəza tələb oluna bilər. O qeyd etdi ki, sadəcə, həmin tanınmış insanlar cəmiyyətdə böyük nüfuza malik olduqları və öz abırlarını qoruduqları üçün həmin KİV-i məhkəməyə vermirlər. “Barələrində əsassız “ölüm” xəbərləri yayılan görkəmli insanlar həmin xəbərləri yayanları məhkəməyə verib təzminat tələb edə bilərlər, lakin Musa Yaqub, Yalçın Rzazadə kimi böyük şəxsiyyətlər heç zaman bunu etməzlər. Çünki bunu öz şəxsiyyətlərinə sığışdırmazlar. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, hər hansı bir tanınmış adam haqqında məlumat almaq elə də çətin deyil. Azərbaycan cəmiyyətində çox böyük hörmət sahibi olan, nüfuz qazanan insanların “ölüm” xəbərini yayan bəzi KİV-in, əslində, özü belə xəbərləri yaymaqda maraqlıdır. Bu da onların daha çox izləyici qazanmaq marağı ilə bağlıdır. Ancaq sonda onlar yaydıqları yalan xəbərlərə görə etimadlarını itirirlər və oxucular onların saytlarına, orqanlarına maraq göstərmirlər”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ