Cümə günü, 13 noyabr 2026
     

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

Image


Bu gün Azərbaycan dünyada yalnız neft ixrac edən ölkə kimi tanınmır, ölkəmiz özünün yeni idarəetmə modellərini də yaradaraq dünyaya təqdim edir. Azərbaycan brendinə çevrilən “ASAN xidmət”, DOST kimi yeni təsisatların yaranması və dünyaya ixrac edilməsi Azərbaycanın adı ilə bağlıdır.

Bir sıra sosial modellərin meydana gəlməsi və bu nümunənin dünyanın müxtəlif dövlətləri tərəfindən maraqla qarşılanması faktdır. DOST mərkəzləri yaradılan təsisatlar sırasında xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq “DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir” - deyir. Həqiqətən də DOST-un timsalında kənardan fərqli bir Azərbaycan görmək olur.

Azərbaycanda fəaliyyət göstərən DOST mərkəzləri yarandığı gündən Azərbaycan insanının həyatının bir parçasına çevrilib. Bir sənəd üçün günlərlə qapılar döyməyə məcbur olan, çox vaxt da süründürməçiliklə üzləşən Azərbaycan vətəndaşı DOST-un sayəsində artıq bu problemlə vidalaşıb.

Məlum olduğu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin avqust ayının 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradıldı.

DOST mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi mümkün olub. Qeyd edək ki, DOST mərkəzlərində vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün müxtəlif təlimlərin keçirilməsi müsbət addımlardandır.

Bildiyimiz kimi, DOST Agentliyi DOST mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir.

Azərbaycanın yeni sosial brendi kimi tanınan DOST-un əhatə dairəsi günü-gündən genişlənir.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanın dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır və DOST-un da yaradılmasında məqsəd Azərbaycan insanının yüksək səviyyədə sosial xidmətlərlə təmin edilməsidir.

Məlum olduğu kimi, hazırda DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir.

Bu gün fəaliyyət göstərən DOST mərkəzlərində təqdim edilən xidmətlər əhalinin ürəyincədir. Qeyd edilənə görə, bu mərzkələrdə il ərzində on minlərlə vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. DOST mərkəzində “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. bölmələrdə uyğun müraciətlər qəbul olunur və həllini tapır. Onu da vurğulayaq ki, vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar xidmətlər də həyata keçirilir. Bir müddət əvvəl DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən, övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və bu sahədə məsləhət və məlumat verilməsi xidmətləri də daxil edilib. DOST mərkəzlərində göstərilən xidmətlərə yenilərinin əlavə olunması bu layihənin kifayət qədər uğurlu olması və dövlət tərəfindən dəstəklənməsinin göstəricisidir.

Rəsmi məlumatlara görə, 2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Ekspertlər hesab edirlər ki, bu təsisatın yaradılması əhalinin qayğılarını əməlli-başlı yüngülləşdirib.

Bu ilin may ayına olan məlumata görə, “DOST konsepsiyası üzrə yol xəritəsi”ndə DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlandığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasının həyata keçirilməsi bölgələrdə yaşayan insanların da keyfiyyətli sosial xidmətlə təmin olunmasına əsas verəcək. 

DOST mərkəzinin gün ərzində 400-450 vətəndaşı qəbul etdiyini qeyd edən mütəxəssislər hesab edirlər ki, bu da sözügedən mərkəzlərin kifayət qədər əhaliyə xidmət göstərməsi deməkdir.

Vətəndaşlar bildirirlər ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması və 126 növdə xidmət göstərməsi bir sıra neqativ halların qarşısını alıb. Bu xidmətlərin hamısı bir mərkəzdən, şəffaflıq prinsipinə uyğun olaraq, süründürməçilik hallarına yol verilmədən, ən müasir innovativ metodlardan istifadə etməklə təqdim edilir. Bu mərkəzlər fəaliyyətə başladıqdan sonra vətəndaşların daha bir sıra qapıları döyməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, bu mərkəzlərin vahid qurumdan idarə olunmasında əsas məqsəd, ilk növbədə, vətəndaşların qərar verən məmurlarla birbaşa əlaqəsini aradan qaldırmaqdır, bu da xoşagəlməz hallara, o cümlədən, korrupsiya hallarına yol verilməsinin qarşısını alır və proseslər tam şəffaflıqla həyata keçirilir.

Vətəndaşlar qeyd edirlər ki, mərkəzlərdə xidmətlər çox yüksək səviyyədə təşkil edilib. Burada işləyənlər gülərüz, mehriban və öz işlərini yaxşı bilənlərdir. Onu da bildirək ki, DOST mərkəzlərinə bu mərkəzin fəaliyyət göstərmədiyi digər rayonlardan gələnlər də çox olur. Bu da DOST-un həqiqətən də vətəndaşların etimadını qazanması ilə bağlıdır.

Yasamal rayonunda fəaliyyət göstərən 1 saylı DOST Mərkəzinin direktoru Seymur Alıyev mətbuata bildirib ki, yeni təsisatın yaradılması əhalinin bir sıra xidmətlərlə süründürməçiliyə yol verilmədən təmin olunmasına şərait yaradıb. “Əvvəllər ölkə vətəndaşları süründürməçilik halları ilə üzləşirdilər, hətta qəbula düşmək də müşkülə dönürdü, çoxsaylı sənəd tələb olunduğundan, arayışları əldə etmək üçün bir neçə yerə müraciət etməli olurdular”- deyə o qeyd edib.

DOST mərkzələrində könüllülük proqramı da həyata keçirilir. Burada “Könüllü DOST”lar da fəaliyyət göstərir. Könüllülər mərkəzə gələn vətəndaşlara yaxınlaşır, onları xidmətlərə yönləndirir, eyni zamanda da hansısa bir müraciətin, ərizənin doldurulmasında yardımçı olurlar. Mərkəzlərdə könüllülər üç kateqoriyaya bölünür - “Gənc Könüllü”; “Gümüşü Könüllü” (təqaüdə çıxmış vətəndaşlar); həmçinin, “Virtual Könüllü”lər.

“Gümüşü Könüllü” layihəsi olduqca maraqlıdır. Bu proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır.

Mütəxəssislər qeyd edirlər ki, DOST mərkəzlərinin açılışında Prezident İlham Əliyev sosial sahənin Azərbaycan dövləti üçün prioritet olduğunu, bu sahəyə çox böyük diqqət göstərildiyini, aparılan islahatların artıq real nəticələr verdiyini qeyd edərək, eyniadlı agentliyin yaradılmasının həmin istiqamətdə çox önəmli islahat olduğunu vurğulayıb və növbəti illərdə agentliyin fəaliyyətinin genişləndirilməsinin vətəndaşlar tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini bildirib. Mütəxəssislərin bildirdiyinə görə, ölkə başçısı “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” -deməklə bu layihənin əhəmiyyətini vurğulayıb.

Onu da bildirək ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunun iştirakçıları - BSTA-nın prezidenti Yoakim Bröyer, xəzinədarı, Rusiya Pensiya Fondu idarə heyətinin sədr müavini Nikolay Kozlov, Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq sosial siyasət üzrə baş eksperti Karolin Könih, Fransanın Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti Viliam Qardey və digər qonaqlar DOST Agentliyində və ilk DOST mərkəzində olublar və onlar Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu etiraf ediblər

Azərbaycanın sosial xidmətlər üzrə böyük təcrübə qazandığını və bu təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşdüyünü deyən mütəxəssislər hesab edirlər ki, DOST layihəsi təqdirəlayiqdir. Geniş xidmətləri əhatə edən və innovativ yenilikləri özündə ifadə edən DOST layihəsi artıq dünyada bir Azərbaycan brendi kimi özünü təsdiqləyir.

İradə SARIYEVA

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ