Cümə günü, 13 noyabr 2026
     

Ermənilər Ordubadın “Əylis”ində necə məskunlaşıb... - FOTO

Image


Bu yerin dağı lısdı,
Ya eldi, ya ulusdu,
Bu dərədə bir yurd var,
Adı da Ağ-ulusdu.

 

Ağulusdan - bu qədim türk elindən oxucularımıza salam olsun! Salam olsun həm də o kəslərə ki, illərdir Azərbaycanın qədim yaşayış məskənlərindən olan bu yurd yerini sevib, əzizləyib, tarixini hifz edərək gələcək nəsillərə miras kimi ötürüblər. O səbəbdən ki, Ordubadın bu dilbər guşəsi hələ keçmiş zamanlarda öz gözəlliyinə görə “bala İstanbul” adlandırılıb. Yağı düşmən yağmalamağa çalışsa da, tarixin izlərini itirməyə müfəvvəq olmayıb. Çünki tarix həqiqətin tərəfindədir. Əylis 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Əylis” və “Səhrayi Əylis” kimi qeyd olunmuşdur. Bundan 137 il sonra, yəni 1727-ci ildə osmanlılar tərəfindən tərtib olunmuş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə isə bu kəndlər Yuxarı və Aşağı Əylis kəndləri kimi göstərilmişdir.

Əylis toponimindən söz açarkən filologiya elmləri doktoru Adil Bağırov “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözü qədim türk mənbələrində şəhər mənasında işlənir. 

Qoynunda əsrlərin yadigarı olan tarixi abidələri yaşadan Əylis açıq səma altında muzeyi xatırladır. Muzeyin qapılarını açıb içəri daxil olduqda Orta əsrlərin məşhur şəhərlərindən olan Əylisin zəngin tarixini diqtə edən izləri - eksponatları ilə üz-üzə dayanırsan.

  • Orta əsrlər şəhəri – Əylis...

Rayon mərkəzindən 12 km məsafədə yerləşən Yuxarı Əylis kəndi orta əsrlər zamanı Naxçıvan bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən olub. Əylis bölgənin mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Əylis, xüsusən də Səfəvilər dovrundə Naxcıvan bolgəsində diqqəti cəlb edən şəhərlərdən idi. İqtisadiyyatında ipək və digər mallarla ticarətin üstünlük təşkil etdiyi Əylis şəhəri XVI yüzillikdən etibarən Səfəvi şahlarının xüsusi himayəsinə keçməklə xass kimi (feodalizm dövründə Yaxın şərq ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq sahəsi) toxunulmaz mahal idi. Şahın belə xususi himayəsi buranın ticarət imkanlarını genişləndirmişdir.

Hindistan, Cin, Mərkəzi Asiya olkələri, Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa olkələrini Səfəvi torpaqları ilə birləşdirən yollar Naxcıvan ərazisindən kecdiyindən, burada ticarət ucun boyuk bazarlar və digər alış-satış məntəqələri fəaliyyət gostərirdi. Kəndin mərkəzində, hazırda Bazar meydanı adlanan yerdə orta əsrlər zamanı böyük ticarət mərkəzi olmuş, müxtəlif ölkələrdən gələn tacirlər burada alver etmişlər.

Əylisin mərkəzində yerləşən boyuk bir karvansara da ticarətin inkişafına xidmət etmişdir. Bu karvansara 1680-ci ildə Əylisli Musa bəy tərəfindən tikilmişdir. Həmin karvansaranın qalıqları bu gün də Yuxarı Əylis kəndinin mərkəzində qalmaqdadır.

Əylis cayının uzərindən xalq arasında Şah Abbas korpusu kimi tanınan korpu salınmışdır. Həmin körpü mühüm ticarət, iqtisadi əhəmiyyətə malik bir abidə olub. Orta əsrlərdə Ordubad-Əndəmic-Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş.

Əylis tacirləri Yaxın Şərq və Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinə girmiş, həmin ölkələrlə bir sıra mallarla yanaşı, ipək ticarəti etmişlər. Belə ki, həmin dövrdə Naxçıvan bölgəsində əhalinin məşğul olduğu kənd təsərrüfatı sahələrindən biri də ipəkçilik olmuşdur. Bölgə ərazisində təsərrüfatın bu sahəsinin geniş yayıldığı yer Ordubad idi. Buranın mülayim iqlim şəraiti ipəkqurdunun yetişdirilməsi üçün əlverişli sayılırdı. İstehsal edilən məhsul xarici ölkələrə ixrac edilirdi. Bu mənada, Əylis də ipək ixracatında əsas mərkəzlərdən sayılırdı. Burada ipəkçilik nəsildən-nəslə keçən sənətkarlıq sahəsi idi. XIX əsrin 60-cı illərində Əylisdə 50 dəzgahdan ibarət ilk ipəksarıma fabriki fəaliyyət göstərmişdir.

Kənddə hələ də  qalıqları qalan və el arasında “Qala qapısı” adlandırılan yer olub. Bu yer orta əsrlər zamanı gömrük məntəqəsi rolunu oynamış, cənub yolu ilə şəhərə daxil olan və şəhəri tərk edən adamlar və mallar burada yoxlanmış və qeydiyyatdan keçmişdir. Bütün bu faktlar ticarət və sənətkarlıq mərkəzi olan Əylisin inkişaf etmiş bir şəhər kimi daim diqqət mərkəzində olduğunu göstərir. 

  • Qədim məhəllələr, kəhrizlər...

Əylisdə indiyədək qalan qədim yaşayış evləri, memarlıq abidələri və onların qalıqları, hətta kənddə XVII əsrdə kəhriz sisteminin mövcud olması burada əhalinin böyük imkanlara, yüksək mədəni səviyyəyə malik olmasından xəbər verir. Bazar, Qarabağ, Meydan, Şam, Nov, Nuhgədih, Şora və digər kəhrizlər bu torpağın inciləridir. Mənbələr göstərir ki, Əylisdə kəhrizlərin sayı 45-dən çox olub. Bu gün də Əylisdə onlarla kəhriz işlək vəziyyətdədir. Bu qurğular quruluşuna görə sadə və mürəkkəb formaya malik  olub bu gün üçün əvəzolunmaz tarixi-mədəniyyət abidəsidir. Su sistemlərində pilləli kaskad tipi prinsipindən istifadə edilməsi məsələsi Avropada XX əsrin əvvəllərində su elektrik stansiyalarında tətqbiq olunmuşdur. Halbuki, Ordubad və Əylis kəhriz sistemlərində pilləli su sistemlərindən istifadənin tarixi çox-çox qədimlərə gedib çıxır. Qarabağ kəhrizi kəndin Qarabağ məhəlləsində yerləşir. Bu məhəllədə əsasən 1918-ci ildə ermənilərin törətdiyi soyqırım nəticəsində Zəngəzur mahalından gələnlər məskunlaşıb. Keçmişdə inşa olunan evlər sırasında, demək olar ki, birmərtəbəli evə rast gəlmək mümkün deyil. Evlər iki va ya üçmərtəbəli tikilib. Giriş qapısı Ordubad şəhərinin qədim məhəllələrində olan evlərin giriş qapısı ilə eynidir. Səkkizüzlü bölüşdürücü dəhlizə malikdir.

Vəraqut məhəlləsi kəndin ən qədim məhəllələrindən sayılır. Burada köhnə tikililərin, qala divarlarının qalıqları, buzxana tipli binalar, məscid, eləcə də bu ərazidə daha çox qalan qədim evlərdə hələ də yaşayışın davam etməsi bunu sübut edir.

Əylisdə bu gün də öz qədim adını qoruyub saxlayan yerlər, məsələn, Xan bağı, Xanlar məhəlləsi, Bəylər yeri, Xoşkeşin adlı məhəllələr mövcuddur.  Küçələrin daş döşəməsi, qala qapılarının izləri, uca divarlar orta əsrlər mədəniyyətinin bariz nümunələridir.

Meydan məhəlləsi. Bura Yuxarı Əylisin ən qədim və əsas məhəllələrindən sayılır. Bu məhəllə özündə 4 tarixi abidəni hifz edir. Orta əsrlərin yadigarı olan məscid və ona bitişik mədrəsə, hamam, kəhriz.

Zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmış məscid Meydan məhəlləsində yerləşdiyinə görə “Meydan məscidi” də adlanır. Son illərdə məsciddə təmir işləri aparılıb. Şəhərin mədəni həyatında əhəmiyyətli rol oynamış ikimərtəbəli mədrəsə binasının üzərində dəqiq inşa edilmə tarixini gostərən kitabə olmasa da, memarlıq xususiyyətlərinə, tikinti konstruksiyasına və məscid kompleksinə aid olması onun Səfəvilər dovrundə tikildiyini gostərir. Orta əsrlər dövründə belə bir mədrəsənin fəaliyyət göstərməsi həmin dövrdə elmə, biliyə nə qədər önəm verildiyinin göstəricisidir. Dini biliklərlə yanaşı dünyəvi biliklərin də tədris olunduğu mədrəsədə Əylis şəhərinin və ətraf yerlərin uşaqları təhsil almışlar. Əylisdə yeni tipli məktəb 1912-ci ildə  açılıb. Naxçıvan Muxtar Respublikasının yaradılmasının fəal iştirakçılarından olan Naxçıvanın maarif komissarı Mirzə Vahab Həsənzadə 1912-ci ildə seminariyanı bitirdikdən sonra doğma kəndinə -Yuxarı Əylisə qayıdıb, vətən övladlarının maarifləndirilməsi, savadlandırılması üçün "Üsuli-cədid" məktəbi təsis edib. Zəngəzurdan gələn qaçqınları da təhsilə cəlb edib. Hətta  M.V.Həsənzadə İkinci Dünya müharibəsi illlərində öz evinin yarısını məktəbə verib.

Məscidin şimal-şərq tərəfində məscidə bitişik hamam vardır. Nisbətən dağılmış vəziyyətdə gəlib çatan hamamın hazırkı görkəmi və ölçüləri göstərir ki, o çox möhtəşəm bir abidə olub. Böyük bir hissəsi yerin altında qalan hamam uçulmuş halı ilə belə bu gün də diqqəti cəlb edir. Hamamın altından keçib məscidin qarşısına çıxan çeşmə Meydan çeşməsi adlanır. Vaxtilə hamam bu çeşmənin suyu ilə işlədilib. Məscid, mədrəsə, hamam və çeşmə ümumilikdə bir kompleks təşkil edir və Əylisin qədim Azərbaycan torpağı olduğunu sərgiləyir.

  • Ermənilər Əylisdə necə məskunlaşıb?

Açıq səma altında muzey - Əylis səhifə-səhifə, məhəllə-məhəllə oxunacaq  bir tarix kitabıdır. Bu kitabın səhifələrinə sonradan qara ləkə kimi düşən ermənilər isə I Pyotrun dövründən başlayaraq, xanlıqların işğalından sonra köçürülmə nəticəsində məskunlaşmışlar. Erməniləri himayə edib Azərbaycan torpaqlarına köçürən çar Rusiyasının məqsədi burada onlar üçün xristian dövləti yaratmaq, həmin dövlətin vasitəsilə təsir dairəsini, müstəmləkəçilik idarə sistemini daha da gücləndirmək, eləcə də gələcək hərbi yürüşlərə, işğalçılıq planlarına dayaq yaratmaq idi.

1828-ci il Türkmənçay müqaviləsindən sonra 47 erməni ailəsi Əylisə köçürülüb. Əylisdə möhkəmlənmələri üçün onlara bir çox imtiyazlar verilib. 6 il vergilərdən azad edilən ermənilərə ticarət işləri ilə məşğul olmaları üçün imkanlar yaradılıb. İpək kimi strateji məhsulların satışı onlara verilib. Vəzifələrə təyin edilməklə çar üsul-idarəsinin buradakı rəhbərlərinə çevriliblər. Gəldiklərində Əylisin kənarlarında məskunlaşan ermənilər tədricən mərkəzdə də özlərinə yer edə biliblər. Erməni müəllifləri isə Əylisin Çar Tiqran tərəfindən salındığı və bu yerlərin qədim erməni torpağı olduğunu iddia edirlər. Hətta bir az da irəli gedib qeyd edirlər ki, Sovet hakimiyyəti qurulduqdan sonra erməni torpağı olan Əylis Naxçıvan bölgəsinin digər  əraziləri kimi Azərbaycanın tərkibinə keçdi. Bizsə iddialara yox, tarixə istinad edir, əsl gerçəyin - tarixin bu torpağın dərin qatlarına vurduğu izlərə söykənərək tarixi həqiqətləri nəzər-diqqətinizə çatdırırıq. Əylis Naxçıvanın digər kəndləri ilə müqayisədə daha çox inkişaf etmiş, ticarət və mədəniyyət mərkəzi idi. İstənilən halda yaşayış üçün əlverişli sayılırdı. Bu mənada,  Əylis sevdası erməniləri bu ərazinin tarixini saxtalaşdırmağa və özününküləşdirməyə sövq edir.

  • Tarix dolu Əylis...

Məscidlər o yerdə inşa olunub ki, həmin ərazidə müsəlmanlar yaşayıb və çoxluq təşkil edib. Əylisdəki tikinti mədəniyyəti - istər körpülər olsun, istər hamam və yaxud yaşayış evləri - Naxçıvan ərazisindəki, xüsusilə də Ordubad şəhərindəki abidələrlə, tikililərlə eyniyyət təşkil edir. Çox da uzağa getməyək. Götürək elə qapıları. Taqqılbab və zəncirbablı qapılar hazırda Ordubad bölgəsi üçün xarakterikdir. Əylisdə bir sıra evlərə giriş üçün məhz taqqılbab və zəncirbabdan hələ də istifadə olunur. Xüsusilə də toponimlər. Ərazidəki dağ adları, məhəllələrin, eləcə də çoxsaylı kəhrizlərin hamısının adı türk mənşəlidir. Əylis Ordubadın bir çox kəndləri ilə həmsərhəddir. Şərq sərhədi boyunca Ordubad şəhəri, Nüsnüs, Əndəmic, qərb sərhədi boyunca Xanağa, Vənənd, Vələver, Dırnıs kimi 12-yə yaxın kəndlə əhatələnib. Əylisin şimalında, Əylis çayının sağ sahilində Nuhgədih adlı qədim yaşayış məskəni olub. Bu qədim yaşayış məskəni, adından da göründüyü kimi, Nuh peyğəmbərin adı ilə əlaqəlidir. Həmin yaşayış məskəni 1918-20-ci illərdə ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliyin qurbanı olub.

Digər tərəfdən, torpağın bağrına sancılmış məzarüstü kitabələrə diqqəti çəkək. Doğum və ölüm ili bəlli olmayan çoxsaylı qəbirlərlə yanaşı, 1800-cü illərdən başlamış tarixi dəqiq göstərilən və o vaxtın əlifbası ilə həkk olunan məzarüstü kitabələr onlarladır. Bu kitabələri tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli tədqiq edib. Məlum olub ki, kənd qəbiristanlığında indiyədək qalan başdaşı tipli qəbirüstü abidələrin çoxu qadınların xatirəsinə hazırlanmışdır. Qəbiristanlıqda tədqiq olunan 9 kitabədən altısının Şərəfnisə, Hökümə xanım, Nurşərəf, Həvva xanıma aid olması diqqətçəkən məsələlərdəndir.

XVIII əsrdə Azərbaycanda yaranan xanlıqlar içərisində öz mövqeyi ilə seçilən Naxçıvan xanlığının Naxçıvanın inkişafında əhəmiyyətli dərəcədə rolu olub. “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildindən oxuyuruq: “Naxçıvan xanlığında mövcud olan 3 şəhərdən biri məhz Əylis olub. Nadir şahın ölümündən sonra İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan Azadxan 1752-ci ildə Naxçıvan xanlığının mühüm ticarət və sənətkarlıq mərkəzlərindən olan Əylis şəhərini yerlə yeksan etmiş, onun bir də dirçəlməsi üçün heç bir ümid yeri qoymamışdı. Sonralar Əylis şəhərinin yerində onun sənətkarlıq ənənələrini qismən davam etdirən böyük kəndlər-Aşağı Əylis və Yuxarı Əylis əmələ gəlmişdi”.

Ordubadın ən qədim yaşayış məskənlərindən olan Əylis əzəmətli dağlarla əhatələnib. Füsunkar təbiəti var. XIX əsrin I yarısında yaşamış Cənubi Azərbaycan şairi Əndəlib Qaracadaği Ordubad şəhərinin gozəlliyindən bəhs edərkən Əylisi də vurğulayır.

Ordubadın nə deyim, vəsfı gülüstanə dəyər,
Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.
Hər dəm Əylis səfəri Hindü-Sifahanə dəyər,
Eylə şahidləri var, huriyi-qılmana dəyər.

Əylis bu gün

XIX əsrin sonlarında Əylis kəndindən bir görünüş poçt açıqcası kimi buraxılıb. Və XXI əsrin Əylisi. Tarixə Ağulus kimi düşmüş Əylis bu gün özünün ağ günlərini yaşayır.

Ağ elim, ağ ulusum,
Dörd yanı dağ ulusum.
Təbriz elindən gəlir
Sədası Ağulusun.

2012-ci ildə Yuxarı, 2014-cü ildə Aşağı Əylisdə kompleks quruculuq işləri həyata keçirilib. Orta əsrlər şəhəri Əylisə uzun ömür bəxş olunub.  Ümumilikdə, Yuxarı və Aşağı Əylisdə 4000-ə yaxın əhali yaşayır. Mehriban, xoşsimalı əylislilər  yaradılan şəraitdən bəhrələnərək torpağın qayğısına qalır, təsərrüfatın müxtəlif sahələrində çalışırlar. Zəngin tarixi hifz edən Əylis qoynunda o tarixi yazanları yaşadır. Əylisin-Ağulusun - bu ağ şəhərin tarixini saxtalaşdırmağa cəhd göstərənlərin  isə arzuları, xam xəyalları, məkrli planları və uydurmalarını elə tarix özü çoxdan qara torpağa gömüb. Çünki tarix həqiqətin tərəfindədir!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ