Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azər Cəfərov sentyabrın 27-də Lənkəran rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Lənkəran regional Ədliyyə İdarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.