Cümə günü, 13 noyabr 2026
     

Silikon canlar almağa, adam öldürməyə başlayır...

Image


Bu gün dünyada sürətlə inkişaf edən estetik təbabət həm qadınların, həm də kişilərin diqqətini çəkir. Dünyanın elə bir ölkəsi tapılmaz ki, orada estetik əməliyyata güclü meyl olmasın. Azərbaycanda da estetik əməliyyatlara meyl edənlərin sayında kəskin artım var. Hazırda nəinki sənət adamları, eləcə də sadə insanlar kütləvi olaraq estetik əməliyyata girir və bədənlərinin müxtəlif üzvlərində dəyişikliklərə nail olurlar.

Bu gün cəmiyyətləri ən çox təhdid edən silikonlardır ki, Azərbaycanda da qadınların xeyli qismi sinələrinə, dodaqlarına, yanlarına, ayaqlarına və s. orqanlarına silikon qoydurmaqdan çəkinmir. Baxmayaraq ki, həm uğursuz estetik əməliyyatların, həm də silikonların ciddi fəsadları var və bu hətta qadınların ağır xəstəliklərə tutulmasına, eləcə də dünyasını dəyişməsinə səbəb olur, heç kəs bundan imtina etmək istəmir.    

Ekspertlər qeyd edirlər ki, bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik cərrahi müdaxilələrdən biri də sinə böyütmə əməliyyatlarıdır ki, bu əməliyyat döşlərə yerləşdirilən silikon əsaslı protezlərlə həyata keçirilir. Məlumatlara görə, Azərbaycan qadınları da sinə böyütmə və sinə kiçiltmə prosedurlarından bəhrələnirlər. Bu əməliyyatlar nə qədər çox keçirilsə də, döşlərə qoyulan silikonların zərərli olub-olmaması ciddi mübahisə mövzularından biridir. Bir sıra mütəxəssislər özləri qeyd edirlər ki, elə insan var onun orqanizmi silikonları qəbul etmək iqtidarında deyil. Mütəxəssislər vurğulayırlar ki, sinə qadının estetik görünüşünə çox əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də təsadüfi deyil ki, çox sayda qadın döşlərini bir və ya iki ölçü böyütmək üçün bu əməliyyata müraciət edir. Onlar qeyd edirlər ki, əməliyyat sonrası fiziki dəyişikliyə əlavə olaraq, psixoloji cəhətdən də qadınlar özlərini daha yaxşı hiss etdiklərini, özgüvənlərinin artdığını bildirirlər.

Mütəxəssislərin verdiyi bilgiyə görə, döş böyütmə əməliyyatının sadə forması 1800-cü illərdə tətbiq edilməyə başlanıb. Silikon protezlər isə 1960-cı ildən bu yana döş böyütmə əməliyyatında istifadə olunur. Estetik əməliyyatları müdafiə edən həkimlər silikonun bədənə hər hansı bir zərəri olmadığını desələr də, baş verən hadisələr bunun əksini düşünməyə əsas verir.

Məlum olduğu kimi, qadınlar və bəzi kişilər dodaqlarını da silikon etdirirlər. Azərbaycanda dodaqlarını silikon etdirənlər də çoxdur.

Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadənin verdiyi məlumata görə, silikon anlayışı çox səhv bir anlayışdır, amma təəssüf ki, dilimizə sirayət edib. “1950-ci illərdə Amerikada maye silikondan istifadə pik həddə çatmışdı və hər yerdə istifadə edilirdi. 1960-cı illərdə bunun bir çox fəsadı ortaya çıxdı. Bundan sonra həm Amerikada, həm də Avropada maye silikon qadağan edildi” -deyə qeyd edən mütəxəssis bildirib ki, qabaqcıl ölkələrdə qadağan edilən maye silikonlar bu dəfə Rusiyanın kəndlərinə ayaq açır və geniş istifadə edilir. Təəssüf ki, zamanla Azərbaycanda da özünə müştəri tapır.

Hazırda maye silikon müxtəlif adlarla, ən çox da biopolimer adı ilə çox ucuz qiymətə satılır. Buna görə də xanımlar dodaqlarını böyütmək və qırışları açmaq üçün maye silikondan istifadə edirlər. Baxmayaraq ki, bütün ölkələrdə ondan istifadə, onun dəri altına yeridilməsi qadağan edilib.

  • Aynurə Həsənova: “Silikon edilən nahiyəyə kifayət qədər qan gələ bilmədiyi üçün, burada müqavimət azalır, hər cür infeksiya, mikrob bura daxil olub iltihab yarada bilir”

Həkim-trixoloq Aynurə Həsənovanın sözlərinə görə isə silikonun fəsadları qaçılmazdır. Mütəxəssisin sözlərinə görə, silikon yad maddədir və o, bədənə vurulduqda bədən onun ətrafında çəpər hörməyə çalışır və çox sərt çapıq toxuması əmələ gəlir. “Silikon edilən nahiyəyə kifayət qədər qan gələ bilmədiyi üçün, burada müqavimət azalır, hər cür infeksiya, mikrob bura daxil olub iltihab yarada bilir. Nəticədə silikonun vurulduğu nahiyədə deformasiya yaranır. Əyilmə əmələ gəlir, irinləyir, axıntı verir. Beləliklə, xəstə özünə gözəllik əvəzinə, yeni bir problem qazanmış olur” - deyə o, vurğuladı.

Onu da qeyd edək ki, Azərbaycanda bir sıra aktrisa, müğənnilər bədənlərinin müxtəlif nahiyələrinə silikonlar vurdururlar. Onların bir qismi silikonun zərərini vaxtında anlayıb onu çıxartdırırlar. Mütəxəssislər bildirirlər ki, dodağa, yanağa vurulan silikonlar problemlərə səbəb olduğu üçün, bu istiqamətdə müraciətlər daha çoxdur. Yəni bu insanlar silikondan istifadə edirlər.

Bu gün bəzi qadınlar silikonların yaratdığı fəsadlar nəticəsində ağır xəstəliyə tutulublar. Xalq artisti Naibə Allahverdiyevanın səhhətində yaranan ciddi problemin məhz silikonla bağlı baş verdiyi bildirilir. İndiyə qədər silikon çox insana ağır vəsadlar yaşadıb. Amma qadınlar bunu bilə-bilə yenə də özlərini “oda” atırlar.

  • Leyla Bayramlı: “Silikon çox insanın sağlamlığını əlindən alıb və onları müxtəlif xətəliklərə düçar edib”

Həkim-terepevt Leyla Bayramlı bizimlə söhbətində bildirdi ki, bu gün silikon qoyduran qadınların çoxu bu addımı atdıqları üçün peşman olduqlarını deyirlər. L.Bayramlının sözlərinə görə, bədənə daxil olan silikonlar çox zaman özləri ilə böyük bəlalar gətirirlər. “Qadınlar heç bir araşdırma aparmadan bədənlərinin əyər-əskiklərini düzəltmək üçün estetik cərrahlara müraciət edirlər. Elə adam var ki, onun bədəninə silkon yerləşdirmək olmaz. Amma o, israrla həkimi məcbur edir ki, əməliyyat aparmalısan. Bu da çox zaman elə insanların əlavə xəstəliklər qazanmasına səbəb olur. Gizlin deyil, silikon çox insanın sağlamlığını əlindən alıb və onları müxtəlif xəstəliklərə düçar edib. Qadınların xeyli hissəsi yaşlanmaları ilə barışmaq istəmir. Bədənlərinin ayrı-ayrı üzvlərinə, eləcə də dodaqlarına, yanaqlarına silikonlar vurdururlar. Bəzən görürsünüz ki, silikonlu qadınlar sonradan bu addımı atıqlarına peşman olduqlarını deyirlər. Çoxları dodaq, yanaq nahiyələrindən silikonları çıxarırlar, deyirlər ki, silikon qoyulan nahiyələri, ümumiyyətlə, hissiyyatsız olub, silikondan azad olunduqdan sonra isə həmin nahiyələrin hissiyyatı özünə qayıdır. Bilirsiniz ki, şou-biznesdə silikonlular həddən artıq çoxdur. Maraqlıdır ki, bir-iki sənətçini çıxmaq şərtilə onların çoxu “mən silikon qoydurmamışam, öz bədənimdir” deyirlər, amma mütxəlif xəstəliklər tutduqdan sonra etiraf etməyə başlayırlar. Təəssüf ki, dünyada silikonun aldığı canlar az deyil, məncə, estetik gözəllikdən öncə insan üçün ən vacib olan sağlamlıqdır” - deyə mütəxəssis qeyd etdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ