“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir Göyçay rayonu H.Əliyev Mərkəzində baş tutub. Tədbiri Mərkəzin direktorui Zemfira Əliyeva açaraq, keçirilən layihənin aktualllığı barəsində öz fikirlərini bildirib. Daha sonra “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva bildirib ki, layihənin məqsədi məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və onlara hüquqi yardımin göstərilməsindən ibarətdir. Məişət zorakılığının hüquqi və sosial aspektləri üzrə ekspertlər Mətanət Əsgərova və Ruhiyyə Aslanova mövzu ilə bağlı maarifləndirici məlumatlar veriblər. Tədbirin sonunda zorakılığa məruz qalmış qadınlara məxfilik qorunmaqla hüquqi yardım göstərilib.