18/10/2019 23:42
728 x 90

Zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib - FOTO

img

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Növbəti belə tədbir sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində keçirilib.

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən “Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Son xəbərlər