şənbə günü, 14 noyabr 2026
     

Gürcüstanda Azərbaycandilli universitetin açılması məsələsi gündəmə gətirilib

Image


Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində ali təhsil alması sahəsində uzun illərdən bəri mövcud olan problem hələ də öz həllini tapmayıb. Məlum olduğu kimi, Sovet dövründə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun (hazırda İ.Çavçavadze adına Tiflis Dövlət Universiteti) Azərbaycan bölməsi vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim kadrları yetişdirirdi. Lakin bu bölmənin bağlanması nəticəsində soydaşlarımız tamamilə öz ana dillərində ali təhsil almaq hüququndan məhrum ediliblər.

Gürcüstanda yaşayan soydaşlarımız illərdir bu ölkədə Azərbaycandilli ali məktəbin yaradılması uğrunda mübarizə aparırlar, təəssüf ki, hələ də onların bu arzusu reallaşmayıb.

Soydaşlarımız Gürcüstanda Azərbaycandilli universitetin təsis edilməsi üçün artıq imzatoplama kampaniyasına start verib. Eyni zamanda da Gürcüstandakı azərbaycanlı ziyalılar Azərbaycandilli ali məktəbin təsis edilməsinə yardımçı olması üçün Gürcüstanın Baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar.

  • Aygül İsayeva: “İmzatoplama kampaniyası başa çatdıqdan sonra biz Gürcüstanda Azərbaycandilli universitetin təsis edilməsinə dəstək göstərmələri üçün müvafiq qurumlara, o cümlədən də Gürcüstan rəhbərliyinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edəcəyik”

Müraciətin hazırlanmasında və Azərbaycandilli universitetin təsis edilməsi istiqamətində aktiv fəaliyyət göstərən iqtisadiyyat üzrə fəlsəfə doktoru, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstanda Azərbaycandilli ali məktəbin təsis edilməsi ilə bağlı təbliğat və imzatoplama kampaniyası uğurla davam etdirilir. O qeyd etdi ki, Gürcüstanda Azərbaycandilli universitetin təsis edilməsi ilə bağlı soydaşlarımız ciddi dəstək verirlər. “Biz Gürcüstanda Azərbaycandilli universitetin təsis edilməsi üçün geniş təbliğata başlamışıq. Eyni zamanda da imzatoplama kampaniyasına start vermişik. Hazırda 300-dən artıq imza toplamışıq. Gürcüstanda belə bir ali məktəbin təsis olunmasına dəstək olanlar çoxdur. Bizim əsas məqsədimiz odur ki, bu ali məktəbin təsis edilməsi məsələsini geniş təbliğ edək və bu məlumatı daha çox insana çatdıraq. Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın öz ana dilində ali təhsil almasına böyük zərurət var və öz ana dilində ali təhsil almaq azərbaycanlıların haqqıdır. İmzatoplama kampaniyası başa çatdıqdan sonra biz Gürcüstanda Azərbaycandilli ali məktəbin təsis edilməsinə dəstək göstərmələri üçün müvafiq qurumlara, o cümlədən də Gürcüstan rəhbərliyinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edəcəyik” - deyə A.İsayeva qeyd etdi.

Gürcüstan azərbaycanlıları adından Gürcüstanın Baş nazirinə ünvanlanacaq müraciətdə deyilir:

“...Avropaya inteqrasiya yolunu seçmiş Gürcüstanın bu yolu başa vurması üçün üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkəsində yaşayan etnik azlıqların hüquqlarının qorunması, onlara hörmətlə yanaşması, tolerantlığı nümayiş etdirməsidir. Avropaya inteqrasiya üçün öhdəliklərdən də öncə Gürcüstan hökumətinin təhsil ilə bağlı qanunvericiliyinə əsasən, etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanı ilə təmin olunub. Gürcüstan azərbaycanlıları Gürcüstan Konstitusiyasına görə, milli azlıq (ölkədə çoxluq təşkil edən ən böyük milli azlıq azərbaycanlılardır) kimi qəbul olunsa da, bizim ana dilində təhsil almaq hüququmuz ilbəil əlimizdən alınır: 1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi var idisə, 2019-cu ildə məktəblərin sayı 120-yə endi. Bu məktəblərdən də 80-i Azərbaycan, 40-ı sektor məktəblərdir. Təəssüf ki, gürcü sektoru olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatının keçilməsi də qadağan edilib.

Təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və s. Azərbaycandilli məktəblərdə vəziyyəti çətinləşdirir, məktəblərin ən başlıca səbəbi kadr çatışmazlığı olaraq qalır.

A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun (sonralar Sulxan-Saba Orbeliani, hazırda isə İlia Çavçavadze adına Tiflis Dövlət Universiteti adlandırılır) Azərbaycan bölməsi vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi, təəssüf ki, bu bölmənin bağlanması Azərbaycan məktəblərində kadr çatışmazlığını daha da hiss etdirmək üzrədir.

Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı hazırda təqaüd yaşına çatmış müəllimlərin ikiillik maaşlarını almaq üçün ərizə yazmaqla təqaüdə çıxmaları ilə daha da kəskin hiss olunmaqdadır (müəllimlərin ikiillik maaşlarını almaq üçün ərizə yazmaqla təqaüdə çıxma prosesinin ikinci axını noyabr ayında baş tutacaq, bu isə vəziyyəti daha da gərginləşdirəcək).

Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmazlığı ilə bağlı deyil. Riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycandilli müəllimlər də çatışmır.

Gürcüstan təhsil qanunvericiliyinə əsasən, Gürcüstan azərbaycanlılarının etnik azlıq kimi ana dilində təhsil almaq hüququ var. Avropaya inteqrasiya etməyin başlıca tələblərindən biri də ölkədə yaşayan etnik, milli azlıqlara qarşı tolerantlıq nümayiş etdirmək, onların hüquqlarının qorunmasıdır. Avropa ölkəsi olan İsveçrədə vətəndaşlar seçimlərindən asılı olaraq, fransız, alman, italyan və ingilis dillərində orta və ali məktəblərdə təhsil ala bilərlər. Ölkədə çoxluq təşkil edən milli azlıq kimi biz öz ana dilimizdə təhsil almaq üçün Gürcüstanda Azərbaycandilli kadrlar hazırlayan universitetin təsis olunmasını tələb edirik. Bu universitetin təsis olunmasına dəstək olmaq üçün Azərbaycan dövlətinin Prezidentinə də müraciət ünvanlayacağıq”.

  • Kamran Əsədov: “Təəssüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur”

Gürcüstandakı soydaşlarımızın təhsillə bağlı problemlərini hər zaman diqqətdə saxlayan tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstanda artıq 10 ildir milli azlıqlarla bağlı ”4+1" dövlət proqramı hazırlanıb: “İlk növbədə qeyd etmək istəyirəm ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Gürcüstanda artıq 10 ildir milli azlıqlarla bağlı ”4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilirlər. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcü dilində davam etdirirlər. Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Birincisi, onlarda artıq təhsil 12 illikdir. Bundan başqa, Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Onların hər bir sinif üçün dərsliklərində müəyyən olunmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər həmin normalara cavab vermir. Azərbaycan tərəfi eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır. Həmən dərsliklər orada heç bir əhəmiyyətə malik deyil. Çünki bizim göndərdiyimiz kitablarla oradakı şagirdlərin əldə etdikləri informasiyanın əhəmiyyəti yoxdur. Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə olmalı, onların təhsil standartlarını öyrənərək ona uyğun olaraq dərslikləri çap edib göndərməlidir ki, o şagirdlər üçün faydalı olsun. Təəssüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Bu da anadilli ali məktəbin yaradılması zərurətini yaradır. Eyni zamanda da orada belə bir universitet olsa, azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayarlar. Təəssüf ki, Azərbaycanın təhsil müəssisələrinə Gürcüstan azərbaycanlıları qəbul ola bilmirlər”.

K.Əsədovun bildirdiyinə görə, bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem isə Azərbaycan qəbul sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil.

Ona görə də Azərbaycandilli məktəblərin kadr problemini həll etmək, eyni zamanda, strateji yerlərə həmvətənlərimizin qəbul olunması üçün onların ali təhsil alması zəruridir. Gürcüstandakı soydaşlarımızın ali təhsil alması üçün bu ölkədə Azərbaycandilli ali məktəbin təsis edilməsi vacibdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ