şənbə günü, 14 noyabr 2026
     

Qarabağ əlili olmaq heç kimə yol polisinin qanuni tələbini qanunsuz iqnor etməyə əsas vermir - xuliqanlığı dəstəkləyənlərə mesaj...

Image


Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı videogörüntü yayılıb. Açıq-aydın görünür ki, sürücü çox kobud söyüşlərlə DYP inspektorunu təhqir edir. Buna rəğmən, DYP əməkdaşı özünü qanunun tələblərinə uyğun şəkildə aparır. Yayılan rəsmi məlumatda bildirilir ki, sürücünün bu hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, idarədə aparılan ilkin araşdırma zamanı müəyyənləşdirilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonunda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonunun Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanıb. Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədib, ona fiziki təzyiq göstərərək həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sürücü Binəqədi rayonunda saxlanaraq Polis Şöbəsinə gətirilib.

Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əməlindən peşman olduğunu bildirib, polis əməkdaşlarından üzr istəyərək həmin vaxt anlaqsız vəziyyətdə olduğunu deyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində davam etdirilən araşdırma zamanı toplanmış material əsasında F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, polisə qarşı xuliqanlıq hərəkəti edən şəxsin Qarabağ müharibəsi veteranı olduğunu əsas gətirib, ona haqq qazandırmağa çalışanlar da var. Bu qəbildən olanlar iddia edirlər ki, guya müharibə veteranı barəsində 15 günlük inzibati həbsin seçilməsi doğru deyil. Onda belə çıxır ki, qanunun aliliyi kiminsə veteran statusu daşımasına görə arxa plana keçməli idi?

  • Mehman Muradlı: “Dəfələrlə şahidi olmuşam ki, "Qarabağda döyüşmüşəm" deyən şəxslər məmurları, sahibkarları şantaj edirlər və özlərinə hüquq tanımaq üçün digərinin hüququnu pozurlar”

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, son zamanlar maraqlı tendensiyalar müşahidə edilir: “Hakimiyyətin vətəndaşların şikayətinə, müraciətlərinə daha operativ yanaşmasından, olunan şikayətlərlə bağlı ciddi tədbirlərin görülməsindən bəziləri şantaj məqəsədilə istifadə etməyə çalışırlar. Belə hədəfə tuş gələnlərin sırasında vətəndaşlarla birbaşa ünsiyyətdə olan vəzifə sahibləri daha çox olur. Məmurları, əsasən də polis əməkdaşlarına təhqir dolu ifadələrlə söyməklə yanaşı, onların şantaj edilməsi də geniş vüsət alıb. Sanki həmin şəxslər sosial şəbəkədəki təhqirləri real həyata gətiriblər.

Bu cür şəxslər barəsində qanunamüvafiq tədbir görüləndə isə onların ya Qarabağ döyüşçüsü olmasını qabardır, ya da hansısa bir imtiyazını əsas gətirirlər. Sadəcə, məsələnin problemli tərəfi ondan ibarətdir ki, bu cür şəxslər qanun qarşısında hamının bərabər olması haqqında Konstitusiyada təsbit edilməş müddəanı unudurlar.

Dəfələrlə şahidi olmuşam ki, "Qarabağda döyüşmüşəm" deyən şəxslər məmurları, sahibkarları şantaj edirlər və özlərinə hüquq tanımaq üçün digərinin hüququnu pozurlar. Məsələn, biz praktikamızda tez-tez müharibə veteranları tərəfindən avtomobilləri əzilən vətəndaşlarla rastlaşırıq. Əksər belə hallarda görürük ki, veteranların idarə etdiyi maşınların nömrəsi olmur, bütün şüşələri qara ortüyə bürünür, sığortaları belə olmur. Zərər vurduqları adamların avtomobillərini düzəltməkdən boyun qaçırırlar. Bütün bunları Qarabağda döyüşdükləri ilə əlaqələndirməyə çalışırlar. Bilirsiniz ki, dövlətimiz həmin kateqoriyadan olan insanlara müəyyən imtiyazlar verir. Onlar avtomobil, mənzillə təmin olunurlar. Bütün bunlar olduğu halda, kiməsə imkan verilmir ki, statusundan istifadə edib, qanunun tələblərini pozsun.

Bu cür şəxslərin qanunsuz hərəkətlərinə və açıq təhqirlərinə görə sonradan KİV vasitəsilə üzr istəməsi hesab edirəm ki, tərbiyəvi xarakter daşıyır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ