20/10/2019 18:55
728 x 90

380 binanın dam örtüyünün təmiri Bakı sakinləri üçün nə deməkdir…

Nüsrət İbrahimli: “Çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı müəyyən problemlər yaşanır”

img

Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin təmir olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Qeyd edək ki, paytaxt ərazisində olan çoxmənzilli binaların dam örtükləri lazımi səviyyədə deyil. Bu səbəbdən də bəzi ərazilərdə olan çoxmənzilli binaların sakinləri binaların dam örtüyünü təmir etmək üçün özləri pul yığaraq problemi həll edirdilər. Ancaq indi bu məsələ sakinlər tərəfindən deyil, dövlət tərəfindən həll olunacaq.

  • “…həmin binalarda yaşayan sakinlərin yaşayış şəraitinin yaxşılaşmasına səbəb olacaq”

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı müəyyən problemlər yaşanır: “Sevindirici haldır ki, Prezident İlham Əliyev məlum problemi həll etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat dəyərində vəsait ayırdı. Bu sərəncam sosialyönümlü sənəddir. Məlumdur ki, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Sərəncamın imzalanmasında məqsəd insanların yaşayış şəraitinin yaxşılaşmasıdır. Məlumat üçün bildirim ki, binalar özəlləşdirilən zaman dam örtüyünün təmir olunması kimi problemlər ortaya çıxırdı. Belə olan halda, yaşayışçılar da binanın idarəetməyə götürülməsinə etiraz edirdilər. Binanı idarəetməyə götürmək üçün yerli icra hakimiyyəti binanı tam təmir edib, yararlı vəziyyətə salıb vətəndaşların ixtiyarına verməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, uzun illərdir paytaxt ərazisində olan binaların əksəriyyətinin dam örtüyü təmir olunmayıb. Bu sərəncamdan sonra paytaxt ərazisində olan çoxmənzilli binaların dam örtüyü təmir olunacaq.əmsöp

Günel CƏLİLOVA

Son xəbərlər