şənbə günü, 14 noyabr 2026
     

Şagirdlər arasında skolioz xəstəliyinin artımını necə kəsmək olar?

Image


Orta məktəb şagirdlərinin çoxunda onurğa əyrililiyi, skolioz kimi arzuolunmaz xəstəliklər yaranmağa başlayıb. Son dövrlər həm ibtidai, həm də yuxarı sinif şagirdlərində bu xəstəlik açıq şəkildə özünü göstərir. Valideynlərin əksəriyyəti uşaqlarında yaranan bu problemə elə də ciddi yanşmaq istəmir, nəticədə isə bu xəstəlik genişlənməyə, daha da dərindən kök salmağa başlayır.

Millət vəkili Qənirə Paşayeva da Milli Məclisin Səhiyyə komitəsinin iclasında bu məsələnin həddən artıq ciddi olduğuna diqqəti çəkib. O bildirib ki, məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb. Q.Paşayevanın sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır. Millət vəkili, həmçinin, deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir. Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır.

Ekspertlər bildirirlər ki, skolioz xəstəliyinin yaranmasının əsas səbəbi uşaqlarımızın daşıdığı ağır məktəbli çantalarıdır. Onların təhlillərinə görə, hər 10 uşağın 1-də skolioz və ya onurğa əyriliyi təhlükəsi üzə çıxır. Ağır çantalar kürək, bel, ayaq və baş ağrısı, o cümlədən, yuxusuzluğa səbəb ola bilər. Məktəbə piyada gedən, ağır çantaları uzun müddət daşımaq məcburiyyətində qalan uşaqlarda boyun, kürək, bel və ayaq ağrılarının yanında gərginlik tipi baş ağrıları və yuxu nizamında pozulmalar müşahidə edilir. Qeyd edilənə görə, heç bir ehtiyat tədbiri olmadıqda, müxtəlif xəstəliklər, xüsusilə də skolioz yaranır. Məktəb çantalarının ağır olması və təktərəfli daşınması, səhv oturma mövqeyi, əzələ skelet quruluşuna uyğun olmayan məşq hərəkətləri skoliozun əmələ gəlməsini tezləşdirir. Onurğa əyriliyi olan hər 4 uşaqdan biri müalicəyə ehtiyac duyarkən, müalicə ehtiyacı olan qız uşaqlarının oğlanlardan 8 qat daha çox olduğu müşahidə edilir.

Ekspertlərə görə, ayrıca uşağın əzələ-skelet quruluşuna uyğun idman fəaliyyətində olmaması, məktəbdəki masa və kürsülərin uşağın bədəninə uyğun olmaması və səhv mövqedə oturma skolioza gətirib çıxarır.

  • Leyla Bayramlı: “Valideynlər uşaqlarını skolioz, kifoz kimi xəstəliklərdən qorumaq üçün onların çantalarını yüngülləşdirməli, eyni zamanda, onlara D vitamini və kalsiumla bağlı qidalar verməlidirlər”

Həkim-terapevt Leyla Bayramlı bizimlə söhbətində bildirdi ki, skolioz xəstəliyinin üstünə vaxtında düşdükdə və müalicəsi qaydasında aparıldıqda ondan xilas olmaq mümkündür. Müsahibimiz hesab edir ki, erkən diaqnoz və müalicə ilə skoliozun qarşısını almaq üçün ilk növbədə məlumatlılığın artırılması lazımdır. Onun bildirdiyinə görə, ailələr uşaqların onurğa əyriliyini erkən fərq etmələri üçün uşaqlara nəzarət etməlidirlər. Həkim qeyd edir ki, sürətli böyümə çağına girən 10-12 yaşarası qız uşaqları və 13-14 yaşarası oğlan uşaqlarının ildə 2 dəfə onurğa müayinələri aparılmalıdır ki, onlarda belə bir problemin olub-olmadığı müəyyən edilsin. İnkişaf çağının başlanğıcında xüsusilə diş teli taxan, elastik bağ quruluşu olan, ayaq problemləri və yerimə çətinliyi çəkən kilolu uşaqlar skolioz mövzusunda risq qrupunda olduqları üçün daha tez müşahidə lazımdır. “Uşaqlarda skolioz xəstəliyinin yaranmasının əsas səbəbi onların ağır məktəbli çantaları daşıması ilə bağlıdır. Valideynlər çalışmalıdırlar ki, uşaqlarının ağır çantalarını özləri daşısın, yaxud onlara təkərli çantalar almalıdırlar ki, uşaq çətinlik çəkməsin. Bu gün skolioz xəstəliyi ilə bağlı şikayətlər çoxdur. Bu da bizi narahat edir. Valideynlər uşaqlarını skolioz, kifoz kimi xəstəliklərdən qorumaq üçün onların çantalarını yüngülləşdirməli, eyni zamanda, onlara D vitamini və kalsiumla bağlı qidalar verməlidirlər” - deyə mütəxəssis bildirdi.

  • Rafis Bağırov: “D vitamini çatışmayan uşaqlarda bel fəqərəsində deformasiya yaranır”

Həkim-terapevt Rafis Bağırovun fikrincə isə uşaqlar arasında müşahidə olunan skolioz və kifoz xəstəliklərinin yaranmasının əsas səbəbi uşaqlarda D vitamini çatışmazlığı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün insanların hamısında xırda skolioz və kifoz ola bilir. “Bu xəstəliklərin yaranmasının əsas səbəbi odur ki, körpə vaxtlardan uşaqlara süd məhsulları kifayət qədər verilmir, bunun nəticəsində də bədəndə kalsiumun miqdarı çatışmır. Həmçinin, uşaqlar günəş altında lazımi miqdarda gəzmir, bədən örtülü vəziyyətdə olur və nəticədə dəridə D vitamininin sintezi azalır, bədəndə kalsium çatışmazlığı yaranır. Bu da sümükləri hələ kifayət qədər bərkiməmiş uşaqlarda müxtəlif deformasiyaların yaranmasına səbəb olur. Amma o ki, qaldı skolioz və kifoz xəstəliklərinin kəskin şəkildə artması məsələsinə, deyərdim ki, bu heç də belə deyil. Fəqərə sümüklərində gözlə görünməsi mümkün olmayan əyriliklər ola bilir, bu da orqanizmə hər hansı bir kliniki problem yaratmır. Bəziləri bunun adını “skolioz” qoyurlar. Əslində, Bakıda kimi yoxlasan, hamıda var. İnsanlar buna əhəmiyyət vermədən yaşayırlar. Bu kimi hallardan xilas olmaq çətindir. Uşağı körpəlikdən D vitamini ilə tam şəkildə təmin etmək çətin məsələdir. Yəni lap müxtəlif dərmanlar verib D vitamini yaratsan da, üstündən müəyyən müddət keçdikdən sonra onun azalma prosesi baş verəcək. Çünki bədəndə sintez olmur. Düzdür, çalışırlar ki, kalsiumlu qidalarla onu təmin etsinlər, lakin bu da kifayət etmir. Çünki dünya əhalisinin 70 faizində D vitamini çatışmazlığı var”.

Ağır məktəbli çantalarının uşaqlarda bu kimi xəstəliyin yaranmasına səbəb olduğuna gəlincə, R.Bağırovun sözlərinə görə, uşaqların ağır çantalar götürməsi düzgün deyil. “Uşaq gün ərzində özünün götürə biləcəyindən qat-qat ağır çanta götürür. Təbii ki, onu əlində götürə bilmir və çalışır ki, onu bel fəqərəsinə istinad edib götürsün. Təbii ki, D vitamini çatışmayan uşaqlarda bel fəqərəsində deformasiya yaranır və bu problemlər üzə çıxır. Ona görə də çantaların bu cür ağır olması uşaqlarda patologiya yaranmasına səbəb olacaq” - deyə bildirən R.Bağırov hesab edir ki, şagirdlərin bu cür xəstəlikdən xilas edilməsi üçün onlara D vitamini, eləcə də kalsium tərkibli qidalar verilməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ