şənbə günü, 14 noyabr 2026
     

Gənc qızların Bakıda yayılan daha bir pis adəti - ayaqlara muncuq, zəncir bağlayırlar... Çox pis izahlar verilir...

Image


Yeni dəblər özü ilə həmişə söz-söhbətlər gətirir, bəzən isə şübhə doğuran məqamlar ortaya çıxarır. Bu gün Azərbaycanda müasir dünya dəbi ilə ayaqlaşmaq istəyən, əcnəbilər kimi geyinən qızlar kifayət qədərdir. Olsun. Amma son zamanlar qızlarımız dəb məsələsində həddindən artıq irəli getməyə, cəmiyyətdə birmənalı qarşılanmayan tərzləri qəbul etməyə başlayıblar.

Ümumiyyətlə, daş-qaş, qızıl-zinət əşyaları, bir sözlə, qadın gözəlliyini tamamlayan aksesuarlar qadın, qız üçün vacibdir. Lakin bəzən görürsən ki, bu bəzək vasitələrindən aidiyyəti üzrə istifadə edilmir. Bir vaxtlar qızlar arasında dodağına, burnunun qıraqlarına xırda qaşlar düzdürmək, qulaqları boyu sırğalar taxmaq geniş yayılmışdısa, son dövrlər qızlarımız daha çox ayaqlarına sep, bilərzik taxmaqla diqqəti cəlb edirlər. Gənc qızları müşahidə edərkən şahidi olduğumuz budur ki, 10 qızdan 7-8-i qollarına deyil, məhz ayaqlarına bilərziklər, qızıl və gümüş zəncirlər taxırlar. Bəziləri topuğuna taxmaqla kifayətlənməyərək ayaqlarının üstünü və barmaqlarını da xüsusi zəncirlər, muncuqlarla susləyirlər.

Onu da bildirək ki, bilərzik taxmaq vaxtilə dəb idi və bilərzik taxmaq əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən insanların seçimidir. Bu zinət əşyasının sahibi aktiv, dinamik və enerjili  insanlardır. Xüsusilə çoxlu qolbaq taxanlar diqqət cəlb etməyi sevirlər. Başına gələnlər onlara heç vaxt dərs olmur. Məsələn, bir eşq hekayəti bitməmiş, başqasına başlayırlar… Qolbaqlar müdafiə olunmaq bacarığı, eləcə də öz fikirlərini başqalarına sırımaq qabiliyyətindən xəbər verir. Bu, qol bilərziyinə yanaşmadır. Bəs ayaq bilərziklərinə, zəncir və muncuqlarına yanaşma necə olmalıdır?

Etnoqrafların verdiyi məlumata görə, qadınlar arasında ayağa sep, bilərzik, muncuqlar, digər aksesuarlar bağlamaq qədim adətdir. Lakin bunu cəmiyyətdə normal statusa malik olanlar deyil, saray rəqqasələri, çəngiləri, eləcə də cariyələri taxırmış. Ayağa bağlanan aksesuara xalxal deyirmişlər. Bu gün də qızlar arasında geniş yayılan bu məsələnin tamam başqa niyyətlərdən qaynaqlandığını deyən etnoqraflar hesab edirlər ki, qızların sağ və sol ayaqlarına taxdıqları bilərzik, zəncir və muncuqların hər birinin öz mənası, gizli kodu var. Etnoqrafların sözlərinə görə, müasir qızların əksəriyyəti sağ, müəyyən bir hissəsi isə sol ayaqlarına bilərzik, zəncir, muncuq və pulcuqlar taxırlar. Onu da qeyd edək ki, bəzi araşdırmalara görə, sol ayağına bilərzik, zəncir taxanlar cinsi azlıqların təmsilçiləri sayılırlar. Yəni onlar lesbiyanlardır. Bunun lesbiyanlığın xüsusi işarələrindən biri olduğunu deyən ekspertlər hesab edirlər ki, qızların bəlkə də çoxu bunun mənasını bilmir və ona görə onu sol ayaqlarına taxırlar. Bu gün dünyanın bir sıra ölkələrində ayağa müxtəlif aksesuarların taxıldığını deyən ekspertlərin sözlərinə görə, bu dəbi yayan xüsusi qüvvələr var.

Hətta şəriətdə də qadınların xalxal taxmasına münasibət elə də xoş deyil. Məsələn, müqəddəs hədislərdə buyrulur ki, ey möminlər, ayağına xalxal taxmış qadınlar gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar.

  • “Bu kimi “dəb”lərin cəmiyyətlərə ixracı işbazların əlavə gəlir mənbəyinə çevrilir”

Etnoqraf Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, boyun, qulaq, qollar və barmaqlardan başqa, ayaqlar üçün də bəzək əşyalarının mövcud olması realdır. O qeyd etdi ki, ayaqlar üçün nəzərdə tutulmuş bəzək əşyaları - zəncirlər topuğun yuxarı hissəsinə bağlanır və ona xalxal deyilir. Onun sözlərinə görə, enik mədəniyyətlərin moda dünyasında əks olunması ilə bir çox detal trend olmağa başladı və keçən əsrin 70-ci illərinin hədiyyəsi bohem tərzinin sevilən detallarından biri xalxal olub.

O vurğuladı ki, qızlar, qadınlar çox zaman ayaqlarına taxdıqları xalxalın hansı məna daşıdığını bilmirlər. “Bu gün gənc qız və qadınlar ayaqlarına müxtəlif aksesuarlar taxırlar. Bəziləri sağ, bəziləri isə sol ayağını guya gözəl göstərmək, başlıcası isə dəblə ayaqlaşmaq naminə bunu etdiklərini deyirlər. Lakin araşdırmalar tamam başqa fikirlər söyləməyə əsas verir. Məsələn, qədim zamanlarda, orta əsrlərdə bu bir bəzək əşyası mahiyyəti daşıyırdısa, bu gün tamam başqa mahiyyət daşıyır. Dünya dəbini idarə edənlərin xeyli bir qisminin qeyri-ənənəvi oriyentasiyaya mənsub olması bizi başqa məsələ ətrafında düşünməyə məcbur edir. Bu gün dəb adı altında bir sıra yad elementlərin cəmiyyətimizə daxil olmasının şahidi oluruq. Bunlardan biri də ayağa sep, bilərzik və s. bağlanmasıdır. Hansı qıza baxırsan, ayağında bilərzik görürsən. Bu da yaxşı təsir bağışlamır. Hesab edirəm ki, qızların ayaqlarına kütləvi olaraq zəncir, bilərzik taxması normal hal deyil, bilərzik qola, sep boyuna yaraşır. Bu kimi “dəb”lərin cəmiyyətlərə ixracı işbazların əlavə gəlir mənbəyinə çevrilir, nəticədə isə gənclərimiz onlara yad olan təsirlərə düşürlər. Qızların ayağa zəncir bağlamasının xüsusi kodu var. Bildiyim qədər, sol ayağına zəncir bağlayanlar oriyentasiyası normal olmayanlardır, sağ ayağa isə əsasən dəb xatirinə zəncir, bilərzik bağlanır. Qızlar hansı ki, bunun mənasını bilir, dərhal zənciri sol ayağından sağ ayağına keçirir, hansı isə bilmir, elə sol ayağında saxlayır. Ola bilsin, sol ayağına zəncir, bilərzik taxan qızların çoxu bunun mənasını bilmir” - deyə ekspert bildirdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ