18/10/2019 06:09
728 x 90

Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edəcək

img

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 20-də Qəbələ rayonunda vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) keçiriləcək qəbulda Qəbələ, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 070-252-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər