18/10/2019 06:09
728 x 90

AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO

img

Sentyabrın  16-da Azərbaycan  Texniki  Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr edilmiş təntənəli tədbir və universitetin binası qarşısında bu əlamətdar hadisəyə həsr edilmiş mitinq keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra AzTU-nun  rektoru, professor Vilayət Vəliyev tədbiri açaraq  qonaqları, professor-müəllim  heyətini, tələbələri, valideynləri “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik  edib.

Tədbirdə çıxış edənlər yeni qəbul olunmuş tələbələri təbrik edib və onların bilikli, özünə inanan, iradəli mütəxəssis kimi və ən əsası, Vətənə faydalı vətəndaş kimi yetişmələrini arzulayıblar.

Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.

 Qeyd edək ki, bu il AzTU-nun bakalavr səviyyəsinə 1509, magistratura səviyyəsinə isə 308 gənc qəbul olunub.

Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətini və bütün tələbələrini yeni tədris ilinin  başlanması  və “Bilik Günü” münasibəti ilə təbrik edirik!

Son xəbərlər