16/10/2019 14:19
728 x 90

Birinci sinfə gedən polis övladları şöbədə qəbul edildilər - FOTO

img

Xaçmaz Rayon Polis Şöbəsində polis əməkdaşlarının birinci sinfə gedəcək övladları ilə görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, görüşün əvvəlində şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar. Fidanları inzibati binanın önündə qarşılayan polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov onlara valideynlərinin apardığı şərəfli və qürurlu polis peşəsindən danışaraq, balacaları maraqlandıran sualları cavablandırıb.

Konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olduqdan sonra balaca fidanlarla söhbət onlar üçün hazırlanmış çay süfrəsi arxasında davam edib.
Tədbirin sonunda yeni dərs ilinin başlanması münasibətilə birincilərə RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub, onlara dərslərində uğurlar arzulanıb.

Birincilərlə görüş inzibati binada xatirə şəkilləri çəkdirdikdən sonra yekunlaşıb.

Son xəbərlər