16/10/2019 14:47
728 x 90

Bakının Xəzər rayonunda binaların dam örtüklərinin təmiri davam etdirilir… - FOTO

img

Paytaxt Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, Prezident İlham Əliyevin  çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən hazırda Xəzər rayonda dam örtüklərinin təmirinə ehtiyacı olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanıb. Işlər şərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.

Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir. 

Son xəbərlər