20/10/2019 18:52
728 x 90

Nəsimi rayonunun təhsil müəssisələrində Bilik günü qeyd olundu - FOTO

img

Hər bir məktəblinin və müəllimin səbrsizliklə gözlədiyi «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunub. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanıb.

Nəsimi rayonundakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlayıb. Tədbiri açıq elan edən Gimnaziyanın direktoru, əməkdar müəllim Sevda Quliyeva məktəbin tarixi barədə məlumat verərək qeyd edib ki,  Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildə Gimnaziya əsaslı təmir edilib və burada müasir təhsil üçün hər cür şərait yaradılıb.

20 yanvar şəhidi İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Firəngiz Həmidova məktəbin şagird və müəllim kollektivini təbrik etdikdən sonra məktəbin uğurları barədə məlumat verib.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müəllimləri, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. 

Bilik gününə həsr edilmiş tədbirlərdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirlər şagirdlərin hazırladığı bədii kompozisiya, şeirlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub..

Son xəbərlər