şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın dövlət suverenliyi simvollarına da xarici turistlərin marağı artır

Image


Bakının erməni-bolşevik birləşmələrindən azad olunduğu 15 sentyabr tarixi ölkəmizdə Bakının azadlığı günü olaraq qeyd edilir. Bakının azadlığı uğrunda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu böyük şücaət göstərdi. Bakının erməni daşnaklarından xilas edilməsi uğrunda Qafqaz İslam Ordusunun saysız əsgəri şəhid oldu.

Bu gün Şəhidlər Xiyabanında həm türk şəhidləri, həm də Azərbaycanın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladları uyuyur. Şəhidlər Xiyabanında həm “Türk şəhidliyi” abidəsi, həm də şəhidlərimizin xatirəsinə həsr olunan “Əbədi məşəl” abidəsi ucalır. Həmişə olduğu kimi, hər iki abidə paytaxt sakinləri tərəfindən ziyarət edilir və şəhidlərin ruhlarına dualar oxunur.

Son zamanlar diqqətimizi çəkən məqamlardan biri Şəhidlər Xiyabınının yalnız azərbaycanlıların deyil, eyni zamanda, xarici turistlərin də ziyarət etdiyi məkanlardan birinə çevrilməsidir.

15 sentyabr tarixində Şəhidlər Xiyabanını ziyarət edənlər sırasında turistlərin üstünlük təşkil etdiyinin şahidi olduq. Diqqətçəkən məsələlərdən biri odur ki, turistlər bu məkana tərcüməçilərlə gəlirlər. Turistlər “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələrini ziyarət edir, Azərbaycan bayrağına bürünərək fotolar, videolar çəkirlər. Müsbət hal ondan ibarətdir ki, paytaxtımıza gələn turistlər yalnız gəzməli-görməli yerlərimizi deyil, həm də tariximizin bir parçası olan Şəhidlər Xiyabanını da könüllü olaraq ziyarət edirlər. Ən çox ingilisdilli turistlərin Şəhidlər Xiyabanında olması, buradakı şəhidlərin məzarlarını ziyarət etməsi həqiqətən də diqqəti çəkir. Onlar bununla Azərbaycan tarixini öyrənir, xalqımızın azadlıq uğrunda mübarizə səhifələri ilə tanış olur, həmçinin, Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü yolunda şəhid olan qəhrəmanlarımızın ömür yolu ilə tanış olurlar.

Şəhidlər Xiyabanının turistlər tərəfindən kütləvi ziyarət edildiyini nəzərə alaraq, Şəhidlər Xiyabanının önündə ingilis, rus dillərində xüsusi lövhələrin qoyulması arzuediləndir. Bu lövhələrdə burada uyuyan insanların hansı amal uğrunda həlak olduqları qeyd edilməli, 20 Yanvar faciəsi, Dağlıq Qarabağ müharibəsi, eləcə də Bakının azadlığı uğrunda şəhid olan türk əsgərləri haqqında qısa və məzmunlu məlumat həkk olunmalıdır.  Bu olduqca vacib bir məsələdir. Belə olduğu halda, turistlər tərcüməçiyə ehtiyac duymadan bu barədə lazımi məlumatlar ala biləcəklər.

  • Vaqif Abışov: “Həm “Türk şəhidliyi” abidəsi önündə, həm də Şəhidlər Xiyabanı qarşısında bir lövhə olmalı və bu lövhədə dünyanın aparıcı dillərində yığcam şəkildə bu məkanda dəfn edilən şəhidlər haqqında, onların kimlər tərəfindən şəhid edildiyi barədə məlumat əks olunmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov hesab edir ki, Şəhidlər Xiyabanının turistlərin marağını cəlb etməsinin böyük əhəmiyyəti var. V.Abışovun sözlərinə görə, turistlər öz gözləri ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan insanların mübarizə yolu ilə tanış olur, bununla da tariximizin bir hissəsini öyrənirlər. Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi bir dövrdə və ermənilərin Azərbaycan əleyhinə təxribat apardığı zamanda xarici turistlərin Şəhidlər Xiyabanında gördükləri gerçəklikləri öz ölkələrində Azərbaycanın xeyrinə təbliğ edəcəklərini deyən V.Abışovun sözlərinə görə, bu da olduqca vacibdir. “Şəhidlər Xiyabanı Azərbaycan tarixinin bir hissəsidir. 1918-ci ildə erməni daşnakları tərəfindən şəhid edilən türk şəhidlərinin məzarı bu məkan olub. Bura Çəmbərəkənd qəbiristanlığı idi. Sonra oranı dağıdıb yerində park salsalar da, yenidən ora şəhidlərin uyuduğu məkana çevrildi. 1990-cı ildə Azərbaycanın suverenliyi uğrunda, sonra isə Dağlıq Qarabağ müharibəsində şəhid olanların cismi həmin məzarlığa qovuşdu və bu məkan Şəhidlər Xiyabanına çevrildi.

Şəhidlər Xiyabanının xarici turistlər üçün əhəmiyyət kəsb etməsi, onların bu məkanı ziyarət etməsi müsbət haldır. Çünki burada XX əsrdə xalqımızın başına gətirilən fəlakətlər zamanı xalqımızın azadlığı, xilası uğrunda şəhid olan insanlar uyuyur. Burada həm Qafqaz İslam Ordusunun şəhid əsgərləri, həm 20 Yanvar hadisələrində şəhid olanlar, həm də Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan insanlar dəfn ediliblər. Burada üç qəhrəmanlıq salnaməsi mövcuddur. Turistlər Şəhidlər Xiyabanını ziyarət edərkən burada uyuyan bütün şəhidləri ziyarət edirlər. Onlar bununla bizim qəhrəmanlıq tariximizi öyrənirlər.

Turistlərin ŞəhidlərXiyabanına gəlməsinin yaxşı tərəflərindən biri odur ki, onlar Azərbaycanın şəhidlik tarixini öz ölkələrində təbliğ edəcəklər. Bilirsiniz ki, turistlər Şəhidlər Xiyabanında dəfn edilən qəhrəmanların haqq-ədalət, Vətən uğrunda canlarından keçdiklərini öyrənir və bunu öz ölkələrində təbliğ edirlər. Çünki bu gün ermənilər Azərbaycan haqqında dünyaya yalan yayır, ölkəmizi “işğalçı” kimi təqdim etməyə cəhdlər edirlər. Amma turistlər gəlib gözləri ilə görürlər ki, işğal edilən Azərbaycan ərazisidir, şəhid olan azərbaycanlılardır, işğalçı isə ermənilərdir, burada uyuyan insanlar erməni gülləsindən həlak olublar. Diqqətçəkən məqamlardan biri odur ki, həm türk şəhidləri, həm 20 Yanvar şəhidləri, həm də Qarabağ şəhidləri rus-erməni hərbi qüvvələri tərəfindən qətlə yetiriliblər. Bu danılmaz bir həqiqətdir. 20 Yanvar faciəsinin törədilməsində də ermənilər yaxından iştirak ediblər. Şəhidlər Xiyabanı xalqımızın şanlı qəhrəmanlıq səhifələrini əks etdirməklə yanaşı, həm də ermənilərin törətdikləri qırğınların sübutudur” - deyə bildirən V.Abışov qəzetimizin təklifini dəstəkləyərək bildirdi ki, Şəhidlər Xiyabanının önündə xüsusi lövhə vurulmalıdır. “Bu təklifi dəstəkləyirəm. Siz çox yaxşı bir məsələni aktuallaşdırmısınız. Şəhidlər Xiyabanını ziyarət edən xarici turistlərin, nümayəndələrin heç də hamısının yanında tərcüməçi olmur. Onlar bəzən Şəhidlər Xiyabanında uyuyanlar haqqında müfəssəl məlumat ala bilmirlər. Həm “Türk şəhidliyi” abidəsi önündə, həm də Şəhidlər Xiyabanı qarşısında bir lövhə olmalı və bu lövhədə dünyanın aparıcı dillərində yığcam şəkildə bu məkanda dəfn edilən şəhidlər haqqında, onların kimlər tərəfindən şəhid edildiyi barədə məlumat əks olunmalıdır. Təəssüflər olsun ki, indiyə qədər belə lövhə yoxdur. O lövhə girişdə qoyulsa, lap yaxşı olar. Bu, Şəhidlər Xiyabanına gələn turistlərin burada dəfn edilən qəhrəman insanlar haqqında ətraflı məlumat almasına səbəb olar” - deyə V.Abışov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ