16/10/2019 14:35
728 x 90

Qida Təhlükəsizliyi Agentliyi uşaq bağçalarında qüsur aşkarlayıb…

Aytəkin Kamranqızı: “Bəzi məktəbəqədər təhsil müəssisələrində qidalar düzgün şəkildə saxlanılmır”

img

"Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev media nümayəndələrinə açıqamasında deyib.

O bildirib ki, uşaq bağçalarının işçiləri tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından məlumatsızdırlar: "Onlar məhsulun hansı qaydada tədarük olunması, hazırlanması barədə məlumatsızdırlar. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərinə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. AQTA regional bölmələrinin əməkdaşları həmin müəssisələrin işçilərinə normativ-texniki sənədlərin tələblərini izah edirlər. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Ekspertlər də bildirir ki, uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə edilir.

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, bəzi məktəbəqədər təhsil müəssisələrində qidalar düzgün şəkildə saxlanılmır. Aidiyyəti qurumlar dəfələrlə apardıqları monitorinq zamanı bağçaların anbarlarında məhsulların saxlanması zamanı texniki normalara riayət olunmadığını, hətta saxlanma rejimləri müxtəlif olan məhsulların eyni sahədə və eyni şəraitdə saxlanıldığı bəlli olub. Təbii ki, belə olan şəraitdə saxlanma rejimləri fərqli olan məhsullar eyni yerdə olarsa bu hal müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olar. Bu sahəyə aidiyyatı qurumlar ciddi nəzarət etməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bağçaya gələn ərzaq məhsullarının saxlama müddətinə də riayət olunmalıdır: “Məhsullar üstü açıq formada deyil, qapalı şəkildə saxlanılmalıdır ki, havada olan bakteriya ərzağa keçməsin”.

Günel CƏLİLOVA

Son xəbərlər