16/10/2019 14:45
728 x 90

Baş prokuror Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul etdi

img

Baş prokuror Zakir Qaralov sentyabrın 13-də Qəbələ rayonunda prokurorluğunun inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 19 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər