16/10/2019 14:20
728 x 90

Şəriət necə baxır – Məhərrəmlikdə gözəllik salonları aşıb-daşır…

“Məhərrəm ayında, bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar”

img

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin  buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir.

Qeyd etdiyimiz kimi, Məhərrəm ayı haram aylardan hesab olunur. Bu aylarda vuruşlar, savaşlar qadağan olunub. Bu ayda, birmənalı olaraq, toy məclislərinin olması yasaq və qadağandır. Bundan əlavə, həm də böyük günahdır.

İllər öncə qadınlar Məhərrəm ayında gözəllik salonuna getməzdi. Bu ayda qadınlar nə saçlarına rəng, nə də formaya salardılar. Ancaq indi vəziyyət dəyişib. Qadınlar Məhərrəm ayında gözəllik salonuna gedib, istədikləri proseduru həyata keçirirlər.

  • Cəmşid Əliyev: “Məhərrəm ayı elimizdə-obamızda Kərbəla şəhidlərinin xatirəsinə uzun əsrlərdir matəm ayı kimi qeyd edilir”

İlahiyyatçı Cəmşid Əliyev bizimlə söhbətində bildirdi ki, Məhərrəm ayı elimizdə-obamızda Kərbəla şəhidlərinin xatirəsinə uzun əsrlərdir matəm ayı kimi qeyd edilir. Bu ayda şənlik mərasimləri keçirmək məsləhət deyil: “Məhərrəm ayında, bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Əksinə, dinimiz gözəlliyi, təmizliyi sevir və təqdir edir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan xalqı əsrlərdir peyğəmbərimizə, onun tərəfdaşlarına, əhli-beytinə hörmət və ehtiramla yanaşıb. Bəlkə də bu, bizə İlahinin lütfüdür ki, ölkəmizdə Peyğəmbər sevgisi, əhli-beyt sevgisi xalqımızın ortaq dəyərinə çevrilib. Bu dəyərin mühafizəsi, eyni zamanda, ölkəmizdə birlik və bərabərliyin, tolerantlığın qorunmasına xidmət göstərir. Azərbaycanda sevgili Peyğəmbərimizə, onun əhli-beytinə ən böyük ehtiramı xalqımızla bərabər, dövlətimiz də yerinə yetirir.

İnsanlar Məhərrəm ayında yaxşılıqlara dəvət olunmalıdırlar. Pisliklərdən qorunmalıdırlar. Məhz İmam Hüseynin Kərbəla şüarı bu olub - kin-küdurət olmaz. Bu ayda insanlar mənəviyyatını təmizləməlidirlər. Xəstələrə baş çəkməli, ehtiyacı olan insanların ehtiyacları təmin olunmalıdır".

Günel CƏLİLOVA

Son xəbərlər