şənbə günü, 14 noyabr 2026
     

Daha bir bədii qiraət ustasını İncəsənət Universitetindən qaçırdılar - Məleykə xanım... - MÜSAHİBƏ

Image


“Fərəh xanım mənə işdən çıxmaq haqqında ərizə yazdırmaq istəyirdi, lakin mən onun dediyini etmədim”

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) böyük elm-təhsil məbədi olsa da, son illər bu ali təhsil müəssisəsinin adı bir sıra xoşagəlməz olaylarda hallandırılır. Məlumatlara görə, bir sıra elm adamları, tanınmış pedaqoqlar, müəllimliklə məşğul olan incəsənət xadimləri bu universitetdən əsassız olaraq uzaqlaşdırlıb.

1991-ci ilin yanvarından ADMİU-da işləməyə başlayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, səhnə hərəkəti və dram rejissorluğu kafedrasının sabiq müəllimi, tanınmış bədii qiraət ustası Məleykə Alıoğlu da artıq 2 ildir bu ali məktəbdən çıxarılıb və hər gün doğma təhsil ocağına bərpa ediləcəyi günü gözləyir.

Məleykə Alıoğlu “Bakı-Xəbər”in qonağı oldu və işdən uzaqlaşdırılmasının səbəblərini bizimlə bölüşdü.

- Məleykə xanım, Sizin kimi bir mütəxəssisin, elm və incəsənət adamının ADMİU-dan uzaqlaşdırılması ilə bağlı məlumatlar yayılıb. Həqiqətənmi Siz uzun illər çalışdığınız ali təhsil ocağından uzaqlaşdırılmısınız?

- Təəssüf ki, deyilənlər həqiqətdir. Səhhətimdə ciddi problem vardı, eyni zamanda da hədsiz dərəcədə yorulmuşdum. Həmin ərəfədə tamaşada da rol oynamışdım, bir sözlə, çox gərgin idim, auditoriyaya girəcək vəziyyətdə deyildim. 2017-ci ilin noyabr ayının təxminən 18-19-u olardı, həmin tarixdə universitetin rektoru işləyən Fərəh Əliyevanın qəbuluna getdim və ərizə ilə rektordan öz hesabıma heç olmasa 1-2 aylıq məzuniyyət istədim. O da ərizəmə baxıb çox böyük ərklə “Məleykə, ayıbdır, sən niyə mənə ərizə yazırsan? Mən sənin bizim dəyərli müəllimlərimizdən olduğunu bilirəm, götür ərizəni” dedi. Fərəh xanımın Mədəniyyət və İncəsənət Universitetində rektor işlədiyi müddətdə ilk dəfə idi ki, onun qəbuluna getmişdim. Düzdür, bəzi məsələlərlə bağlı prorektorun qəbulunda olmuşdum, o da demişdi ki, Fərəh xanımı narahat etməyin, bu bizə aid məsələdir. Lakin səhhətimdə yaranan ciddi problem məni Fərəh xanıma müraciət etməyə sövq etmişdi. Fərəh xanım mənə “ərizəni götür” dedikdən sonra həmin ərizəni qatlayıb çantama qoydum. Əslində, həmin ərizəni əvvəlcə universitetin kadrlar şöbəsinə verib getmişdim və üstündən yarım saat keçməmiş məni aradılar ki, rektor səni görmək istəyir, mən də o ərizəni oradan götürüb rektorla görüşdüm. Sonra yuxarıda sadaladığım hadisə baş verdi. Rektor mənim yanımda harasa zəng vurdu və dəstəyi asdıqdan sonra mənə dedi ki, Məleykə xanım, dekabrda sənin seçkindir, ona görə də gedə bilməzsən, qal seçkində iştirak et.

- Söhbət hansı seçkidən gedir?

- Prosedur qaydalarına görə, hər 5 ildən bir ali məktəbdə ştatda olan müəllimlər öz yerlərinə təsdiqlənirlər. Müəllim 5 il ərzində gördüyü işlərin, fəaliyyətinin hesabatını hazırlayır. Sonra kafedrada gizlin səsvermə keçirilir və müəllim təsdiqlənir.

- Siz seçkidə iştirak etmədiniz?

- Xeyr. Bilirsiniz, mən həmişə auditoriyaya böyük enerji ilə daxil olmuşam və istəmədim ki, miskin halda tələbələrin qarşısına çıxam. Müəllim formada olmadıqda auditoriyaya necə girə bilər? Mən rektordan soruşdum ki, seçki ilə bağlı başqa variant nədir? Fərəh xanım dedi ki, gərək sən öz ərizənlə işdən çıxasan və mən səni sentyabr ayında işə bərpa edəcəyəm. Fərəh xanım mənə işdən çıxmaq haqqında ərizə yazdırmaq istəyirdi, çalışırdı ki, ərizəni yazım, lakin mən onun dediyini etmədim. Çünki inanmadım ki, ərizəmlə işdən çıxdıqdan sonra Fərəh xanım məni yenidən universitetə bərpa edə.

- İnanmamağınız üçün bir səbəbinizmi vardı?

- Bəli, çünki Fərəh xanım mənə qədər bir çox müəllimi dilə tutub onların hər hansı bir problemi çıxdıqda bu və ya digər şəkildə öz ərizəsi ilə işdən uzaqlaşdırmışdı. Yəni müəllimi öz ərizəsilə işdən çıxarmağa nail olub. Müəllimlər də sonra bir daha bu ali məktəbə qayıtmayacaqlarını anlayıblar. O bu universitetə rəhbərlik etdiyi dövrdə ali məktəbdə uzun illər fəaliyyət göstərən təcrübəli müəllim kadrlarının hərəsini bir bəhanə ilə bu məkandan uzaqlaşdırıb, onların yerinə isə çox vaxt bizim sahəyə aidiyyəti olmayanları götürüb. İşdən öz ərizəsi ilə uzaqlaşdırılan həmkarlarımdan fərqli olaraq, mən o ərizəni yazmadım. Fərəh xanımın yanından çıxdıqdan 2-3 gün sonra eşitdim ki, işdən çıxmaq haqqında əmrim verilib. Halbuki, mən ərizə yazmamışdım. Eyni zamanda, eşitdim ki, qəzetdə mənim vəzifəmlə bağlı vakansiya elan edilib. Halbuki, onun özü demişdi ki, sənin elanın dekabrda veriləcək. Mən getdikdən dərhal sonra qəzetdə elanın çıxması şübhə doğurmurmu? Bunun da üstündən 1 həftə keçməmiş mənim 5 ilimin tamam olması haqqında əmr verib. Mən də evdə müqavilə sənədlərinə baxanda gördüm ki, 5 il əvvəl mənim elanım noyabrın 1-də çıxıbmış və noyabrın 31-i işə bərpa edilməyim haqda əmr verilibmiş. O mənim seçkimim noyabrın 1-də elan edilməli olduğunu bilirmiş, amma qəsdən bunu gecikdirib ki, mən hansısa bir “ÇP” etsəm, məni işdən azad etsin. Halbuki, qəzetə verilən elanın müddəti 1 aylıqdır və şəxs o müddətdə öz yerinə təsdiqlənmək üçün ərizə verməli idi, lakin bunun üçün mənə şərait yaradılmadı.

İşdən qanunsuz azad edilməyimlə bağlı xəbəri eşidəndə çox sarsıldım, həyatın dibinə düşdüm. Fərəh xanımın qəbulunda olarkən ona demişdim ki, Fərəh xanım, mən bu universitetə canımı qoymuşam, həmişə ən məsuliyyətli müəllim olmuşam, işimə zərgər dəqiqliyi ilə yanaşmışam, indiyə qədər bir dənə də olsa töhmət almamışam, mənə hər hansı bir xəbərdarlıq edilməyib, hətta anam rəhmətə getdiyi günün səhərisi işə gəlmişəm, yəni işimə çox məsuliyyətlə yanaşmışam, olmazmı siz seçkinin vaxtını heç olmasa 1-2 ay uzadasınız, bu sizin səlahiyyətinizdə olan məsələdir. O mənə “mən o müəllimin seçkisinin vaxtını uzadıram ki, onu çıxarmaq istəyirəm, onda bir “ÇP” axtarıram. Sən mənim dəyərləndirdiyim müəllimlərdənsən, sənin seçkinin vaxtını niyə uzatmalıyam” cavabını verdi. İkinci tədris ili başlayandan sonra yenə də Fərəh xanımın yanına getdim. Dedim Fərəh xanım, mən öz işimə başlaya bilərəmmi? Dedi ki, indi gecdir, dərs yükünü müəllimlərə paylamışıq, onlar maas almır, sadəcə, onların yükü çoxalıb. Mən də bildirdim ki, öz dərsimi özümə verin keçim, çünki kafedrada yeganə ştatda olan müəllim mən idim. Çünki məndən əvvəl kafedranın ştatlı müəllimlərinin hamısını çıxarmışdı. Mən əvvəl kafedra müdiri də işləmişəm, prosedur qaydalarını yaxşı bilirəm, tam mümkün idi. Amma o mənə dedi ki, get, söz verirəm, sentyabrda səni işinə bərpa edəcəyəm, getdim və susdum... Bu hadisə 2018-ci ilin martında baş vermişdi, həmin ilin sentyabrında isə mən işə bərpa ediləcəyimi gözləyirdim. O mənə “get elmi işini rahat şəkildə işlə” dedi. Düşündüm ki, gedim doktorluq işimi tamamlayım. Çünki Mədəniyyət və İncəsənət Universitetinin doktorantıyam. Açığı, o vaxt mən bu məsələni qabartmadım, fikirləşdim ki, öz işimə bərpa ediləcəyəm, yenidən öz kollektivimə qayıdacağam. Həm də heç zaman istəmirdim ki, doğma universitetimin adı neqativ məsələlərdə hallandırılsın.   

- Fərəh xanım sizi nə üçün yenidən öz işinizə bərpa etmədi?

- Həmin ilin may ayında mətbuatdan oxudum ki, Fərəh xanım yüksək vəzifəyə təyin edilib. Bu halda çıxılmaz vəziyyətdə qaldım. Düşündüm ki, rektorun səlahiyyətlərini icra edən prorektor Validə Məmmədovanın qəbuluna gedim, o həm də ali məktəbdə müəllimim olub. Avqustun sonlarında bərpa edilməyimlə bağlı Validə xanıma müraciət etdim ki, siz hazırda rektorun səlahiyyətlərini icra edirsiniz, indi dərs yükü bölünür, mənə dərs saatı verin. O da bildirdi ki, hələ bilmirik nə qədər tələbə qəbul olunacaq, bu haqda hələlik məlumatımız yoxdur, seçkiyə girsən, sənə ilk səs verən mən olacağam, sən gözlə. Hiss etdim ki, Validə xanım da mənim işə bərpa olunmağımı, burada dərs deməyimi istəmir. Onun yanından qayıtdıqdan sonra gözləmə mövqeyində dayandım ki, bəlkə yeni gələn rektor müşkülümü həll edə bilər. Mən uzun müddət universitetə, səhnə hərəkəti və dram rejissorluğu kafedrasına dəvət ediləcəyim günü gözlədim, indiyə qədər də gözləyirəm. Çünki o kafedrada yeganə elmi dərəcəsi olan müəllim, teatr rejissorluğu ilə bağlı kadr mən idim. Hazırda həmin kafedrada bir nəfər də olsa elmi dərəcəsi olan müəllim yoxdur.

Ceyran Mahmudova bu ali məktəbə rektor təyin edildikdən sonra da məni axtarıb arayan olmadı. Mən təkrar Fərəh xanıma üz tutdum, ona dəfələrlə məktublar ünvanladım, amma o, məktublarıma cavab vermədi. Qərara aldım ki, onun qəbuluna gedəm və getdim də. Dedim ki, Fərəh xanım, sizə dəfələrlə məktub yazmışam, amma cavab verməmisiniz. O mənə həmin məktubları aldığını bildirdi və dedi ki, bu il həmin kafedraya qəbul olmayıb, yəqin ona görə də səni dəvət etməyiblər, bir də ki, orada dərs saatı yoxdur. Fərəh xanımın bu gün də bu ali məktəblə əlaqəsi var və hətta o burada dərs yükünə də müdaxilə edir. Fərəh xanımın qəbulunda olanda o mənə dedi ki, nə yaxşı bədii qiraətlə məşğul olmursunuz? Mən də dedim ki, bədii qiraətlə məşğul oluram, bundan pul qazanmıram, qiraət mənim mənəvi rahatlığımı təmin edir, amma müəllimlik, elmi fəaliyyət mənim sənətimdir, maddi rifahımın həll olunduğu işdir. Axı mən o maaşla dolanırdım. Sonra mənə məsləhət gördü ki, get Ceyran xanımla görüş, mən səni ona tapşırmışam. Çox rahatlıqla Ceyran xanımın qəbulunda oldum, o məni əvvəl tanımadı, ümumiyyətlə, tanımaq istəmədi. Mən ona deyəndə ki, bu ali məktəbdə əmək fəaliyyətinə laborantlıqdan başlamışam, məndən “laborantsınız?” deyə soruşdu. Dedim xeyr, Ceyran xanım, mən sənətşünaslıq üzrə fəlsəfə doktoruyam, dosentəm, Fərəh xanım mənimlə bağlı sizinlə danışıb. Cavab verdi ki, mənə sizin barənizdə heç kəs heç nə deməyib, amma görək bu sentyabrda qəbul olacaqmı, heç dərs saatı bizim öz müəllimlərimizə çatmır, siz hazırda bizdə işləmirsiniz, əvvəlcə öz müəllimlərimizin dərs saatı tamamlanmalıdır. O da mənim işimi sentyabra qoydu. Dediyi vaxt getdim, dedi ki, cəmi 25 nəfər qəbul olunub, onların 3 nəfəri teatr rejissorluğunu istəyir. Mən də dedim ki, mən burada böyümüşəm, burada işləmişəm, məni işimə bərpa edin, dedi ki, dərs saatı yoxdur, mən öz müəllimlərimi çıxarıb səni götürəsi deyiləm ki. Dedim ki, o kafedranın yeganə ştatlı elmi dərəcəsi olan müəllimi mən olmuşam, orada elmi dərəcəsi olan müəllim var? Kafedraları kəsib parçaladınız, bir-birinə caladınız, bir-birinə aid olmayan kafedraları birləşdirdiniz. Bir də Ceyran xanım mənə dedi ki, sənin problemin Fərəh xanımla olub, gedin onunla da həll edin, mən sizi işdən çıxarmamışam. Mənə elə gəldi ki, universitetin heç bir probleminin bu rektora aidiyyəti yoxdur.

Onu da deyim ki, universitetdə bir sıra kafedraların birləşdirilməsi, yüksək ixtisaslı müəllimlərin xeyli hissəsinin buradan uzaqlaşdırılması, dəxilsiz adamların kafedra müdirləri, müəllim təyin edilməsi həqiqətən də bu ali məktəbə qəbul olunmaq isəyənlərin sayına mənfi təsir göstərib. Mən Mədəniyyət və İncəsənət Universiteti haqqında hər zaman düşünürəm, burada böyümüşəm, bura mənim doğma ocağımdır, ona görə də həmişə narahat oluram. Heç vaxt doğma universitetimin adının mənfi istiqamətdə hallandırılmasını istəməmişəm.      

- Hazırda pedaqoji fəaliyyətdən uzaq düşmüsünüz... Amma yenidən ADMİU-ya bərpa ediləcəyinizdən ümidinizi üzmürsünüz?

- Mən bu ali məktəbdə böyümüşəm, dərs demişəm, tələbələr yetişdirmişəm, sonra isə keçmiş rektorun ədalətsiz münasibətilə üzləşmişəm. Universiteti fərqlənmə ilə bitirəndən sonra AMEA-nın aspiranturasını bitirdim. Müdafiə edib, laborantlıqdan başlayıb dosentliyə qədər yol gəldim. Bir neçə monoqrafiyanın, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, proqramların müəllifiyəm. İşlədiyim şöbədə teatr rejissorluğu ilə bağlı müdafiə edən yeganə kadrlardanam. Böyük ağrıdır. Mənim ixtisasım bir tək bu universitetdə var. Bu yaşımda gedəcəyim ikinci bir yer yoxdur. Axı öz hesabıma məzuniyyət haqqım idi. Mən niyə işdən çıxarılmalı idim? Bunun üçün ciddi bir səbəb olmalı idi? Bir həftə işə getməmişəm töhmət versin, xəbərdarlıq etsin, maaşımı kəssin, amma işdən çıxarmaq nədir? Heç vaxt məzuniyyətə çıxmamışdım. Ona görə də nəticəsinin nə olmasından asılı olmayaraq, haqqımı sona qədər tələb edəcəyəm. Mən istəyirəm ki, səsim cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya və təhsil naziri Ceyhun Bayramova çatsın, onlar mənim səsimə səs versinlər. Cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli təhsil naziri Ceyhun müəllim, mən haqsızlıqla üzləşmişəm, aldadılmışam. Mən ölkə başçısına, Birinci vitse-prezidentə, təhsil nazirinə müraciət etmək məcburiyyətində qaldığım üçün onlara üz tutmuşam. Mən ancaq özümün pozulmuş və tapdanmış haqlarımdan deyil, həm də Fərəh xanımın rektorluğu dövründə haqsız yerə işdən uzaqlaşdırılan bir sıra həmkarlarımdan danışmaq istəyirəm. Ənvər Vəliyev, Könül Axundova, Əzizağa Quliyev, Zülfiyyə Eldarqızı, Məsmə Qubadova və başqaları da belə haqsızlıqla üzləşiblər. Nə üçün elmi dərəcəsi olmayanlara “yaşıl işıq” yandırılır, elmi dərəcəsi olanlara isə yox. Mənim cənab Prezidentdən, Mehriban xanımdan və təhsil nazirindən gözləntilərim var, ümid edirəm ki, üzləşdiyim problemin həlli ilə bağlı onlardan dəstək alacağam.

- Bayaq dediniz ki, Fərəh xanım rektor olduqdan sonra bir neçə müəllim əsassız olaraq işdən çıxarılıb. Səbəb nə idi?

- Fərəh Əliyeva da, Ceyran Mahmudova da universitetə rektor təyin edilərkən sənətşünaslıq üzrə fəlsəfə doktoru idilər, doktor, professor adını və titulunu rektorluq fəaliyyətlərinə görə aldılar. Sualınıza gəlincə, mən də daxil olmaqla, Fərəh xanımın işdən çıxardığı müəllimlərin hamısının yeganə suçu T.Əfəndiyevin kadrları olmağımızdır. Bu, birmənalı olaraq, belədir. Fərəh xanım rektor olduqdan sonra bu ali məktəbdə tamam fərqli bir mühit yaratdı, burada müəyyən qruplaşma formalaşdırdı. Demirəm Timuçi müəllimin vaxtında problem yox idi, var idi. Lakin onun rektorluğu vaxtında həm də burada gözəl bir mədəni mühit vardı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ