19/09/2019 17:27
728 x 90

Ədliyyə nazirinin müavini Vilayət Zahirov İmişlidə vətəndaşları qəbul edib - FOTO

img

Sentyabrın 12-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.a

Son xəbərlər