şənbə günü, 14 noyabr 2026
     

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Image


Azərbaycan orta ümumtəhsil məktəblərinin səviyyəsinin yüksək standartlara qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən ardıcıl olaraq işlər həyata keçirilir. Orta təhsil sistemində baş verən neqativ halların qarşısının alınması istqiamətində də nazirlik köklü işlər görür.

Bu gün orta təhsil sahəsində bəzi xoşagəlməz halların mövcud olduğunu və buna qarşı mübarizə tədbirlərinin gücləndirildiyini təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxış edərkən qeyd edib. “Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb”.

C.Bayramov onu da deyib ki, bu il ərzində işlərində yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tətbiq edilib. C.Bayramovun sözlərinə görə, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır: "7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələlərə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar... Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib” - deyə bildirən nazirin qeyd etdiyinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir: "Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir”.

C.Bayramov, həmçinin, vurğulayıb ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir”.

  • Nadir İsrafilov: “O, ictimai rəyə xüsusi önəm verir və cəmiyyəti məktəblə bağlı narahat edən məsələlərin həlli istiqamətində işlər görür”

Təhsil Nazirliyi yanında yaradılan İctimai Şuranın üzvü, tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Bakı-Xəbər”ə bildirdi ki, təhsil nazirinin təhsil işçilərinin respublika konfransında səsləndirdiyi fikirlər onu göstərir ki, orta təhsil sistemində olduqca böyük işlər görülməkdədir. Uzun illər təhsil sahəsində çalışan bir mütəxəssis kimi 7 nazirlə işlədiyini deyən N.İsrafilovun sözlərinə görə, indiyə qədər heç bir nazir C.Bayramov kimi orta təhsil sistemində mövcud olan nöqsanları açıq şəkildə dilə gətirməyib. “Təhsil naziri Ceyhun Bayramov konfransda çox açıq və səmimi danışdı, orta təhsil sistemindəki çatışmazlıqları çox lakonik və məzmunlu formada ifadə etdi. Nazir, eyni zamanda,  qarşıda duran vacib məsələləri xüsusi qeyd etdi. Bunlardan biri də bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir. Bu olduqca vacib və aktual məsələdir. Hesab edirəm ki, orta təhsil sistemində mövcud olan neqativ halların qarşısı alındıqca, bu məsələ də təbii şəkildə tənzimlənəcək. Orta təhsil sistemində ciddi islahatlar həyata keçirilir və biz bunu baş verən müsbət dəyişikliklərin fonunda aydın şəkildə müşahidə edirik. Bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması üçün artıq xeyli sayda iş görülüb, işində nöqsanlara yol verən məktəb direktorları, direktor müavinləri, eləcə də bəzi rayon təhsil şöbələrinin müdirləri öz vəzifələrindən xaric edilib. Orta təhsil sistemində vaxtilə mövcud olan süründürməçilik hallarının da qarşısı alınıb. İndi həm 1-ci siniflərə qəbul, həm də şagird köçürülməsi elektron qaydada həyata keçirilir. Bu da sözügedən sahədə şəffaflığın təmin olunmasına xidmət edir. Orta məktəblərdə təhsilin keyfiyyətinin artırılması bu gün çox ciddi məsələdir və bu istiqamətdə də məqsədyönlü işlər həyata keçirilir. Bilirsiniz, bu gün həm mətbuatda, həm də sosial şəbəkələrdə orta təhsil sahəsində neqativlik yaradan məktəb direktorları haqqında xoşagəlməz fikirlər yer alır. Mənim özümə nə qədər insan yazır ki, övladımı məktəbə götürmürlər, bir məktəbdən başqa məktəbə keçməsinə şərait yaradılmır və s. Bizə belə müraciətlər çox edilir. Nazir ictimai rəyə xüsusi önəm verir və cəmiyyəti məktəblə bağlı narahat edən məsələlərin həlli istiqamətində işlər görür. Düşünürəm ki, orta məktəblərdə təhsilin daha yüksək səviyyəyə çatdırılması üçün bütün işlər ardıcıl olaraq həyata keçiriləcək. Nazirin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, təhsilin keyfiyyətinin artırılması üçün orta təhsil sistemində yeni islahatlar start götürüb. Nazir orta təhsil sisteminin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edildiyini ortaya qoydu. Bu sahədə köklü işlər görülməkdədir. Çünki bu sahədə şəffaflığın tam təmin olunmasında, eləcə də təhsilin səmərəliliyinin, keyfiyyətinin artırılmasında, orta təhsilin keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasında nazir maraqlıdır və o, bu yöndə çalışır”.

N.İsrafilov qeyd etdi ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması, bu şurada təmsil olunanların mütəxəssislər olmasının da bu sahəyə faydası dəyəcək. Onun sözlərinə görə, nazirin göstərişi ilə yaradılan şuranın əsas məqsədi orta təhsil sistemində mövcud olan problemlərin həll edilməsidir. “Biz mütəxəssislər təhsil sahəsində olan problemlərlə, dərsliklərdəki nöqsanlarla və s. bağlı danışanda əvvəlki nazirlər buna əhəmiyyət vermirdilər, deyirdilər ki, onlar narazı adamlardır. Halbuki, biz orta təhsilin problemlərindən danışırdıq və onun həllinə nail olmaq istəyirdik. Lakin Ceyhun Bayramov bu məsələlərə çox ciddi yanaşır və bu sahədə fəaliyyət göstərir. İctimai Şuranın yaradılması da orta təhsil sistemində mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bəzi təhsil müəssisələri var ki, ora rəhbərlik edən insanlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Bunu nazir də qeyd etdi. Əslində isə məktəb rəhbərləri bu sahədə səriştəli olmalıdırlar” - deyə N.İsrafilov vurğuladı.     

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ