13/12/2019 14:00
728 x 90

ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı... - FOTO

img

Sentyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin (RDPPU) rektoru, pedaqoji elmlər doktoru, professor Yevgeni Doroşkinlə görüş keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə verilən bilgiyə görə, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak edib.

Rektor Cəfər Cəfərov ADPU haqqında ətraflı məlumat verərək bildirib ki, yaranma tarixi baxımından ADPU ölkəmizin ikinci qədim universiteti, struktur, professor-müəllim və tələbə heyəti tərəfindən baxımından isə üçüncü ən böyük universitetidir. ADPU-nun 8 fakültəsi, 32 kafedrası var. Universitetdə 18 minə yaxın tələbə təhsil alır. 3 il bundan öncə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Universitet Rusiya, Türkiyə, Avropa universitetləri və digər regionların universitetləri ilə əlaqələri genişləndirməyə çalışır.

RDPPU-nun rektoru, professor Yevgeni Doroşkin də öz növbəsində bu ali təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti, elmi nəşrləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin tərkibində 5 institut, 1 kollec, doktorantura və aspirantura şöbələri, 4 filial var. Universitetdə müxtəlif sahələr üzrə hazırlanan mütəxəssislərin peşə hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirilir.

Sonra ADPU və RDPPU arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda ADPU və RDPPU arasında humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, hər iki tərəf üçün maraq kəsb edən birgə elmi konfransların, simpozium və seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, o cümlədən  professor-müəllim, aspirant və tələbə mübadiləsi, yay və qış dil məktəblərinin təşkili, informasiya, elmi nəşrlərin və tədris-metodiki ədəbiyyatın mübadiləsi öz əksini tapıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər