21/11/2019 04:41
728 x 90

Bakıdakı məşhur “Məhsul” stadionu əsaslı təmirə dayandırıldı

img

Yasamal Rayon İcra Hakimiyyətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti  işlərinə başlanıb.

Bununla əlaqədar bildirilir ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə  düşüb. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və  bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionu müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.

Son xəbərlər