19/09/2019 11:16
728 x 90

ABŞ səfirliyi və Bakı Amerika Mərkəzi “İngilis dili həftəsi”nə başladı… - FOTO

img

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi hər il qeyd olunan “İngilis dili həftəsi”nin rəsmi açılışını elan edib.

Səfirlikdən baki-xeber.com-a verilən məlumata görə, 9 -13 sentyabr tarixlərində Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcək. “İngilis dili həftəsi”ndə müəllimlər videomühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və müasir şagirdləri dərslərə cəlb etmək üçün digər üsulları öyrənəcəklər.

Maraqlanan müəllimlər 12 sentyabr saat 15:00-da açıq mühazirəyə dəvət olunur.

İngilis dili həftəsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Bakı Amerika Mərkəzinin Facebook səhifəsinə daxil olun: https://www.facebook.com/bakuamericancenter/

Son xəbərlər