General Şıxlinski 34-C ünvanında masaj salonu, ya əxlaqsızlıq yuvası – özü də 171 saylı məktəbin beş addımlığında… - VİDEO

Xətai rayonu Nəsirəddin Tusi küçəsində yaşayan sakinlər masaj salonundan şikayətçidir. Baki-xeber.com-a yerli sakinlərin verdiyi məlumata görə, bu masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.
Sakinlər iddia edirlər ki, burada masaj salonu adı ilə əslində əxlaqsızlıq yuvası yaradıblar, obyektin qarşısında yaranan səs-küy sakinlərin rahatlığını pozur.
Ən dəhşətlisi odur ki, bu şübhəli obyekt 171 saylı məktəbin beş addımlığında yerləşir: “Hər səhər uşaqlar buradan keçib gedirlər. Hər şeyi görürlər. Səs-küy, çığırtı, içki havasına əcaib hərəkətlər edirlər. Birdən görürsən ki, çılpaq qızlar çıxıb bayırda əyləşir. Günün istənilən saatında bu əcaib və tərbiyəsi mənzərəni görmək mümkündür. Dəfələrlə gecə saatlarında bıçaqlaşmaların şahidi olmuşuq. İçki, gənc oğlanlar, əxlaqsız qadınlar olan yerdə daha nə gözləmək olar?! Dəfələrlə bəzi aidiyyəti qurumlara müraciət etsək də, nəticəsi olmayıb”.
Ümid edirik ki, problemi ictimailəşdirməklə vətəndaşların haqlı şikayətinin həllini tapmasına yardımçı ola biləcəyik.
Baki-xeber.com