Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanmasını tövsiyyə edir.
Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirib, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanması praktikası mövcüddur.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək həddə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.
Sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.
İsrafil KƏRİMOV Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri