şənbə günü, 14 noyabr 2026
     

“Milli cadugərlərimiz”in sosial şəbəkələrdə “çıxarmadıqları oyun” qalmır

Image


Sosial şəbəkələrdə bütün peşə və sənət sahiblərinin fəaliyyətini yaxından izləmək mümkündür. Bu gün istənilən sahənin adamını Facebook, İnstaqram, Odnoklasnik və digər sosial şəbəkələrdə görə bilirik. Sosial şəbəkələrdə geniş meydan açan və burada müxtəlif qorxulu rituallar, ayinlər həyata keçirən cadugərlər, falçılar da kifayət qədər aktivdilər. Bu platformada cadugərlər, ekstrasenslər, falçılar müxtəlif səhifə və qruplar yaradaraq öz əməllərini icra edirlər.

Məsələn, Facebookda “Abra Cadabra” adlı bir qrup var və bu qrupun da əsas üzvləri müxtəlif yaş qrupunda olan qadınlardır. Qadınlar onları narahat edən məsələlərlə, xüsusən də ailədaxili problərinin həll edilməsi yolları ilə bağlı həmin qrupda təmsil olunan cadugərlərdən, falçılardan “mədət” umurlar. Qrupda açıq şəkildə bildirilir ki, burada təmsil olunan cadugərlər ən ağılagəlməz vasitələrlə müxtəlif qorxulu rituallar həyata keçirirlər. Hətta onlar qara magiya ilə məşğul olduqlarını, bu yolla istənilən adamı caduladıqlarını da qeyd edirlər. Bu ritualların həyata keçirilməsi prosesini əks etdirən foto və videolar da qrupda yerləşdirilir və elan edilir ki, psixoloji vəziyyəti normal olmayan insanlar bu ritualları izləməsin.

Burada ay bədrlənərkən insanda “üçüncü göz”ün (?) açılması üçün bir ritual haqqında məlumat verilir, sonra qara magiyanı tətbiq etmək üsulları öyrədilir və s. 

Əlbəttə, bütün bunlar qara qüvvələrin təbliğinə, qara niyyətlərin yayılmasına yönəlib.

Qadınlar cadugərlərdən əsasən gənc və yaraşıqlı oğlanları, başqasının ərini onlara “bağla”ması üçün kömək istəyirlər. Qruplarda yazırlar ki, bir kişidən xoşum gəlir, amma o mənə baxmır, onu özümə cəlb etmək üçün cadu etdirmək istəyirəm. Başqa birisi qeyd edir ki, ərimi evə bağlaya bilmirəm, mənə əhəmiyyət vermir, bütün gününü dostları ilə çayxanalarda keçirir, evə səhərə yaxın gəlir, onu evə bağlamaq üçün mənə “şirinlik” duası yazın. Digər bir qadın isə qaynanasına, baldızına, ərinin qohumlarına cadu etdirmək istəyir. Cadugərlər də həmin xanımlara internet vasitəsilə “məsləhət”lər verir, cadu yazdırmaları üçün onları fəaliyyət göstərdiyi yerə dəvət edir. Bəziləri evini cadulardan təmizləmək üçün cadugərlərə üz tutur, bəziləri isə varlanmaq, var dövlətə çatmaq üçün. Onu da deyək ki, bu qruplarda cadugərlərə müraciət edənlər sırasında 15-18 yaşlı qızlar da az deyil. Bu qızlar “sevgili”ləri ilə barışığa nail olmaq üçün cadugərə üz tuturlar. Cadugərlər də onların arzularını “çin etmək” istiqamətində fəaliyyətə keçirlər. Cadugərlərin ağlasığmaz hərəkətləri, həyata keçirdikləri rituallar, qara qüvvələrlə “mistik” əlaqəyə girərək insanları cadulaması həqiqətən də dəhşətdir. Bir sözlə, cadugərlər sosial şəbəkələrdə əməlli-başlı dəm-dəstgah açıb insanların “dərdinə çarə” tapırlar.   

  • Könül Vaqifqızı: “Cadugərlər sosial şəbəkələrdə “qara magiya”nın gücü ilə ailələri dağıdır, insanların psixikasına mənfi təsir edirlər”

Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, sosial şəbəkələrdə cadugər və falçıların aktivləşməsi olduqca mənfi tendensiyadır. Cadugərlərin etdiyi qara magiyanın onların bu xidmətindən istifadə edən insanlara faciələr yaşatdığını deyən K.Vaqifqızı hesab edir ki, qadınlar cadugərlərə, falçılara deyil, özlərinə güvənməlidir. Dinimizin də birmənalı olaraq qəbul etmədiyi cadugərliyin az qala bir “dini ayin” kimi təqdim edilməsinin də yolverilməz olduğunu bildirən ekspert hesab edir ki, falçı və cadugərlərin sosial şəbəkələrdəki profil, səhifə və qrupları ciddi nəzarət altına alınmalıdır. “XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qadınların, qızların xeyli bir qismi cadugərə, falçıya, ekstrasensə inanır. Bu da cadugərlərin qol-qanad açmasına, öz fəaliyyətlərini daha da geniş qurmasına imkan verir. Əvvəllər bir falçının, cadugərin yanına getmək üçün qadınlar “əziyyət” çəkirdilər, indi isə sosial şəbəkələr vasitəsilə onlar qadınların evlərinə, həyatlarına daxil olublar. Sosial şəbəkələrdə falçı və cadugərlərin yaratdıqları səhifə və qrupların bəzilərini təsadüfən izləmişəm və dəhşətə gəlmişəm. Burada elə qorxulu rituallar həyata keçirilir ki,  adam vahimələnməyə bilmir. Cadugərlər sosial şəbəkələrdə “qara magiya”nın gücü ilə ailələri dağıdır, insanların psixikasına mənfi təsir edirlər. Burada onların insan şüurunda gərginlik yaratmasından, onlara psixoloji təsir etməsindən söhbət gedir. Bəli, qrup və səhifələrdə elə ritualların videogörüntüləri yayılır ki, həqiqətən də ona qorxusuz tamaşa edə bilmirsən”.

K.Vaqifqızının sözlərinə görə, hər hansı bir çətinliyi olan xanımlar cadugər və falçılara deyil, psixoloqlara müraciət etsələr, öz problemlərinin həllinə daha tez nail ola bilərlər. Onun dediyinə görə, qadınlar psixoloqlardan qaçıb falçılara, cadugərlərə “sığınır”lar. “Sosial şəbəkələrin azad olmasından istifadə edən cadugər və falçılar şirin vədlərlə qadınları özlərinə cəlb edərək onlara “məsləhət”lər verirlər. Əslində isə onların “məsləhət”lərinin o qadınlara heç bir faydası dəymir, həm pulları gedir, həm də əsəbləri korlanır. Problemi olan qadınlar falçıya, cadugərə yox, psixoloqa, mütəxəssisə müraciət etsə daha yaxşı olar. Amma onlar falçılardan “kömək” umurlar”-deyə o qeyd etdi.

Ülviyyə NAĞIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ