Ədliyyə naziri Fikrət Məmmədov avqustun 29-da Abşeron rayonunda vətəndaşların qəbulunu keçiriləcək.
Abşeron rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkı) keçiriləcək qəbulda Abşeron, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Abşeron rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Həmçinin, vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.