şənbə günü, 14 noyabr 2026
     

Xarici kübar qadınların “yaşam qoçu” saxlamaq adəti Bakıda da yayılır…

Image


Leyla Məmmədəliyeva: “Yaşam qoçu” xidməti, ola bilsin ki, hansısa ölkələrdə aidiyyəti üzrə tətbiq edilir, amma bizim qadınlar bu xidmətdən olduqca primitiv şəkildə yararlanırlar”
Fatimə Hacıbəyli: “Əslində, Azərbaycanda “yaşam qoçu” seçilənlərin bir çoxu o qadınlara kübar davranışları, gözəl nitq bacarığını, iş görüşlərində aparılan danışıqların qaydalarını, arıqlamaq yollarını, idman etməyin üsullarını öyrətmir, onların vəzifələri tamamilə başqadır”

 

Müasir cəmiyyətimizdə elə “yenilik”lərlə qarşılaşırıq ki, bu bizim yalnız təəccübümüzə səbəb olur. Elə hallar var ki, onlar başqa cəmiyyətlərə, o cəmiyyətlərin qadınlarına xasdır və bu onlarda sözün həqiqi mənasında effektiv alınır. Bu gün Azərbaycan qadınları ilə müqayisədə Avropa, Rusiya, Türkiyə, ABŞ qadınlarının həyata baxışı, dünyagörüşü, bütövlükdə isə həyat tərzi fərqlidir. Lakin bizim bir qisim qadınlarımız özlərini onlara bənzətməyə çalışır, necə deyərlər, onları təqlid etməyə cəhd göstərirlər. Xüsusən də sosial cəhətdən yüksək təminatlı xanımlar, kübar sayılan qadınlar özlərini onlara oxşatmaqda davam edirlər.

Bir sıra ölkələrdə, əsasən də Türkiyədə və digər ölkələrdə geniş yayılan “yaşam qoçu” xidmətindən Azərbaycanda da istifadə edən qadınlar peyda olub. Həmin ölkədə “yaşam qoçu”ndan normal şəkildə istifadə edilsə də, bunu bizim kübar qadınlar primitiv şəkildə həyata keçirirlər. Son zamanlar bəzi kübar qadınlar tanınmış idmançıları, fiziki cəhətdən güclü olan tanınmış şəxsləri muzdla özlərinə “yaşam qoçu” seçir. “Yaşam “qoçu bu qadınların ayrılmaz bir parçasına çevrilir. Onlar “yaşam qoçu” olmadan bir addım belə atmaq istəmirlər.

Onu da qeyd edək ki, Azərbaycanda “yaşam qoçu” saxlayan qadınların böyük əksəriyyəti onlardan sözün həqiqi mənasında hər cür istifadə edir. Yəni “yaşam qoçu”nu pul qarşılığında tutduqları üçün idmandan tutmuş hətta yatağa qədər onlar qadınları müşayiət edir. Hətta “yaşam qoçu” ilə gün keçirən, həyatını davam etdirən qadınlar ona bir psixoloq kimi də yanaşırlar.

  • “Yaşam qoçu” nədir?

Sağlam qidalanma və düzgün həyat tərzi üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edir ki, son dövrlərdə “yaşam qoçu” ifadəsinə tez-tez rast gəlirik və bəzən də insanların əksəriyyəti bunun mahiyyətini anlamır. O hesab edir ki, bizim insanlar “yaşam qoçu”nun gördüyü işlərin nədən ibarət olduğundan xəbərsizdir. Bir çox hallarda isə “yaşam qoçu” psixoloqla qarışdırılır. Bəs “yaşam qoçu” kimdir və niyə məhz qoç? Ümumiyyətlə, “yaşam koçluğu nədir? Bu haqda məlumatınız yoxdursa, bu yazı tam sizin üçündür. “Yaşam qoçluğu” müştərinin istək, hədəf və məqsədlərini müəyyənləşdirərək şəxsi uğur və inkişafını dəstəkləmək məqsədi daşıyır. Buna müştərinin şəxsi inkişafı, münasibətləri və insanlarla ünsiyyəti, karyera məsələləri, ictimai həyatı və hobbiləri daxildir. “Yaşam qoçluğu” psixoterapiya deyil, bütün məsələlərdə hədəflərin yaradılması və həyata keçirilməsi istiqamətində onunla aparılan seans peşəkar yardım əlaqəsi olaraq qəbul edilir. Əgər müştəriyə psixoloji yardım lazım olarsa, o zaman ona müvafiq mütəxəssisə müraciət etmək üçün təlimat verilir. Lakin əksər hallarda uzun müddət psixoloq tərəfindən müalicə alsanız da və ya psixiloqlardan çox yardım görsəniz də, hələ də bir çox məsələlərdə problemlərin həll olmadığını hiss edirsiniz və ya həll etməkdə çətinlik çəkirsinizsə, bu zaman sizin köməyinizə bir “yaşam qoçu” gələ bilər”.

  • “Yaşam qoçu” psixoloqdurmu?

Ekspert “yaşam qoçu”nun psixoloqdan 5 cəhətə görə fərqləndiyini qeyd edir:

1. Müalicə prosesini arxeoloji qazıntı işi olaraq təsəvvür etsək, “yaşam qoçluğunu memarlıq işinə bənzədə bilərik. Psixoloji müalicə zamanı müraciət edən şəxs özünü tapmaq üçün keçmişində dərindən qazıntılar apararaq əldə etdiyi hər şeyi sıralamağa çalışır, “yaşam qoçluğunda” isə həmin şəxs seans zamanı öyrəndiklərini bugünkü həyatında mövcud olan gerçəklərdən alır və onu inkişaf etdirir. Ona daşımağa məcbur olduğu yüklə necə yaşaya biləcəyi öyrədilir. Təbii ki, müalicənin də, “yaşam qoçluğu” seansının da özünəməxsus faydaları var, lakin “yaşam qoçluğu” vasitəsilə siz danışmaqdan daha çox iş görəcəyinizdən əmin ola bilərsiniz. Çünki onunla həyatınızı və gələcəyinizi dəyişdirmək üçün radikal, həyəcanlı və əyləncəli addımlar ata bilirsiniz.

2. “Yaşam qoçluğunda” dəqiqliklə həyatdan nə istədiyinizi və hədəflərinizi öyrənirsiniz. Həyatda xoşbəxt deyilsinizsə, nəyin çatışmadığını anlayırsınız. Bunu dəyişdirməyin yeganə yolu olan əskikliyin nə olduğunu dəqiqləşdirirsiniz. Bir “yaşam qoçu” ilə nə istədiyinizi müəyyənləşdirə və onu tapandan sonra bunu necə aradan qaldıracağınız barədə planlar qura bilirsiniz.

3. “Yaşam qoçluğu” seanslarında istədiyinizi əldə etmək üçün, hədəfinizə çatmaq üçün addım-addım nə edəcəyiniz haqqında planlar qurursunuz. Dəqiqliklə istəyinizi müəyyənləşdirdikdən sonra onu necə əldə edə biləcəyinizi də öyrənirsiniz. Danışdıqca ortaya çıxan bir çox fikirlərlə birlikdə ilk addımı atmalı olursunuz və bir də görürsünüz ki, istəyinizə bir addım da yaxınlaşmısınız. Daha sonra isə bir-birinin ardınca işlər zamanla həll olur və addımlarınızı planlayaraq hədəfinizə nail olursunuz.

4. “Yaşam qoçluğu” seansında siz daha məsuliyyətli olursunuz. “Yaşam qoçluğu”nun ən önəmli müvəffəqiyyətlərindən biri də “yaşam qoçu”nun müştərini gördüyü işlər barədə hesabat vere bilməyə istiqamətləndirməsidir. Bir hədəf müəyyənləşdirildikdə onun həyata keçməsi üçün mütəmadi olaraq “yaşam qoçunuzla” ünsiyyətdə olmalısınız və bu sizi daha məsuliyyətli edir. Məsələn, həftədə 3 gün piyada gəzmək istəyirsinizsə, lakin bunu keçmiş təcrübələrinizdə bacarmamısınızsa, “yaşam qoçunuz” həftənin 3 günü sizinlə bu barədə öyrənmək üçün məlumat istəyə bilər. Siz də bəzən sırf ona yalan danışmamaq üçün bu piyada gəzintini edirsiniz. Və nəticədə bunu bacardığınız üçün özünüzü yaxşı hiss edirsiniz.

5. Daha maraqlı və vacib məqamlardan biri də odur ki, “yaşam qoçluğunda” sürətli şəkildə konkret nəticələr əldə etdiyinizi görürsünüz. Bəli, sürətli nəticələr! “Yaşam qoçluğu”na aid ən möhtəşəm nüans da elə budur! Nəticəni görmək üçün aylarla, illərlə gözləmək məcburiyyətində qalmırsınız. Dəyişmək istədiyiniz şey daha tez baş verir. Problemləri müəyyənləşdirdikdə və onu həll etmək üçün hədəflərinizi bildikdə bu işi gerçəkləşdirmək tamamilə sizin əlinizdə olur. Və “yaşam qoçluğu” məhz elə bu işi etməyinizə imkan verən bir vasitədir.

  • Bakıda “yaşam qoçu” təlim proqramları...

Ekspertlər qeyd edirlər ki, artıq Türkiyədə və digər ölkələrdə olduğu kimi, Bakıda  da “yaşam qoçu” təlim proqramı mövcuddur. Bu təlimlərə qatılıb sertifikat alan insanlar istər indiki iş həyatlarında yeni məlumatlar qazanıb həyatlarına davam edər, istərsə də fərdi şəkildə şəxsi həyatlarında “həyat qoçluğu”ndan yararlana bilərlər. Proqramın məqsədi şəxsin bu andakı mövcud vəziyyətdən hədəflədiyi vəziyyətə çatanadək “qoçun” formalaşdırdığı proqram çərçivəsində — şəxsin həyat sahələri, karyera, iş, maliyyə, səhiyyə, ailə, ictimai həyat və s. sahələrdə planlarını formalaşdırmaqdır. Ekspertlər deyir ki, “yaşam qoçları fərdlərin hədəflərinə daha sürətli və təsirli surətdə çatmasına köməkçi olmaq məqsədilə professional xidmət verir. “Yaşam qoçu” insanın həyatda necə xoşbəxt ola biləcəyi ilə maraqlanır, adamın özünə daha çox zaman ayırmasına və gələcəyi ilə bağlı daha dəqiq plan qurmasına kömək edir.

“Yaşam qoçu” adamın öz potensialını kəşf etmək, daxili inkişafını, həyat məqsədini, hədəflərini və olmaq istədiyi nöqtəyə gəlib çatmaq üçün lazımlı yol xəritəsini çəkməyə kömək edir və bu yolda getməsinə dəstək verir.

“Yaşam qoçu”nun funksiyaları barədə mütəxəssis rəyləri aydındır. Onlar “qoçun” insan həyatında oynadığı roldan əsaslandırılmış şəkildə danışırlar. Bununla belə, mütəxəssislər hesab edir ki, Azərbaycan qadınları “qoçun” xidmətlərindən istifadə edərkən ifrata varırlar.

  • “Bakıda imkanlı, kübar xanımların bir çoxunun yanında “yaşam qoçu” görürük”

Ədəbiyyatşünas alim Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda imkanlı qadınların çoxunun yanında “yaşam qoçu” görmək olar. O vurğuladı ki, “yaşam qoçları” cüssəli, idmançı görkəmli, yaxud idmanın müxtəlif növləri ilə məşğul olan insanlardır. İlk baxışdan onların sürücü və ya cangüdən olduğunu zənn edirsən, sonra isə onların hərəkətlərini izlədikdə adam təəccüblənməyə bilmir. “Bu gün Bakıda imkanlı, kübar xanımların bir çoxunun yanında “yaşam qoçu” görürük. Hətta universitet müəllimələrinin də bəziləri “yaşam qoçu” saxlayır. Doğrudur, onlar, cəmiyyət tərəfindən yaxşı qarşılanmadığı üçün, “yaşam qoçu” seçdikləri idmançıları “sürücü” kimi təqdim edirlər. Amma onların davranışlarını müşahidə etdikdə bu “qoçun” bütün işlərində onlarla birgə olduğunu görürük. “Yaşam qoçu, guya ki, o xanımlara idman öyrədir, dieta qaydalarını başa salır, danışıq, hərəkət, davranış, biznes, işgüzar məsələləri anladır. “Yaşam qoçu” xidməti, ola bilsin ki, hansısa ölkələrdə aidiyyəti üzrə tətbiq edilir, amma bizim qadınlar bu xidmətdən  olduqca primitiv şəkildə yararlanırlar. Muzdla tutulan “qoç” qadının bütün işlərində onun yanında olur. Əlbəttə, burada əxlaqi nöqteyi-nəzərdən şübhələr də yox deyil. Təəssüf ki, “yaşam qoçu”ndan başqa məqsədlə istifadə edən qadınlar da yox deyil. Bir idmançı nə qədər savadlı, dünyagörüşlü, bütün kübar qaydalarını incəliyinə qədər bilə bilər? Xaricdə “yaşam qoçu” xüsusi təlim görmüş insanlar olur, onlar həqiqətən də qadınlara yardım edir. Bizdə isə, bildiyim qədər, “yaşam qoçları”nın çox az hissəsi təlimlərdə iştirak edib, qalanları isə fiziki cəhətdən güclü, yaraşıqlı olan idmançılardır. Nəzərə alsaq ki, idmançıların da bir çoxu o qədər savadlı olmur, bu halda onlar necə “yaşam qoçu” ola bilərlər?”

L.Məmmədəliyeva hesab edir ki, Azərbaycan cəmiyyətinə, əxlaqına və dünyagörüşünə yad olan bu kimi xidmət istiqamətləri cəmiyyətdə anormal qarşılanır. Xüsusən də ziyalılar bu kimi hallara yaxşı baxmır. O qeyd etdi ki, hazırda ölkəmizdə kifayət qədər peşəkar dietoloqlar, psixoloqlar, eləcə də yüksək səviyyədə təmin olunmuş idman zalları var, xanımlar çox az vəsait xərcləməklə o xidmətlərdən yayarlana bilərlər.

  • “Guya ki, “yaşam qoçu” olmasa, bizim bəzi kübar qadınlar həyatlarını davam etdirə, arıqlaya, düzgün davranış, danışıq, nitq qaydalarına yiyələnə bilməzlər”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli də “yaşam qoçu” xidmətindən Azərbaycan qadınlarının aidiyyəti üzrə yararlanmadığını deyir. “Yaşam qoçu” bizim cəmiyyətdə yeni bir məsələdir. Bəzi imkanlı qadınlar Türkiyədəki qadınlar kimi özlərinə “yaşam qoçu” tuturlar. Bu “yaşam qoçu” onların əvəzinə bütün işləri görür və hətta o qadınlara sürücülük belə edirlər. “Yaşam qoçu”nun öz sahibindən bir addım uzaqlaşmağa ixtiyarı yoxdur. O hər zaman sahibinin yanında olur. “Yaşam qoçluğu”ndan bəzi imkanlı qadınlarımız çox qaba və primitiv şəkildə yararlanırlar. “Yaşam qoçu” seçilən idmançı oğlanlar əksər hallarda o qadınlarla tamam başqa mübasibətdə olur, lakin qadınlar onları cəmiyyətə başqa cür təqdim edir. Guya ki, “yaşam qoçu” olmasa, bizim bəzi kübar qadınlar həyatlarını davam etdirə, arıqlaya, düzgün davranış, danışıq, nitq qaydalarına yiyələnə bilməzlər. Əslində, Azərbaycanda “yaşam qoçu” seçilənlərin bir çoxu o qadınlara kübar davranışları, gözəl nitq bacarığını, iş görüşlərində aparılan danışıqların qaydalarını, arıqlamaq yollarını, idman etməyin üsullarını öyrətmir, onların vəzifələri tamamilə başqadır”-deyə F.Hacıbəyli qeyd etdi.

Leyla QARAXANLI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ