23/09/2019 12:17
728 x 90

Bakıda tikinti bazarında yanğının söndürülməsinə 22 texnika cəlb olunub - FOTO

img

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Bunu isə jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, hazırda yanğın davam edir: "Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".

Son xəbərlər