23/09/2019 12:13
728 x 90

Nəsimi rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar qəbulunu 2 nömrəli sahə inzibati ərazisində keçirdi - FOTO

img

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib. Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev də iştirak edib. 

Ak.MirQasımov, A.Əliyev, S.Rəhman H.Seyidzadə, Ə.Qasımzadə küçələri ərazisində yaşayan sakinlərdən Səlimov Namiq, Abdullayev İsmayıl, Dünyamalıyev Hüseyn, Allahverdiyev Zakir, Məhərrəmov Ədalət, İmanov Əsədulla, Dilənova Yamən, Hacıyeva Nuridə, Quliyeva Zümrüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, liftlərin təmiri, məişət tullantıları yerinin dəyişdirilməsi, asfalt örtüyünün təmiri, su xətlərinin çəkilişi, yaşıllıqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər edib, təkliflər irəli sürüblər. Qəbulun gedişində Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb. Qəbul zamanı sakinlər, müraciətlərilə yanaşı, Nəsimi rayonunda “Bizim həyət” layihələri çərçivəsində görülən işlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə də söhbət aparılıb.

Son xəbərlər