23/09/2019 12:14
728 x 90

Sabunçu rayonunda yol polisinin maarifləndirici tədbirləri keçirilib… - FOTO

img

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar davam edir. Növbəti belə tədbir Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.

Tədbir zamanı avtomobillər saxlanaraq zərərli qazların miqdarı yoxlanıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobil sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanmasına dair sürücünün hüquq və vəzifələri izah edilib. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə protokol tərtib edilməyərək xəbərdarlıq edilib.

YPX əməkdaşları, həmçinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiya da keçiriblər. Aksiya zamanı müxtəlif maarifləndirici şüarlar əks olunan lövhələr çimərliklərin girişinə vurulub. Yol polisləri sürücülərlə maarifləndirci söhbətlər apararaq onlara dənizkənarı ərazilərdə avtomobil idarə edən zaman əməl etməli olduqları təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Sürücülərə yol polisləri tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Son xəbərlər