şənbə günü, 14 noyabr 2026
     

Məhərrəmlikdə Azərbaycanı yad islamçı cərəyanların müdaxiləsindən qorumaq üçün mühüm addım...

Image


Məhərrəmlik ayının başlanmasına iki həftəyə yaxın vaxt qalıb. Ölkəmizdə də qeyd edilən Məhərrəmlik cəsarətin, rəşadətin, zülmə qarşı mübarizənin, haqq uğrunda savaşın gerçək bir simvoluna çevrilib. İslam şəhidlik məktəbinin simvolu olan İmam Hüseynin xatirəsinin anıldığı, onun şücaətinin, haqq-ədalət uğrunda verdiyi mücadilənin xatırlandığı bu ay öz özəlliyi ilə diqqəti çəkir.  

Məlum olduğu kimi, sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayı başlanır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirədə qurumun Məhərrəmlik ayı ilə bağlı mövqeyini açıqlayıb. O qeyd edib ki, Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir.

Komitə rəsmisi bildirib ki, hazırkı dövrdə dünyanın bir çox dövləti dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur: “Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir”.

Sədr müavininin bildirdiyinə  görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb. Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran S.Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib.

Komitə sədrinin müavini çıxışında, həmçinin, ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb.

Məhərrəmlik ayında yad islamçı qüvvələr dini kəsimləri hansısa bir təhlükəli addım atmağa vadar etməyə cəhd göstərə bilərmi? Söhbət hansı təhlükələrdən gedir?

  • İsmayıl Əhməd: “Ən böyük təhlükələrdən biri Məhərrəmlik mərasimlərində insanlara Məhərrəmlik fəlsəfəsinin deyil, xurafatın çatdırılması ilə bağlı ola bilər”

Tanınmış ilahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə bildirdi ki, ola bilsin, bəzi qüvvələr əhali arasında xurafat yaymaqla məşğul olsun. “Ən böyük təhlükələrdən biri Məhərrəmlik mərasimlərində insanlara Məhərrəmlik fəlsəfəsinin deyil, xurafatın çatdırılması ilə bağlı ola bilər. Yaxud xarici ölkələrdən bəzi təbliğatçıların bura gəlib Məhərrəmlik məclislərini aparması məsələsi də istisna deyil. Əgər komitənin bəyanatında bu məsələr nəzərdə tutulursa, bu çox müsbət haldır. Azərbaycanda Məhərrəmlik mərasimlərində məscidlərdə insanlara maarifçilik xidməti göstərəcək kifayət qədər savadlı ruhanilər, insanlar var” - deyə İ.Əhməd bildirdi.

  • Hacı Təyyar Hüseynli: “Azərbaycan dövlətinin əleyhinə təxribatlar törədən, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən müəyyən qüvvələr bu matəm mərasimlərindən...”

İlahiyyatçı Hacı Təyyar Hüseynli də qeyd etdi ki, ölkəmizin dini kəsimləri, xüsusən də şiə məzhəbinə aid olanlar Məhərrəmliyi iki aylıq matəm kimi keçirirlər. “Əlbəttə, Məhərrəmlik və bu matəm təkcə İslam dünyası üçün deyil, bütün dünya üçün düşündürücü bir məsələdir. Yəni bəşəriyyətin sonuncu elçisinin ailəsinə, nəvəsinə qarşı əsrlər əvvəl 30 min nəfərlik ordu tərəfindən tarixdə misli görünməyən belə bir haqsızlıq baş verib. Bizim özümüz də, Azərbaycan xalqı da 20 Yanvar hadisəsi kimi faciə yaşamışıq, imperiyanın haqsızlığı ilə üzləşmişik. Bir çox işğallara, terror aktlarına məruz qalan bir xalq kimi faciələr yaşamışıq. Biz haqsızlığın nə olduğunu bilən bir xalqıq. Hesab edirəm ki, Kərbəla hadisəsi də insanlıq üçün bir ibrətdir. Bu hadisə baş verməməli idi, özü də müqəddəs ailəyə qarşı. Ancaq baş verdi. Dini Komitədən edilən xəbərdarlığa gəlincə, deyim ki, bu qurum gözlənilən bəzi təhlükələrlə bağlı cəmiyyəti ayıq-sayıq olmağa çağırır. Bilirsiniz ki, dinin içində, müqəddəs amalların içində də məqsədli şəkildə siyasi qatqılar ola bilər. Yəni Azərbaycan dövlətinin əleyhinə təxribatlar törədən, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən müəyyən qüvvələr bu matəm mərasimlərindən istifadə etməyə cəhd edə bilərlər. Bəzi qüvvələr var ki, onlar bu kimi dini mərasimlərdən yararlanmağa, öz çirkin niyyətlərini, radikal düşüncələrini yaymağa çalışırlar. Bu qara qüvvələr bizim xalqımızı, dövlətçiliyimizi, ölkəmizdə mövcud olan tolerant mühiti sevməyən, qəbul etmək istəməyənlərdir. Bir ilahiyyatçı kimi fikrim belədir ki, heç bir vaxt peyğəmbərlərin, imamların adından, müqəddəs əqidə yolundan sui-istifadə etmək olmaz. Yəni Məhərrəmliyə bir siyasi çalar qatıb və hanısa bir mənfi missiyanı bu müqəddəs bayraq altında reallaşdırmaq nə Allaha xoş gedər, nə də dinimiz üçün qəbul edilən olar. Saflığın altında çirkin məqsəd həyata keçirmək qəbuledilməzdir. Məsələ burasındadır ki, bəzi radikal qüvvələr bu ilahi, mənəvi duyğudan sui-istifadə etmək niyyətinə düşürlər”.

H.T.Hüseynli bildirdi ki, Əhli-Beytə sayğı, məhəbbət bəsləyən insanların reaksiyası şəffaf olmalıdır və heç bir təxribatı əks etdirməməlidir. Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğunu vurğulayan H.T.Hüseynlinin sözlərinə görə, bununla belə, milli-mənəvi dəyərlərin təbliğinə dövlət səviyyəsində böyük əhəmiyyət verilir və bu istiqamətə Prezidentin Ehtiyat Fondundan maliyyə dəstəyi verilir. “Respublikamızda mənəvi mühit çox azaddır. Bu azadlıqdan da istifadə etmək istəyən qüvvələr var. Hər şey çərçivəsində olmalıdır, həddi aşmadan. Fikrimi Qurani Kərimdən bir nümunə ilə yekunlaşdırmaq istəyirəm. “Həddi aşmadan, orta həddə”... Biz müqəddəs xalqıq və müqəddəs xalq kimi həmişə zülmə məruz qalmışıq. Allah bu zülmləri bizdən uzaq etsin” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ