20/09/2019 23:10
728 x 90

Binəqədi polisi “Təmiz hava" aylığı keçirir - FOTO

img

Daxili işlər nazirinin əmrinə əsasən yol polisi respublika ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir. Avqust ayının 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanır.

"Təmiz hava" aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanaraq zərərli qazların miqdarı yoxlanıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillərin sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.

Rayon ərazisində, həmçinin, yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olunub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb. 

Son xəbərlər