şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanlı qızları açıq fahişəliyə çağıran sosial şəbəkə istifadəçilərinin sayı çoxalır

Image


Sosial şəbəkələr cəmiyyətimizin ən çox istifadə etdiyi bir platformadır. Bu gün vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Təbii ki, bu platformadan hər kəs öz əxlaqına, məqsədinə uyğun yararlanır. Sosial şəbəkələrdə müsbət təmayüllərlə, pozitiv göstəricilərlə yanaşı, kifayət qədər neqativ amillər də var ki, bu da normal düşüncəli insanları ciddi şəkildə narahat edir.

Sosial şəbəkələrdə dini ekstremizmdən, milli-irqi ayrıseçkilikdən tutmuş, fahişəliyin təbliğinə qədər neqativ əməllər sərgiləyənlər kifayət qədərdir.

Son zamanlar həm “Facebook”, həm də “İnstagram” kimi sosial platformalarda bəzən açıq, bəzən də feyk profillərdən Azərbaycan qızlarını fahişəliyə cəlb etmək niyyətində olanlara, bununla bağlı müxtəlif çağırışlar edənlərə çox rast gəlinir. Kifayət qədər profillər var ki, burada həm qadınlar, həm də translar, cinsi oriyentasiyasında problemi olanlar öz bədənlərini, intim xidmətlərini təklif edirlər. Xüsusən də translar bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Müxtəlif açıq-saçıq pozalarda fotolar çəkdirərək yayırlar. Özü də bu şəxslər həm adlarını, həm telefon nömrələrini, həm də ev ünvanlarını açıq şəkildə yayımlamaqdan çəkinmirlər.

Məlum olduğu kimi, onlayn intim xidmət göstərənlərin və qadınları intim xidmətə cəlb edən insanların əksəri qadın adlarından istifadə edir. Çox təəssüf ki, bu hala qarşı heç bir tədbir görülmür. Yerli QHT-lər, eləcə də başqa qurumlar sosial şəbəkələri başına götürən bu mənfi tendensiyanın ifşa olunması istiqamətində etiraz səsini qaldırmırlar. Əslində, cəmiyyətə, xüsusən də gənc qızlara, qadınlara yönələn bu mənfi təbliğatın qarşısının alınması üçün tədbirlər görülməsi vacibdir. Əvvəllər bu kimi profillər daha çox “Facebook”da aktiv idisə, indi “İnstagram”ın daha kütləvi istifadəçiləri olduğu üçün, qadınları, qızları fahişəliyə cəlb edən və özü də fahişəlik xidməti göstərənlər bu platformada daha aktiv fəaliyyətə keçiblər.

Onu da deyək ki, bu profillərdən qızlara, qadınlara dostluq təklifi göndərilir, sonra isə onlarla “isti söhbət”lər aparılır. Çox təəssüf ki, bəziləri həmin insanların toruna düşürlər. Doğrudur, o insanların niyyətini anlayıb onları rədd edənlər də çoxdur, amma itkilərimiz də az deyil.

  • Fatimə Hacıbəyli: “Translar var ki, özlərini, göstərdikləri intim xidmətlərin bütün növlərini sosial şəbəkələrdə paylaşırlar”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bu cür profillərin fəaliyyətini kəskin qınadığını bildirdi. Onun sözlərinə görə, bir çox insan sosial şəbəkələrdən azad istifadə edildiyindən sui-istifadə edərək belə neqativ işlərlə məşğul olur. “Çox təəssüf ki, bu gün sosial şəbəkələrdə, internet resurslarında bu cür xoşagəlməz, mənfi fəaliyyətlə məşğul olanların sayı həddindən artıq çoxdur. Əvvəllər belələri daha çox “Odnoklassnik” sosial şəbəkəsində aktiv idilər. Çünki həmin sosial şəbəkə bir vaxtlar daha populyar və istifadəçiləri çox idi. Sonra “Facebook” və “İnstagram” daha aktiv platformalar kimi özünü göstərdikdən sonra həmin qüvvəllər bura keçdilər. Sosial şəbəkə üzərindən qadınları, qızları fahişəliyə cəlb edənlərin əksəriyyəti translardır. Onlar qadın adları altında feyk profillər yaradaraq özlərini ginekoloq, psixoloq kimi təqdim edirlər. Bu adamlar bir az gözəgəlimli, cəlbedici olan qızlara və qadınlara mesajlar yazıb onları söhbətə çəkirlər. Özü də qadınları fahişəliyə cəlb edənlər xanımlarla çox yüksək səviyyədə psixoloji söhbətlər aparmaq qabiliyyətinə malik hazırlıqlı adamlardır. Bəzən onların bu söhbətləri “faydasız” olmur, onlar bəzi xanımları öz toruna sala bilirlər. Qadınlarla bir az yazışıb onların vəziyyətini, ailə münasibətini, həyata baxışını öyrənirlər, sonra neqativ bir məsələ tapıb qadınları şantaj edirlər. Bu gün bu işdə translar daha aktivdirlər. Hətta onlar qız adları ilə oğlanlara mesaj yazıb intim əlaqə təklif edirlər, bir az yazışdıqdan sonra trans olduqlarını deyirlər. Onlar nəinki qızları, hətta oğlanları da öz çirkin fəaliyyətlərinə cəlb etməyə cəhd göstərirlər. Translar var ki, özlərini, göstərdikləri intim xidmətlərin bütün növlərini sosial şəbəkələrdə paylaşırlar. Hesab edirəm ki, bu neqativ halın qarşısının alınması üçün tədbirlər görülməlidir. Əks təqdirdə onların bu əməlləri xərçəng kimi daha geniş yayılacaq və daha çox insanı bədbəxt edəcək” - deyə F.Hacıbəyli qeyd etdi.

O bildirdi ki, artıq Türkiyədə və başqa ölkələrdə sosial şəbəkələr üzərindən qadınları, qızları fahişəliyə cəlb edən insanlar barədə hüquq müstəvisində tədbir görülür. Sosial şəbəkələrdə belə insanların əməllərindən zərər çəkənlər aidiyyəti qurumlara müraciət etməlidirlər. “Bilirsiniz, belə hallarla üzləşənlər aidiyyəti qurumlara müraciət etsələr, onların şikayətləri əsasında elə insanlara qarşı tədbir görmək mümkündür. Ümumiyyətlə, xanımlar tanımadıqları adamların mesajlarını blok etsinlər. Bu daha yaxşıdır” - deyə o bildirdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ