şənbə günü, 14 noyabr 2026
     

Bakıda iki məktəbin bütün məzunları universitetə qəbul olundu

Image


Azərbaycan orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlu nəticələrin sayı ilbəil artır. Artıq bu sahədə nümunəvi məktəblər formalaşmaqdadır. Bəzən deyirlər ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində dərslər keyfiyyətli keçilmir. Lakin son nəticələr deyilənlərin həqiqət olmadığını sübut edir.

Rəsmi məlumata görə, Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, Yasamal rayonu  13 nömrəli tam orta məktəbin 11 a sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Binəqədi rayonunun 314 nömrəli tam orta məktəbinin humanitar təmayüllü 11 b sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb. Onlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 balarası nəticə göstərib.

Adları çəkilən orta məktəblərin məzunlarının qazandıqları bu uğurun səbəbi nədir?  

  • İlham İsmayılov: “Məzunlarımızın qəbul imtahanlarında göstərdikləri böyük nəticə məktəbimizin nüfuzunu daha da yüksəltdi”

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbin dərs hissə müdiri İlham İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, məzunların qazandıqları bu uğur məktəbin özü və bütün kollektivi üçün, sözün həqiqi mənasında, sürpriz olub. İ.İsmayılov qeyd etdi ki, 11 b sinfinin bütün məzunları məktəbə böyük sevinc yaşadıb. “Məktəbimizin tarixində ilk dəfədir belə bir hadisə baş verdi. Bir sinfin bütün məzunlarının ali məktəbə daxil olması məktəbimizin kollektivi üçün böyük sürprizdir. Əlbəttə, burada müəllimlərimizin böyük zəhməti olmaqla məzunların da çalışqanlığı, biliyi böyük rol oynayıb. Sözün açığı, biz bu nəticəni gözləmirdik ki, bir sinfin bütün məzunları qəbul oluna bilər. Biz o məzunlarımızla fəxr edirik. Məzunlarımızın qəbul imtahanlarında göstərdikləri böyük nəticə məktəbimizin nüfuzunu daha da yüksəltdi” - deyə İ.İsmayılov vurğuladı. 

Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşir 314 saylı məktəb 2007/ 2008-ci dərs ilindən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 1918 şagird təhsil alır ki, onlar 76 sinifdə komplektləşib. I-IV siniflər 31, V-IX siniflər 34, X-XI siniflər 7 , 4 məktəbəhazırlıq qrupu və 1 günü uzadılmış qrup fəaliyyət göstərir. Təlim Azərbaycan dilindədir. Məktəbdə 106 pedaqoji, 25 texniki işçi fəaliyyət göstərir. Məktəb binası 800 yerlikdir və 3 korpusdan ibarətdir. Məktəbdə 1 fizika, 1 kimya, 1 biologiya, 2 informatika, 1 əmək hazırlığı və 1 hərbi kabinet, 1 kitabxana fəaliyyət göstərir. Kitabxananın ümumi kitab fondu 28583 ədəddir. 1 bufet, 1 akt zalı, 1 idman zalı var. 314 saylı tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilat tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. 314 saylı orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Məktəb şagirdlərinin respublika olimpiadasında və inşa yazı müsabiqələrinin şəhər turunda iştirak edərək yer tutmalarını göstərmək olar. Hər il məktəbin şagirdlərindən 600-dən yüksək bal toplayanlar olur. Müəllimlər arasında müsabiqə və layihələrdə iştirak edənlər var. Məktəb fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün Binəqədi rayonunda evdə təhsilin təşkili üzrə mərkəz məktəbdir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

  • 13 nömrəli məktəbdən: “Məktəbimiz məzunlarımızın bu uğurları ilə yalnız fəxr edir”

Yasamal rayonunda fəaliyyət göstərən 13 nömrəli tam orta məktəbdən də bildirdilər ki, məzunların nəticələri onları ürəkdən sevindirir. 11 a sinfini bitirən 22 nəfər məzunun hamısının ali məktəbə daxil olmasının məktəbin böyük uğuru olduğunu deyən məktəb əməkdaşları hesab edirlər ki, məzunlar bu uğura müəllimlərin zəhməti ilə nail olublar. “Məktəbimiz məzunlarımızın bu uğurları ilə yalnız fəxr edir” - deyə məktəbdən bildirdilər.   

Qeyd edək ki, 13 saylı məktəb 1965-ci ildən Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Məktəbdə 1205 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Hazırda məktəb rus dili fənni üzrə pilot məktəbi kimi fəaliyyət göstərir. 1982-ci ildə məktəbə Şərq klassik ədəbiyyatını mükəmməl mənimsəmiş görkəmli pedaqoq Şəfiqə Əfəndizadənin adı verilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ