şənbə günü, 14 noyabr 2026
     

Gürcüstan istehsallı ərzaq məhsullarında təhlükəli maddə - Məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də reaksiya verdi

Image


İnsanların sağlamlıq üçün təhlükəsiz qidalardan istifadəsi əsas şərtdir. Lakin bir çox hallarda biz sağlamlığımız üçün böyük təhlükə mənbəyi olan qidalardan istifadə edirik. O qidaların qablaşdırılması çox zaman cəlbedici olduğu üçün, onların orqanizmimiz üçün zərərsiz olduğunu düşünürük. Bu gün Azərbaycan bazarında xarici ölkələrdən idxal edilən kifayət qədər çeşidli qida məhsulu var ki, biz onlardan istifadə edirik. Amma xarici ölkələrdə istehsal edilən qida məhsullarının heç də hamısı yüksək keyfiyyətdən xəbər vermir.

Mətbuatın yazdığına görə, Gürcüstanda istehsal olunan bəzi qida məhsullarında təhlükəli boyaq maddəsi aşkar olunub. “Report”un Gürcüstan bürosunun məlumatına görə, qadağan olunmuş boyaq maddələrinin aşkar olunduğu tomat sousu və ədviyyatların yerli mağazalarda satıldığı müəyyən edilib.

Araşdırmanı həyata keçirən Gürcüstanın Strateji Araşdırma və İnkişaf Mərkəzi istehlakçıları altı konkret məhsuldan imtina etməyə çağırıb. Belə ki, həmin qida məhsulları insan sağlamlığı üçün təhlükəlidir.

Yoxlama zamanı Gürcüstanın “Marneuli” və “Kula” kimi tanınmış istehsalçılarının qırmızı tkemali (məşhur gürcü sousu) məhsulunda “Sudan I” boyaq maddəsi aşkar olunub. Araşdırmanın nəticələri elan olunandan sonra “Marneuli” şirkəti qırmızı tkemalinin istehsalını dayandırdığını bildirib.

Gürcüstanın Milli Qida Agentliyi, öz növbəsində, aparılan araşdırmanın nəticələrini təsdiq və ya təkzib etmək üçün əlavə laborator yoxlamalar keçirəcəyini bildirib. Qadağan olunmuş sintezləşdirilmiş boyaq maddəsinin müəyyən edilməsi məqsədilə nümunələr Latviyanın “Biori” laboratoriyasına göndəriləcək.

Qeyd edək ki, “Sudan” qrupuna daxil olan qeyri-qida boyaq maddələri dizel yanacağının istehsalı, parçaların və ya laboratoriyalarda preparatların boyanması üçün istifadə olunur. Bu maddələr ədviyyatların və ya məhsulların saxtalaşdırılması üçün tez-tez tətbiq olunur. 

Məlumdur ki, bu gün Azərbaycan bazarında da kifayət qədər Gürcüstan məhsulu var və bu məhsullar arasında tomat sousu, acika, tkemali, ədviyyatlar, şirin içkilər, sosiska və kolbasa da var. Azərbaycan istehlakçılarının Gürcüstan istehsalı olan məhsullara üstünlük verməsi də sirr deyil.

Gürcüstanda istehsal edilən və insan sağlamlığı üçün zərərli olan bu məhsullar, heç şübhəsiz,  Azərbaycan bazarında da satışa çıxarılır. Bu məhsullarla bağlı nə kimi tədbirlər görülməlidir?

  • Tahir Əmiraslanov: “Aidiyyəti təşkilatlar tərəfindən o məhsulların Azərbaycan bazarında satılıb-satılmadığı müəyyən edilməli, sonra isə ona qarşı tədbirlər görülməlidir”

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bizimlə söhbətində bildirdi ki, insan sağlamlığı üçün zərərli olan məhsulların bazara çıxarılmasının özü düzgün deyil. O qeyd etdi ki, əgər Gürcüstandan idxal edilən bu məhsulların tərkibində zərərli maddələr varsa, əlaqədar qurumlar buna qarşı tədbir görməlidirlər. “Mən o məhsullarla tanış deyiləm, amma o məhsullarda insan sağlamlığı üçün hər hansı bir təhlükəli maddə aşkarlanıbsa, həmin məhsullarla bağlı əlaqədar qurumlar araşdırma aparmalıdırlar. Əvvəla aidiyyəti təşkilatlar tərəfindən o məhsulların Azərbaycan bazarında satılıb-satılmadığı müəyyən edilməli, sonra isə ona qarşı tədbirlər görülməlidir. Mən özüm, ümumiyyətlə, Gürcüstan istehsalı olan məhsullardan istifadə etmirəm, yerli və təbii məhsullara üstünlük verirəm” - deyə T.Əmiraslanov vurğuladı.  

  • Rafis Bağırov: “Azərbaycanda bu çeşidlərdə olan məhsullar satılırsa, yığışdırılmalı, eyni zamanda da həmin məhsullar gömrükdən buraxılmamalıdır”

Tanınmış həkim Rafis Bağırovun fikrincə isə, ümumiyyətlə, həmin məhsullar Azərbaycan bazarından yığışdırılmalı və ölkə gömrüyündən keçirilməsinə qadağa qoyulmalıdır. “İnsanların qida təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir. Əgər hansısa ölkənin istehsal edib başqa ölkələrə idxal etdiyi məhsullarda insan sağlamlığına zərər vuran maddələr varsa və bunu həmin dövlətin özü etiraf edirsə, biz də ona qarşı mübarizə aparmalıyıq. Gürcüstanın əlaqədar qurumları bəzi şirkətlərin istehsal etdiyi məhsulların tərkibində insan sağlamlığı üçün zərərli boyaq maddələri olduğunu etiraf edirsə, demək, o dövlət bu hala qarşı mübarizə aparmaqda maraqlıdır. Azərbaycanda həm Gömrük Komitəsi, həm də Qida Təhlükəsizliyi Agentliyi bu məhsullarla bağlı tədbir həyata keçirməlidir. Azərbaycanda bu çeşidlərdə olan məhsullar satılırsa, yığışdırılmalı, eyni zamanda da həmin məhsullar gömrükdən buraxılmamalıdır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları da Gürcüstanda olarkən bu məhsulları almamalıdırlar” - deyə R.Bağırov bildirdi.

Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə də əlaqə saxladıq. Qəzetimizin sorğusuna cavab olaraq agentlikdən bildirdilər ki, adıçəkilən məhsullar Azərbaycana idxal olunmur: “Sorğunuza cavab olaraq bildiririk ki, ölkəmizə Gürcüstandan həmin məhsullar idxal edilmir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risq əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risq səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ