şənbə günü, 14 noyabr 2026
     

Universitetlərimizin yataqxanaları xaricilərin xidmətində, öz tələbələrimiz kirayə qapılarda…

Image


Yeni dərs ilinin başlamasına bir aydan az vaxt qalıb. Bu səbəbdən də tələbələrin əksəriyyəti kirayə ev axtarışındadır. Vəziyyətdən istifadə edən kirayə ev sahibləri isə mənzilin aylıq ödəniş qiymətini qaldırırlar. Nəzərə almaq lazımdır ki, tələbələrin böyük faizi ödənişli təhsil alır. İllik ödənişlə yanaşı, ayda azı 200 manat kirayə ödəmək tələbə ailəsi üçün çox ciddi problemdir. Universitet yataqxanalarında boş yer olmadığı üçün, çarəsiz qalan tələbələr kirayə mənzildə qalırlar.

Ümumiyyətlə, hər dərs ili başlayanda tələbələrin yataqxana problemi yenidən gündəmə gəlir. İllərdir bu problem öz həllini tapmır.

Xatırladaq ki, Sovet dövründə tələbələrin, demək olar ki, böyük əksəriyyəti yataqxanalarda qalırdı. Ancaq son illər yataqxana məsələsi tələbələr üçün ciddi problemə çevrilib. Universitet yataqxanalarında əsasən xarici tələbələr qalırlar. Yerli tələbələr isə kirayə mənzildə qalaraq təhsillərini davam etdirirlər. Onu da qeyd edək ki, son zamanlar kirayə mənzil bazarında qiymət artımı qeydə alınıb. Statistik rəqəmlərə əsasən, bu il kirayə mənzillərin qiyməti ötən ilə nisbətən 4 faiz artıb. Ucuz mənzillərdə qiymət artımı ötən ilə nisbətən 7,6 faiz təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətinin yataqxanası var. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 320 nəfərlik yataqxana var. Yataqxanada əsasən əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. Azərbaycan Texniki Universitetinin 5 korpuslu yataqxanasından yalnız biri  tələbələrin ixtiyarına verilib və həmin yataqxana 80 yerlikdir. Azərbaycan Tibb Universitetinin 6 yataqxanası var. Onlardan 5-də tələbələr qalır. Yataqxanaların ümumi tələbə tutumu 1256 nəfərdir. Məlumat üçün bildirək ki, ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Azərbaycan Dillər Universitetində 200 tələbənin qalması üçün iki yataqxana var. Aylıq ödəniş 20 manatdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanasının birində tələbə qalır. Həmin yataqxana 200 yerlikdir. Bakı Slavyan Universitetinin 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Bakı Ali Neft Məktəbinin 400 çarpayılıq tələbə evi var.

Bəllidir ki, universitet yataqxanaları kirayə mənzilə nisbətən ucuz olur. O da məlumdur ki, əcnəbi tələbələr maddi vəziyyət baxımından əziyyət çəkmirlər. Olmazmı ki, tələbə yataqxanalarında yerli tələbələr, kirayə mənzillərdə isə əcnəbilər qalsın? Belə olarsa, həm yerli vətəndaşlar büdcəsinə qənaət etmiş olar, eyni zamanda, mənzilini kirayə verənlər daha çox qazanc əldə edərlər.

  • Nadir İsrafilov: “Yaxşı olar ki, universitet yataqxanalarında yalnız əcnəbi tələbələr deyil, həmçinin, yerli tələbələr də yerlə təmin olunsunlar”

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, kirayə qalan tələbələrə güzəşt etmək lazımdır: “Azərbaycan və dünya universitetlərindəki tələbələrin yaşayış standartlarını da müqayisə edəndə, bizdə bu sahədə vəziyyətin fərqli olduğunu müşahidə etmək olar. Ən aparıcı dünya universitetləri kampus şəraitindədirlər. Tələbələrin yataqxana problemi yoxdur və məişət problemlərindən uzaqdırlar. Azərbaycanda isə tələbə kirayə haqqı ödəməli, müəyyən vəsaitlərə pul xərcləməlidir. Bu istiqamətdə bir çıxış yolu da odur ki, tələbə yataqxanaları istifadəyə verilsin və tələbələr kirayə haqqından azad olsunlar. Bu sahədə də problemlər var. Ayrı-ayrı universitetlərin yataqxanalarına məcburi köçkün ailələri yerləşdirilib. Bununla yanaşı, universitet yataqxanalarında yerli tələbələr yox, xaricilər qalırlar”.

Ekspert hesab edir ki, bu sahədə yaşanan problemi həll etmək üçün Bakı şəhərinin mərkəzində böyük tələbə yataqxanası onların ixtiyarına verilməlidir: “Nəzərə almaq lazımdır ki, təhsil təkcə dövlət işi deyil, həm də ümumxalq işidir. Bəllidir ki, universitetlər və iş adamları təhsil haqqını ödəməkdə tələbələrə köməklik göstərirlər. Yaxşı olar ki, bizim iş adamları və sahibkarlar da bu sahəyə öz dəstəklərini göstərsinlər”.

N.İsrafilovun sözlərinə görə, bu gün universitet yataqxanalarında daha çox əcnəbi tələbələr qalırlar. Yaxşı olar ki, əcnəbi tələbə ilə yerli tələbə arasında fərq qoyulsun. Yerli tələbələrə üstünlük verilsin.

  • Nüsrət İbrahimli: “…burada yolpulu və zaman itkisi yenidən tələbəni oxuduğu təhsil müəssisəsinin yaxınlığında ev tutmağa məcbur edir”

Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimli bildirdi ki, adətən, avqust ayının sonu, sentyabr ayının ortalarına qədər kirayə mənzil bazarında bahalaşma olur: “Oktyabr ayında qiymətlər əvvəlki məcrasına qayıdır. Lakin metro yaxınlığında və ya universitetlərin yaxınlığında yerləşən evlərdə qiymətlərdə azalma müşahidə olunmur. Tələbələr üçün nisbətən ucuz mənzillər şəhərdən kənarda olsa da, burada yolpulu və zaman itkisi yenidən tələbəni oxuduğu təhsil müəssisəsinin yaxınlığında ev tutmağa məcbur edir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ