20/09/2019 23:09
728 x 90

Nəsimi İcra Hakimiyyəti rayonda xüsusi qayğıya möhtac uşaqların əyləncəli istirahətini təşkil etdi - FOTO

img

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib. Yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanır. Bu üzdən məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün,onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən növbəti belə tədbir kimi 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud məktəblilər üçün Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gəzinti təşkil edilib. Sağlamlıq imkanı məhdud uşaqlar tədbirdə müxtəlif mahnılar, rəqslər ifa edib, məharətlərini göstəriblər. Sonra tədbir çay süfrəsi ətrafında davam edib, həmçinin onlara hədiyyələr təqdim olunub. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub. Valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Baki-xeber.com

Son xəbərlər