20/09/2019 23:05
728 x 90

“Qarabağ bizimdir” dediyi üçün qətlə yetirildi və Şuşa qəbiristanlığında dəfn edildi

img

İlqar Ənvər oğlu Qurbanov 1973-cü ildə dekabr ayının 6-da Beyləqan rayon 2-ci Aşıqlı kəndində anadan olub. 1991-ci ildə orta məktəbi bitirir və Azərbaycanın, Qarabağın ağır günlərində ordu sıralarına daxil olur.

Boy-buxunu, nizam-intizamı ilə fərqlənən İlqar bir neçə rayonda döyüş yolu keçib. Qubadlı, Zəngilan, Ağdam, Ağdərə və Fizuli rayonlarında mərdliklə döyüşüb. İlqar Qurbanov düşmənin bir neçə obyektini və texnikasını məhv edir. 1993-cü ilin sentyabrında ayağından yaralanaraq mühasirədə qalan İlqar döyüş yoldaşları ilə bərabər düşmən tərəfindən girov götürülür. Girovluqda olan İlqar yenə də düşmənə öz sözünü deyir: Qarabağ bizimdir bizim olacaq. Hər zaman düşmənə sərt cavablar verən İlqar bir neçə ay sonra 1994-cü ildə qətlə yetirilir. İlqar Qurbanov girovluqda olan azərbaycanlılarımız tərəfindən müsəlman adəti ilə Şuşa qəbirstanlığında dəfn olunur. 1996-cı ildə Firudinov Murtuzanın təşəbbüsü ilə oxuduğu orta məktəbə İlqar Qurbanovun adı verilir. Məktəbin qarşısında büstü ucaldılır. Büstün açılışında məktəb direktoru, kənd ağsaqqalları, rayon rəhbərliyi bu təşəbbüsü alqışladıqlarını bildirirlər. Büstün aşılışı zamanı rayon icra hakimiyyəti təmsilçiləri çıxış edərək öz fikirlərini bildiriblər. Həmçinin büstün açılışında general Yaşar Aydəmirov və hərbiçilər iştirak edib. Bu işdə zəhməti olan rayon rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Şəhidlik ən uca zirvədir. Allah rəhmət eləsin.

Sübhan ƏKBƏRZADƏ

Son xəbərlər