20/09/2019 23:07
728 x 90

“Soy” tarixi-etnoqrafik dərgisinin 7-ci sayı qədim türk xalqlarının etnoqrafik aləminə ayna tutur

img

Bu gün ölkəmizdə tarixi-etnoqrafik nəşrlərin sayı çox olmasa da, yox da deyil. Belə jurnallar sırasında 2012-ci ildən tanınmış etnoqraf-jurnalist, tədqiqatçı Ənvər Çingizoğlunun baş redaktorluğu ilə nəşr olunan “Soy” dərgisinin öz yeri var.

“Soy” tarixi-etnoqrafik dərgisinin 7-ci sayı işıq üzü görüb. Dərginin bu sayı Türk dünyasına mənsub olan qədim xalqların tarixi-etnoqrafik aləminə həsr edilib. “Soy”da genoloji oçerklər, ailə tarixçələri, soyluların portretləri, ünlülər, soylular, tarix, tarixçilər, etnoqraflar, numizmatlar, şərqşünaslar haqqında geniş məlumatlar verilir. Nəşrdə, həmçinin, qədim türk soylarından olan tuvalılar haqqında da diqqətçəkən cizgilər var. Olduqca maraqlı nəşr olan “Soy”un etnoqrafik düşüncənin formalaşmasında mühüm rolu var. Zəngin tarixi mənbələrə, məxəzlərə istinadən dərc olunan məqalələrdə türk tarixinin, etnoqrafiyasının ayrı-ayrı qatları açılır.

İradə SARIYEVA

Son xəbərlər